• EN

TuranBank yeni kredit kampaniyasına start verdi

21.09.2020

Nağd pul krediti hələ belə sərfəli olmamışdır. Belə ki, TuranBank nağd kredit faizləri üzrə faiz dərəcəsini daha sərfəli edən yeni Payız Kampaniyasına start verdi.

 

Yeni kampaniya çərçivəsində TuranBanka müraciət edən hər kəs nağd istehlak kreditlərini 14.5%-dən başlayan faiz dərəcəsilə əldə etmək imkanı qazanacaq. 30 oktyabr 2020-ci il tarixinədək qüvvədə olan kampaniyanın şərtlərinə əsasən maksimal əldə edilə biləcək kredit məbləği 30 000 AZN təşkil edir.

 

Kredit üzrə faizlərin aşağı olması müştərilərə aylıq ödənişlərini maliyyə sıxıntısı keçirmədən rahatlıqla reallaşdırmağa imkan verəcək.

 

Nağd pul kreditini əldə etmək üçün müştərilər istənilən filialımıza yaxınlaşa bilərlər. Əlavə məlumat üçün TuranBankın “935” Məlumat Mərkəzi və ya 050 268 72 22 Whastapp nömrəsilə əlaqə saxlaya bilərsiniz.

 

Bank və bank məhsullarına aid bütün yeniliklər haqqında TuranBank-ın rəsmi veb səhifəsi və ya sosial şəbəkələrini izləyərək məlumat ala bilərsiniz.

 

TuranBank…

Bizimlə etibarlıdır

Kart sifarişiniz göndərilmədi. Zəhmət olmasa yenidən cəhd edin

Rahat, təhlükəsiz və sürətli bankçılıq

TuranBank 16% böyüyüb

Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC 2021-ci ilin I rübü üzrə fəaliyyətinin nəticələrini açıqlayıb. COVİD-19 pandemiyası və bundan irəli gələn daxili və xarici bazarlardakı dalğalanmalara, ölkə iqtisadiyyatındakı daralmaya baxmayaraq Bank 2021-ci ilin I rübünü müsbət maliyyə nəticələri ilə başa vurub. 2021-ci ilin I rübünün yekunlarına görə, TuranBank ASC-nin cəmi aktivləri ötən ilin analoji dövrü ilə...

TuranBankın mobil tətbiqi artıq AppGallery-də!

Hər zaman müştərilərinin rahatlığını düşünən TuranBank mobil bank tətbiqinin əlçatanlığını daha da genişləndirib. Artıq mobil tətbiqimizi Huawei markalı telefonlara məxsus olan AppGallery vasitəsilə də yükləyə bilərsiniz. https://bit.ly/3myetD5 TuranBank mobil tətbiqi həm fərdi, həm də korporativ müştərilərə banka gəlmədən ödənişlər, köçürmələr və müxtəlif bank əməliyyatlarını həyata keçirmək imkanını yaratmaqla bərabər...

TuranBank MİDA ilə əməkdaşlığa start verib

Ölkə başçısının 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası” ilə vətəndaşlara bir sıra güzəştlərdən yararlanmaq imkanı təmin edilir. “Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq şəxsi elektron kabinetə sahib olmuş vətəndaşlara bu güzəştdən yararlanmaq imkanı İpoteka və Kredit Zəmanət...

TuranBank şəhid ailələri və qazilərimizə Novruz sovqatları paylayıb

Ölkəmizin ərazi bütövlüyünün qorunması və torpaqlarımızın düşmən işğalından azad edilməsində əsl qəhrəmanlıq dastanı yazmış qazilərimiz və şəhidlərimizin ailələri hər zaman diqqət və qayğı mərkəzindədir. TuranBank da hər zaman şəhidlərimizin ailə üzvlərinin və qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə aktiv iştirak edir. Bu ənənəyə sadiq qalan bankımız Novruz bayramı ərəfəsində...

TuranBankdan sahibkarlara Bahar kampaniyası

TuranBankdan sahibkarlara 10.9%-dən başlayan komissiyasız kredit! TuranBank biznesə dəstək məqsədilə yeni kredit kampaniyasına start verib. Aprel ayının 10-dək davam edəcək “Baharın sərfəli anı” kampaniyasının şərtlərinə əsasən,  sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər kreditləri illik 10,9%-dən başlayan faiz dərəcəsi ilə əldə edə bilərlər. Bu da son deyil. Belə ki, kampaniya çərçivəsində rəsmiləşdirilən kreditlər sahibkarlara komissiyasız təklif...

TuranBank kartları ilə alış-veriş etmək daha çox qazanc gətirəcək

TuranBankın ödəniş kartlarından istifadə etməklə cashback layihəsinin üstünlüklərindən yararlanın!  TuranBank kart sahibləri üçün 8 mart Beynəlxalq Qadınlar Gününə özəl cashback kampaniyasına başlayıb. Bankın kart sahibləri gül, parfümeriya, geyim və aksesuar mağazalarında, restoranlarda ödəniş edərkən əlavə üstünlüklər qazanacaqlar. 05-08 mart tarixində tərəfdaş mağazalarda həyata keçirilən hər bir...

TuranBank mükafatlandırıldı

TuranBank ən fəal maliyyyə savadlığı dəstəkçisi və sosial məsuliyyətli  bank seçilib   Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən üzv təşkilatları, Ekspert Qrupları və tərəfdaşları  2019-cu il və 2020-ci il üzrə müxtəlif nominasiyalarda qiymətləndirilərək mükafatlandırılıblar.  TuranBank ASC də 2019-cu il üzrə əhalinin maliyyə savadlığının inkişafına ən çox töhfə vermiş təşkilat olaraq "Ən fəal maliyyə...

TuranBankdan Qarabağ Dirçəliş Fonduna dəstək

Azərbaycan xalqı üçün haqq və şərəf savaşına çevrilmiş 44 günlük Vətən müharibəsi nəticəsində qədim mədəniyyət paytaxtımız Şuşa şəhəri başda olmaqla bütün işğal altındakı ərazilərimiz Ordumuzun döyüş meydanındakı qəhrəmanlıqları nəticəsində işğaldan azad edilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun zəfərləri və torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik...

TuranBank nüfuzlu beynəlxalq maliyyə qurumundan kredit xətti almışdır

TuranBank və ECO Ticarət və İnkişaf Bankı arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə 2 milyon ABŞ dolları həcmində kredit sazişi imzalanıb. Cəlb olunan vəsaitlər TuranBanka istər üzv, istərsə də digər ölkələr arasında idxal-ixrac əməliyyatlarının genişləndirilməsinə, müştərilərin ticarət əməliyyatlarının dəstəklənməsinə imkan yaradacaq. Məlumat üçün qeyd edək ki, ECO Ticarət və İnkişaf Bankı ilə...