• EN

TuranBank ASC YAŞAT Fonduna ianə köçürdü

16.12.2020

Məlum olduğu kimi, sentyabr ayının 27-də düşmən qüvvələrinin hücum hazırlığının qarşısını almaq məqsədilə şanlı Azərbaycan Ordusu əks hücum əməliyyatına başlamış və işğal altında olan torpaqlarımız düşmən işğalından tamamilə azad edilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəsur əsgərlərimiz ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında əsl qəhrəmanlıq nümayiş etdirmiş və düşmənə hərb meydanında sarsıdıcı zərbələr endirmişdir. Təəssüf ki, düşmənlə döyüşlərdə rəşadətli ordumuzun əsgər və zabitləri arasında şəhid və yaralanlar da olmuşdur.

Ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək vermək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında YAŞAT Fondu yaradılmışdır. Ölkə başçısı tərəfindən yaradılan fondun əsas məqsədi Vətən Müharibəsi zamanı yaralanmış hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verərək maliyyə yardımlarının göstərilməsi, borc öhdəliklərinin qarşılanması, müalicə, təhsil və digər xərclərin qarşılanması kimi tədbirlərin həyata keçirilməsidir.

Bu nəcib təşəbbüsə qoşulan TuranBank ASC də vətənpərvərlik və sosial məsuliyyətlilik dəyərlərinə sadiq qalaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün yaradılan YAŞAT Fonduna vəsait ayırmışdır. Bank bu məqsədlə fondun hesabına 100 000 (Bir yüz min) manat məbləğində vəsait köçürmüşdür.

Biz əminik ki, işğaldan azad olunan torpaqlarımızda üç rəngli bayrağımız bundan sonra əbədi dalğalanacaq!

Qarabağ Azərbaycandır!

Rahat, təhlükəsiz və sürətli bankçılıq

TuranBank mükafatlandırıldı

TuranBank ən fəal maliyyyə savadlığı dəstəkçisi və sosial məsuliyyətli  bank seçilib        Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən üzv təşkilatları, Ekspert Qrupları və tərəfdaşları  2019-cu il və 2020-ci il üzrə müxtəlif nominasiyalarda qiymətləndirilərək mükafatlandırılıblar.  TuranBank ASC də 2019-cu il üzrə əhalinin maliyyə savadlığının inkişafına ən çox töhfə vermiş təşkilat olaraq "Ən fəal...

TuranBankdan Qarabağ Dirçəliş Fonduna dəstək

Azərbaycan xalqı üçün haqq və şərəf savaşına çevrilmiş 44 günlük Vətən müharibəsi nəticəsində qədim mədəniyyət paytaxtımız Şuşa şəhəri başda olmaqla bütün işğal altındakı ərazilərimiz Ordumuzun döyüş meydanındakı qəhrəmanlıqları nəticəsində işğaldan azad edilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun zəfərləri və torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik...

TuranBank nüfuzlu beynəlxalq maliyyə qurumundan kredit xətti almışdır

TuranBank və ECO Ticarət və İnkişaf Bankı arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə 2 milyon ABŞ dolları həcmində kredit sazişi imzalanıb. Cəlb olunan vəsaitlər TuranBanka istər üzv, istərsə də digər ölkələr arasında idxal-ixrac əməliyyatlarının genişləndirilməsinə, müştərilərin ticarət əməliyyatlarının dəstəklənməsinə imkan yaradacaq. Məlumat üçün qeyd edək ki, ECO Ticarət və İnkişaf Bankı ilə...

TuranBankın yenilənmiş mobil əlavəsi ixtiyarınızda

  İstifadəçilərinin rahatlığını hər zaman düşünən TuranBank yenilənmiş mobil tətbiqini istifadəyə verdi.    Yeni əlavə təkmilləşdirilmiş bank xidmətləri və onların rahat istifadəsi ilə seçilir. Əlavənin funksionallığı yaradılarkən ilk öncə istifadəçinin tərcihləri və təqdim olunan interfeyslərin optimal istifadəsi nəzərə alınmışdır. Beləliklə, Mobil Bank əlavəsi banka gəlmədən ödənişlər, köçürmələr və...

TuranBank ASC YAŞAT Fonduna ianə köçürdü

Məlum olduğu kimi, sentyabr ayının 27-də düşmən qüvvələrinin hücum hazırlığının qarşısını almaq məqsədilə şanlı Azərbaycan Ordusu əks hücum əməliyyatına başlamış və işğal altında olan torpaqlarımız düşmən işğalından tamamilə azad edilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəsur əsgərlərimiz ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında əsl qəhrəmanlıq nümayiş etdirmiş və düşmənə...

TuranBankdan özünüməşğulluq proqramına növbəti dəstək

Uğurla davam edən bu təşəbbüsə dəstək olaraq TuranBank sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə əvəzsiz olaraq vəsaitlər, avadanlıq verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Belə ki, Tərtər rayonundan Əliyev Fizuli, Dadaşova Məhbubə, Hacıyeva Filurə, İlyasov Elnur, Məmmədov Nadir, Məmmədov Nəcəf, Məmmədova Elnarə, Nəcəfov Zaur və Bakı şəhərindən Rəhimov Ədalət fəaliyyət...

TuranBank Avropa Yenidənqurma və İnkişaf Bankı ilə (AYİB) növbəti layihəyə start verdi

“Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq proqramı” çərçivəsində AYİB və TuranBank növbəti texniki dəstək layihəsinə start vermişdir. Yeni layihə çərçivəsində AYİB tərəfindən cəlb edilmiş TA Consult Partners konsultant şirkəti banka risk və uyğunluq siyasətinin idarə edilməsi və uyğunluq (komplayans) prosedurlarının beynəlxalq normalara uyğunlaşdırılması işində dəstək göstərəcəkdir....

TuranBank ASC Silahlı Qüvvələrin Yardım Fonduna vəsait ayırdı

Məlum olduğu kimi sentyabr ayının 27-də düşmən qüvvələrinin hərbi təxribatlarının qarşısını almaq məqsədilə şanlı Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlamış və işğal altında olan bir sıra strateji mövqe və kəndlərimiz azad edilmişdir. Hazırda igid əsgərlərimiz işğal altındakı torpaqlarımızın azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatları düşmən qüvvələrinə sarsıdıcı zərbələr vurmaqla davam etdirir. Bu şanlı tariximizin...

TuranBank yeni kredit kampaniyasına start verdi

Nağd pul krediti hələ belə sərfəli olmamışdır. Belə ki, TuranBank nağd kredit faizləri üzrə faiz dərəcəsini daha sərfəli edən yeni Payız Kampaniyasına start verdi.   Yeni kampaniya çərçivəsində TuranBanka müraciət edən hər kəs nağd istehlak kreditlərini 14.5%-dən başlayan faiz dərəcəsilə əldə etmək imkanı qazanacaq. 30 oktyabr 2020-ci il tarixinədək qüvvədə olan kampaniyanın şərtlərinə əsasən maksimal əldə edilə biləcək kredit məbləği 30 000 AZN...