• EN

TuranBank şəhid ailələri və qazilərimizə Novruz sovqatları paylayıb

19.03.2021

Ölkəmizin ərazi bütövlüyünün qorunması və torpaqlarımızın düşmən işğalından azad edilməsində əsl qəhrəmanlıq dastanı yazmış qazilərimiz və şəhidlərimizin ailələri hər zaman diqqət və qayğı mərkəzindədir.

TuranBank da hər zaman şəhidlərimizin ailə üzvlərinin və qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə aktiv iştirak edir. Bu ənənəyə sadiq qalan bankımız Novruz bayramı ərəfəsində "YAŞAT" Fondu ilə birlikdə şəhid ailələri və qazilərimizə bayram sovqatları paylayıb.

Bankın maliyyə dəstəyi ilə hazırlanmış bayram sovqatlarından ibarət qutular şəhid ailələrinə və tibb müəssisələrində yataq şəraitində müalicə alan ağır yaralanan qazilərimizə təqdim edilib. 

"YAŞAT" Fondunun həyata keçirdiyi bu layihənin  məqsədi müvafiq kateqoriyadan olan şəxslərin daima, o cümlədən Novruz bayramı ərəfəsində diqqət mərkəzində saxlanılması,  onların sosial qayğı ilə əhatə olunmasıdır.

Qeyd edək ki, vətənpərvərlik və sosial məsuliyyətlilik dəyərlərinə sadiq qalan TuranBank bundan sonra da ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin sosial təminatına dəstəyini davam etdirəcək.

Xatırladaq ki, Bank bundan öncə də Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün yaradılan YAŞAT Fonduna 100 000 (Bir yüz min) manat məbləğində vəsait köçürüb. 

TuranBank

Bizimlə etibarlıdır

Rahat, təhlükəsiz və sürətli bankçılıq

TuranBankdan kart sahibləri üçün Ramazan bayramına özəl cashback kampaniyası!

TuranBank Ramazan bayramı münasibətilə kart sahiblərini yeni cashback kampaniyası ilə sevindirir. Kampaniyadan faydalanmaq üçün TuranBank kartları ilə ödəniş etməyiniz kifayətdir. Kampaniyanın şərtlərinə görə 9-16 may tarixində TuranBank kartları ilə  istənilən supermarketdə etdiyiniz alış-veriş məbləğinin 2%-i hesabınıza geri qaytarılacaq. Kampaniya bütün növ kart ödənişlərinə şamil olunacaq. Müştəri məmnuniyyətini hər zaman...

TuranBank nüfuzlu maliyyə qurumundan 5 milyon ABŞ dolları kredit cəlb edib

TuranBank və EMF Mikromaliyyə Fondu arasında Mikro, Kiçik və Orta sahibkarlığın (KOS) maliyyələşdirilməsini genişləndirmək məqsədilə 5 milyon ABŞ dolları həcmində kredit sazişi imzalanıb. Cəlb edilən vəsait kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldilməklə sahibkarların maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirəcək. Məlumat üçün qeyd edək ki, TuranBank KOS-un maliyyələşdirilməsi üzrə beynəlxalq kredit...

Trendyol-dan TuranBank kartları ilə alış-verişlərə 5%-dək cashback hədiyyə!

Müştəri məmnuniyyətini hər zaman üstün tutan TuranBank yeni cashback kampaniyasına başlayır. TuranBank kartları ilə Trendyol onlayn ticarət platformasından alış-veriş etmək indi daha sərfəlidir. Belə ki, 1-31 may tarixində TuranBank kartları ilə Trendyol-dan edilmiş hər alış-veriş sizə cashback qazandıracaq. Kampaniya bütün növ kart (debet, kredit, depozit) ödənişlərinə şamil olunur. Kampaniyanın şərtlərinə əsasən TuranBank kartları ilə həyata...

TuranBank 16% böyüyüb

Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC 2021-ci ilin I rübü üzrə fəaliyyətinin nəticələrini açıqlayıb. COVİD-19 pandemiyası və bundan irəli gələn daxili və xarici bazarlardakı dalğalanmalara, ölkə iqtisadiyyatındakı daralmaya baxmayaraq Bank 2021-ci ilin I rübünü müsbət maliyyə nəticələri ilə başa vurub. 2021-ci ilin I rübünün yekunlarına görə, TuranBank ASC-nin cəmi aktivləri ötən ilin analoji dövrü ilə...

TuranBankın mobil tətbiqi artıq AppGallery-də!

Hər zaman müştərilərinin rahatlığını düşünən TuranBank mobil bank tətbiqinin əlçatanlığını daha da genişləndirib. Artıq mobil tətbiqimizi Huawei markalı telefonlara məxsus olan AppGallery vasitəsilə də yükləyə bilərsiniz. https://bit.ly/3myetD5 TuranBank mobil tətbiqi həm fərdi, həm də korporativ müştərilərə banka gəlmədən ödənişlər, köçürmələr və müxtəlif bank əməliyyatlarını həyata keçirmək imkanını yaratmaqla bərabər...

TuranBank MİDA ilə əməkdaşlığa start verib

Ölkə başçısının 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası” ilə vətəndaşlara bir sıra güzəştlərdən yararlanmaq imkanı təmin edilir. “Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq şəxsi elektron kabinetə sahib olmuş vətəndaşlara bu güzəştdən yararlanmaq imkanı İpoteka və Kredit Zəmanət...

TuranBank şəhid ailələri və qazilərimizə Novruz sovqatları paylayıb

Ölkəmizin ərazi bütövlüyünün qorunması və torpaqlarımızın düşmən işğalından azad edilməsində əsl qəhrəmanlıq dastanı yazmış qazilərimiz və şəhidlərimizin ailələri hər zaman diqqət və qayğı mərkəzindədir. TuranBank da hər zaman şəhidlərimizin ailə üzvlərinin və qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə aktiv iştirak edir. Bu ənənəyə sadiq qalan bankımız Novruz bayramı ərəfəsində...

TuranBankdan sahibkarlara Bahar kampaniyası

TuranBankdan sahibkarlara 10.9%-dən başlayan komissiyasız kredit! TuranBank biznesə dəstək məqsədilə yeni kredit kampaniyasına start verib. Aprel ayının 10-dək davam edəcək “Baharın sərfəli anı” kampaniyasının şərtlərinə əsasən,  sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər kreditləri illik 10,9%-dən başlayan faiz dərəcəsi ilə əldə edə bilərlər. Bu da son deyil. Belə ki, kampaniya çərçivəsində rəsmiləşdirilən kreditlər sahibkarlara komissiyasız təklif...

TuranBank kartları ilə alış-veriş etmək daha çox qazanc gətirəcək

TuranBankın ödəniş kartlarından istifadə etməklə cashback layihəsinin üstünlüklərindən yararlanın!  TuranBank kart sahibləri üçün 8 mart Beynəlxalq Qadınlar Gününə özəl cashback kampaniyasına başlayıb. Bankın kart sahibləri gül, parfümeriya, geyim və aksesuar mağazalarında, restoranlarda ödəniş edərkən əlavə üstünlüklər qazanacaqlar. 05-08 mart tarixində tərəfdaş mağazalarda həyata keçirilən hər bir...