• EN

Yenilənmə tarixi 15 may 2019

Son illər ölkə iqtisadiyyatında canlanma müşahidə olunmuş, makroiqtisadi sabitliyin qorunması istiqamətində əhəmiyyətli işlər həyata keçirilmişdir. ÜDM-nin artım dinamikası davam etmiş, milli valyutanın məzənnəsi dayanıqlı olmuş, maliyyə sektorunun inkişafı yeni mərhələ qədəm qoymuşdur. Ölkədə gedən iqtisadi islahatlar fonunda TuranBank ASC üçün risklərin idarə edilməsi biznes fəaliyyətinin ayrılmaz hissəsi kimi çıxış etmiş, yeni layihələrin həyata keçirilməsi ilə Risklərin İdarə Edilməsi Departamentinin (RİED-in) potensialından səmərəli istifadə olunmuşdur. Yeni layihələrdən kredit və bazar (likvidlik, valyuta və faiz) riskləri üzrə yeni stress testlərin hazırlanması, “tranzişn matris” və “vintaj” təhllilərinin təkmilləşdirilməsi və risk iştihanın tərtib edilməsi mühüm əhəmiyyət kəsb etmişdir. Paralel olaraq, əməliyyat riskləri üzrə yeni metodologiyanın, o cümlədən Bankda ERM (Enterprise Risk Management  - Müəssisənin Risklərinin İdarə Edilməsi) Modelinin tətbiqi imkanlarının təhlilinə başlanılmışdır.

TuranBank ASC qabaqcıl dünya bankçılığında olduğu kimi risklərin idarə edilməsi sistemini aşağıdakı ierarxik səviyyələrdə təsnifləşdirmişdir:


a) Strateji səviyyə:
 Burada risklərin idarə edilməsi İdarə Heyəti və Müşahidə Şurası səviyyəsində aparılır. Belə ki, bu səviyyədə risklərin idarə olunması risklərin müəyyən olunması, onların idarə edilməsi və risklərin xarakterindən, baş vermə tezliyindən, vurduğu zərərin həcmindən aslı olaraq strategiya və siyasətin hazırlanması, risklərin baş verdiyi hallarda  adekvat sistemlərin yaradılması, risklərin qəbul olunan, yəni idarə edilə bilən səviyyədə saxlanılması üçün müəyyən alətlərin seçilməsi kimi tədbirlərin görülməsi ilə nəticələnir.

b) Makro səviyyə: Burada risklərin idarə edilməsi adətən bankın müxtəlif maliyyə fəaliyyəti ilə məşğul olan müxtəlif struktur vahidlərinin  menecment heyəti tərəfindən təşkil edilmiş komitələr tərəfindən bankın risk strategiyasına və siyasətinə uyğun şəkildə həyata keçirilir.

c) Mikro səviyyə:  Bu səviyyədə risklər yuxarıda qeyd olunan səviyyələr tərəfindən qoyulan limitlər çərçivəsində bankin maliyyə fəaliyyəti həyata keçirən struktur vahidləri tərəfindən idarə edilir.

 
  Risk hesabatlılıq sistemi
S/N Hesabatın adı

Təqdim etmə dövrü

1

RİED-in fəaliyyətinin yekunlarına dair aylıq hesabat

İdarə Heyətinin üzvü, Baş Risk İnzibatçısı - hər ay

2

RİED-in fəaliyyətinin yekunlarına (o cümlədən, kredit və bazar riskləri üzrə stress testlər, “tranzişn matris” və “vintaj” təhlliləri) dair rüblük hesabat

REİK – hər rüb
3

Risk xəritəsinə əsasən Bankın biznesinin funksiya və proseslərinin planlı və plandankənar qiymətləndirilməsinin nəticələrinə dair hesabat 

İdarə Heyəti - hər ay
4 Müxtəlif məhsullara, əməliyyatlara və proseslərə risk rəyinin verilməsi

Müntəzəm 

5 RİEK tərəfindən müzakirə edilmiş məsələlər haqqında hesabat

Müşahidə Şurası - hər rüb

 

Bankda Risklərin İdarə Edilməsi ilə bağlı ayrı-ayrı risklərin - kredit, əməliyyat və bazar risklərinin müəyyən olunması, ölçülməsi və idarə olunması ilə bağlı prosedur qaydalar yazılmış və risklərin idarə olunmasında müvafiq alətlər tətbiq olunmuşdur.


Hal-hazırda Bankımız Risklərin İdarə Edilməsində əvvəlki illərlə müqayisədə kifayət qədər nailiyyətlər əldə etmiş və Risklərin İdarə Edilməsini təkmilləşdirərək aşağıdakı aspektlərə uyğun şəkildə təşkil etmişdir:

I. Risklərin İdarə Edilməsi strukturu

Bankda risklərin idarə olunması strukturu hərtərəfli olub bankın məruz qalacağı riskləri, o cümlədən bankın fəaliyyət göstərdiyi biznes sahəsində əmələ gələcək dəyişikliklərə həssas olaraq risklərin idarə olunmasında mükəmməl prosedur və qaydalarla söykənərək idarə olunur və özündə aşağdakıları ehtiva edir:

a) Risklərin müəyyən olunması, qəbul olunması, ölçülməsi, monitorinq olunması, hesabatlılıq və nəzarət;
b) Risklərin struktur vahidləri tərəfindən idarə edilməsini və həmin struktur vahidlərinin məsuliyyətlərini;
c) İnformasiyanın əməliyyat səviyyəsindən menecment səviyyəsində idarə olunmasına çevirən idarəedici informasiya sisteminin mövcudluğu;
d) Sistemin və prosedurların işləməsini və onların inkişafa meyilli dəyişməsini təmin edən mexanizm.

II. Risklərin İdarə Edilməsində bütövlülük

Bankda risklərin idarə olunması zamanı bankın çoxtərəfli fəaliyyəti ilə əlaqədar gələcəkdə məruz qala biləcəyi risklər ayrı-ayrılıqda deyil bütöv şəkildə analiz olunur ki, bu da bir riskin digər başqa bir risk törətməsinin qarşısını alınmasına, riskin nəzarət və idarə olunan səviyyədə saxlanmasına  zəmin yaradır.

III. Risklərin İdarə Edilməsində məsuliyyətlilik

Bankda risklərin idarə edilməsində fəaliyyət göstərən struktur vahidlərin və şəxslərin hərəkətlərinin nəticələri daxili audit və risklərin monitorinqi strukturu  tərəfindən təftiş olunur ki, bu da onların həmin sferada yalnız olmalarına və banka zərər vurmalarının qarşısını almaq məqsədini daşıyaraq risklərin daha effektiv idarə edilməsinə səbəb olur.

IV. Risklərin qiymətləndirilməsi və ölçülməsi

Risklər bankın analitik risk analiz etmək bacarığına malik risk-idarəetmə heyəti tərəfindən müxtəlif metodlar modellər, riyazi alətlər və sistemlərin köməyi ilə ölçüləbilən səviyyəyə gətirilərək qiymətləndirilir. qiymətlədirilmə zamanı risklərin kütləsi, başvermə tezliyi, vura biləcəyi zərərin məbləği nəzərə alınaraq həmin risklər üçün xarakterik idarə etmə üsulları tətbiq olunur.

V. Risklərin İdarə Edilməsində Müstəqil baxış və ya Monitorinq

Risklərin idarə edilməsi fəlsəfəsinə uyğun olaraq standart bankçılıqda olduğu kimi Bankımızda  riski öz üzərinə götürən tərəf-struktur vahidləri ilə onu müəyyən edən, ölçən və qiymətləndirən struktur vahidinin eyni olmamasıdır. Bu struktur vahidi müstəqil olaraq geniş səlahiyyətlərə malik olub, öz işlərinin nəticələrini qüsursuz surətdə risklərin idarə edilməsində qərarların qəbul olunması üçün İdarə Heyətinə ötürür ki, bu da risklərin lazımi səviyyədə idarə olunmasına zəmin yaradır.

VI. Gözlənilməz hallarin planlaşdırılması

Bankda risklərin idarə edilməsi üçün mexanizm yaradılmışdır ki, bu da bankın fəaliyyətində baş verə biləcək arzuolunmaz halları əvvəlcədən müəyyən etmək və bu cur şəraitdə bütün növlərdə olan riskləri müəyyənləşdirərək  vaxtında, effektiv tərzdə fəaliyyət göstərmək və bu kimi şəraitləri müntəzəm olaraq qiymətləndirmək, həmin halların bankın gələcək fəaliyyətinə arzuolunmaz təsir etmə ehtimalları planlaşdırır. Bu da öz növbəsində risklərin qabaqcadan görülməsinə, yumşaldılmasına və idarə edilə bilən çərçivədə saxlanmasına əvvəlcədən imkan verir.

Rahat, təhlükəsiz və sürətli bankçılıq

TuranBank beynəlxalq əməkdaşlıq çərçivəsində gender bərabərliyinə dair strateji layihəni yekunlaşdırdı

Ölkənin aparıcı banklarından biri olan TuranBank maliyyə sektorunda gender bərabərliyinin təşviqinə hədəflənmiş strateji layihəni uğurla yekunlaşdırıb. Layihə FINMA tərəfindən tənzimlənən aparıcı İsveçrə fondu Enabling Qapital və ABŞ-ın Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Əlaqələr Məktəbi (School of International and Public Affairs) arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində həyata keçirilib. Tədqiqat və praktiki yanaşmaları...

TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı

Ölkənin aparıcı maliyyə təşkilatlarından biri olan TuranBank dayanıqlı inkişaf və yaşıl iqtisadiyyatın maliyyələşdirilməsi istiqamətində növbəti məhsulunu təqdim edib. Bank, cari ilin aprel ayında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə imzaladığı strateji əməkdaşlıq müqaviləsinə əsasən, Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin müştərilərə təqdim edilməsinə başlayıb.  Aprel ayında uğurla tamamlanan hüquqi və...

TuranBank və ITFC arasında maliyyələşmə üzrə uğurlu əməkdaşlıq davam edir

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC İslam İnkişaf Bankı (IsDB) Qrupuna daxil olan Beynəlxalq İslami Ticarət Maliyyə Korporasiyası (ITFC) ilə uğurlu tərəfdaşlığını davam etdirir. Beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsinin genişləndirilməsi məqsədilə tərəflər arasında imzalanmış 10 milyon ABŞ dolları məbləğində maliyyələşmə sazişi çərçivəsində TuranBank növbəti mərhələ üzrə 2 milyon ABŞ dolları həcmində...

TuranBank-ın Gəncə filialı artıq yeni ünvanda

Bank sektorunda dayanıqlığı ilə seçilən, müştərilərin inam və rəğbətini qazanan, biznesdə etibarlı tərəfdaş imicini illər ərzində qoruyub saxlayan TuranBank özünün xidmət şəbəkəsinin inkişafı strategiyasına uyğun olaraq Bankın Gəncə filialını yeni ünvana köçürərək müştərilərin istifadəsinə verib. Baş tutan açılış mərasimində Bankın rəhbər şəxsləri iştirak edib.   Bundan sonra filial Gəncə şəhəri, Nizami rayonu,...

TuranBank biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib

Kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində Azərbaycanın aparıcı banklarından biri olan TuranBank ASC Belçikanın nüfuzlu Incofin İnvestisiya Fondu tərəfindən idarə edilən fondlarla yeni kredit müqavilələri imzalayıb. Müqavilələrə əsasən, Bank 3 il müddətinə "Incofin Climate-Smart Microfinance Fund" (CSMF) fondundan 1.25 milyon ABŞ dolları, "Incofin Microfinance Fund" (IMFI) fondundan isə 2 milyon avro ekvivalentində yerli valyutada maliyyə vəsaiti cəlb edib. Bu...

TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib.

Ətraf mühitin mühafizəsi və ekoloji maarifləndirmənin artırılması məqsədilə TuranBank ASC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə növbəti ekoloji aksiyasını həyata keçirib. “TuranBank ilə təmiz sahillər” adlı layihə çərçivəsində baş tutan aksiyada bank əməkdaşları və ekokönüllülər Bilgəh qəsəbəsinin sahilboyu ərazisində geniş təmizlik işləri aparıb, müxtəlif növ tullantıların toplanması işlərində...

TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib

TuranBank ASC-nin İdarə Heyətinin Sədri Orxan Qarayev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun (IsDB) 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan mühüm panel müzakirəsində spiker qismində çıxış edib. Belə ki, Sədr “Kiçik və Orta Sahibkarların Regional Dəyər və Tədarük Zəncirlərinə İnteqrasiyası: Ticarətdə inzibati maneələrin azaldılması, sifarişlərin icrasının təmin edilməsi və subyektlər arasında qarşılıqlı...

TuranBank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə 15 milyon ABŞ dolları həcmində niyyət bəyannaməsi imzalayıb.

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC və İslam İnkişaf Bankı Qrupunun özəl sektor üzrə üzv qurumu olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında Azərbaycanda özəl sektor layihələrinin dəstəklənməsi məqsədilə 15 milyon ABŞ dolları məbləğində vəsaitin cəlb edilməsinə dair niyyət bəyannaməsi imzalanıb. İmzalanma mərasimi İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində...

TuranBank gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib

Fəaliyyətində gender bərabərliyi prinsiplərini və qadınların maliyyə imkanlarının genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyən edən TuranBank ASC beynəlxalq tərəfdaşlarla əməkdaşlığını uğurla davam etdirir. Bank bu istiqamətdə növbəti mühüm addım ataraq Belçikanın nüfuzlu Incofin İnvestisiya Fondu ilə əməkdaşlıq çərçivəsində "Global Gender-Smart Fund S.A., SICAV" (GGSF) fondundan 3 il müddətinə 5 milyon ABŞ dolları...