Müraciətlərə baxılması prosesi
Müraciətlər zamanı istehlakçı – adını, soyadını, ata adını, əlaqə məlumatlarını (ünvan da daxil olmaqla) və müraciətlərinin məzmununu mütləq şəkildə bildirilməlidir. Əgər ad, soyad, ata adı və ünvan bildirilməyibsə, müraciət anonim sayılır. Anonim müraciətlərə baxılmır. Anonim olmayan müraciətlərə baxmaqdan imtina etmək qadağandır.
Banka daxil olmuş müraciətlər müvafiq qaydada qeydiyyat kitabında qeydiyyata alınır. İlkin tələbdən istehlakçılar müraciətinin daxilolma qeydiyyat nömrəsi və tarixi barədə məlumat əldə edə bilər.
İstehlakçıların pozulmuş hüquqlarının bərpası , eyni zamanda ərizə, təklif, şikayətlərinizlə bağlı “TuranBank” ASC-yə müraciət mənbələri:
Telefon: 012 (935), (+99412) 510-79-11 (236)
Elektron poçt ünvanı: office@turanbank.az
Poçt ünvanı: AZ1073, Bakı şəh., İ.Qutqaşınlı küç. 85
Banka müraciət: www.turanbank.az / https://www.facebook.com/TuranBankASC
Müraciətlərin cavablandırılması müddəti
Kredit təşkilatları tərəfindən istehlakçıların müraciətləri qısa müddətdə, ən geci 15 iş günü ərzində cavablandırılır. Əgər müraciətlər əlavə araşdırma tələb edirsə, müraciətlərin cavablandırılması 30 iş gününədək uzadıla bilər. Bu zaman istehlakçıya gecikmə səbəbləri, atılacaq növbəti addımlar və cavabın hazır olacağı son tarix aydın şəkildə izah edilir. Araşdırma zamanı əlavə sənədlərin təqdim olunması tələb olunursa, bununla bağlı istehlakçıya məlumat verilməklə, sənədlərin təqdim olunması üçün son tarixlər göstərilir.
Azərbaycan Respublikasının “Mərkəzi Bankın"dan daxil olan müraciətlər isə 7 iş günü ərzində araşdırılmalı və aidiyyatı üzrə “Mərkəzi Bank”a cavab göndərilməlidir. Mərkəzi Bank tərəfindən istehlakçıların məlumatlandırılması tələb olunursa, müraciətlərə baxılması və cavablandırılması yuxarıda qeyd olunan əsaslarla həyata keçirilir.
Verilmiş cavabla razılaşmadıqda
Müraciətə baxılmasının nəticəsi barədə Bank tərəfindən təqdim edilmiş cavabla razılaşmadıqda, istehlakçı müraciətini Azərbaycan Respublikasının “Mərkəzi Bankı”na və aidiyyatı məhkəmə orqanlarına təqdim edə bilər.
TuranBank ASC-də "Maliyyə xidmətləri istehlakçılarının müraciətlərinə baxılması" qaydaları ilə fayl vasitəsilə tanış ola bilərsiniz.
Rahat, təhlükəsiz və sürətli bankçılıq
Ölkənin aparıcı banklarından biri olan TuranBank maliyyə sektorunda gender bərabərliyinin təşviqinə hədəflənmiş strateji layihəni uğurla yekunlaşdırıb. Layihə FINMA tərəfindən tənzimlənən aparıcı İsveçrə fondu Enabling Qapital və ABŞ-ın Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Əlaqələr Məktəbi (School of International and Public Affairs) arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində həyata keçirilib. Tədqiqat və praktiki yanaşmaları...
Ölkənin aparıcı maliyyə təşkilatlarından biri olan TuranBank dayanıqlı inkişaf və yaşıl iqtisadiyyatın maliyyələşdirilməsi istiqamətində növbəti məhsulunu təqdim edib. Bank, cari ilin aprel ayında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə imzaladığı strateji əməkdaşlıq müqaviləsinə əsasən, Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin müştərilərə təqdim edilməsinə başlayıb. Aprel ayında uğurla tamamlanan hüquqi və...
Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC İslam İnkişaf Bankı (IsDB) Qrupuna daxil olan Beynəlxalq İslami Ticarət Maliyyə Korporasiyası (ITFC) ilə uğurlu tərəfdaşlığını davam etdirir. Beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsinin genişləndirilməsi məqsədilə tərəflər arasında imzalanmış 10 milyon ABŞ dolları məbləğində maliyyələşmə sazişi çərçivəsində TuranBank növbəti mərhələ üzrə 2 milyon ABŞ dolları həcmində...
Bank sektorunda dayanıqlığı ilə seçilən, müştərilərin inam və rəğbətini qazanan, biznesdə etibarlı tərəfdaş imicini illər ərzində qoruyub saxlayan TuranBank özünün xidmət şəbəkəsinin inkişafı strategiyasına uyğun olaraq Bankın Gəncə filialını yeni ünvana köçürərək müştərilərin istifadəsinə verib. Baş tutan açılış mərasimində Bankın rəhbər şəxsləri iştirak edib. Bundan sonra filial Gəncə şəhəri, Nizami rayonu,...
Kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində Azərbaycanın aparıcı banklarından biri olan TuranBank ASC Belçikanın nüfuzlu Incofin İnvestisiya Fondu tərəfindən idarə edilən fondlarla yeni kredit müqavilələri imzalayıb. Müqavilələrə əsasən, Bank 3 il müddətinə "Incofin Climate-Smart Microfinance Fund" (CSMF) fondundan 1.25 milyon ABŞ dolları, "Incofin Microfinance Fund" (IMFI) fondundan isə 2 milyon avro ekvivalentində yerli valyutada maliyyə vəsaiti cəlb edib. Bu...
Ətraf mühitin mühafizəsi və ekoloji maarifləndirmənin artırılması məqsədilə TuranBank ASC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə növbəti ekoloji aksiyasını həyata keçirib. “TuranBank ilə təmiz sahillər” adlı layihə çərçivəsində baş tutan aksiyada bank əməkdaşları və ekokönüllülər Bilgəh qəsəbəsinin sahilboyu ərazisində geniş təmizlik işləri aparıb, müxtəlif növ tullantıların toplanması işlərində...
TuranBank ASC-nin İdarə Heyətinin Sədri Orxan Qarayev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun (IsDB) 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan mühüm panel müzakirəsində spiker qismində çıxış edib. Belə ki, Sədr “Kiçik və Orta Sahibkarların Regional Dəyər və Tədarük Zəncirlərinə İnteqrasiyası: Ticarətdə inzibati maneələrin azaldılması, sifarişlərin icrasının təmin edilməsi və subyektlər arasında qarşılıqlı...
Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC və İslam İnkişaf Bankı Qrupunun özəl sektor üzrə üzv qurumu olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında Azərbaycanda özəl sektor layihələrinin dəstəklənməsi məqsədilə 15 milyon ABŞ dolları məbləğində vəsaitin cəlb edilməsinə dair niyyət bəyannaməsi imzalanıb. İmzalanma mərasimi İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində...
Fəaliyyətində gender bərabərliyi prinsiplərini və qadınların maliyyə imkanlarının genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyən edən TuranBank ASC beynəlxalq tərəfdaşlarla əməkdaşlığını uğurla davam etdirir. Bank bu istiqamətdə növbəti mühüm addım ataraq Belçikanın nüfuzlu Incofin İnvestisiya Fondu ilə əməkdaşlıq çərçivəsində "Global Gender-Smart Fund S.A., SICAV" (GGSF) fondundan 3 il müddətinə 5 milyon ABŞ dolları...