Xəbərlər
-
06.02.2012
"TuranBank" ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının növbədənkənar iclasının keçiriləcəyi tarix təyin edilmişdir "TuranBank" Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi Yığıncağının növbədənkənar iclası 16 mart 2012-ci il tarixdə saat 12:00-da Bakı şəhəri, İsmayıl bəy Qutqaşınlı 85 ünvanında, Bankın Baş ofisində keçiriləcəkdir. -
19.01.2012
TuranBank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə əməkdaşlığı davam etdirir Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD, İslam İnkişaf Bankı Qrupu) ilə 2008-ci ildən etibarən davam edən əməkdaşlıq çərçivəsində "TuranBank" ilk dəfə olaraq "islam maliyyələşdirməsi" alətlərindən biri olan İcarəni (Lizinq) tətbiq etdi. -
18.01.2012
TuranBank Beynəlxalq Maliyyə Korporasiyasından (BMK) mikro - Kiçik və Orta Sahibkarlığın maliyyələşdirilməsi məqsədi ilə 7 mln ABŞ dolları məbləğində maliyyə resursu cəlb etmişdir 2011-ci ilin may ayında imzalanmış kredit müqaviləsinə əsasən Dünya Bankı Qrupunun üzvü olan BMK "TuranBank"a mikro və Kiçik və Orta Sahibkarlığın maliyyələşdirilməsi çərçivəsində 5 il müddətinə 7 mln ABŞ dolları məbləğində maliyyə dəstəyinin göstərilməsi ilə yanaşı, banka regionlarda diversifikasiya olunmuş xidmət və məhsulların təklif etməsinə imkan verən sistemlərin də qurulmasına texniki dəstək verəcəkdir.
















