Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC 2023-cü ilin yekunlarına əsasən maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb.
2023-cü ilin yekunlarına görə TuranBank-ın cəmi aktivləri 822.8 mln. manata çatıb. Bankın müştərilərə verilmiş kreditləri 14.7% və ya 80.9 mln. manat artaraq 629.4 mln. manat olub, o cümlədən biznes müştərilərinə verilmiş kreditləri 17.1% və ya 53.8 mln. manat artaraq 367.6 mln. manat təşkil edib. Bankın depozit portfelinin həcmində də artım müşahidə olunub. Belə ki, 2023-cü ilin sonuna cəmi depozit portfeli keçən ilin müvafiq dövrü ilə müqayisədə 6.9% və ya 29.6 mln. manat artaraq 458.9 mln. manat, fiziki şəxslərin depozitləri isə 20.3% və ya 66.7 mln. manat artaraq 394.6 mln. manat təşkil edib.
Məlumat üçün bildirək ki, TuranBank institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin cəlb edilməsi istiqamətində digər beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Belə ki, Bank Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), EMF Mikromaliyyə Fondu, Incofin İnvestisiya Fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB), Sparkassenstiftung və s. kimi nüfuzlu maliyyə institutları ilə Kiçik və Orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olub.
İl ərzində TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində “YAŞAT” Fondunun təşkilatçılığı ilə həyata keçirilən “YAŞAT” idman düşərgəsinə maliyyə dəstəyi göstərərək şəhid və qazi övladlarının arzularını gerçəkləşdirib. Həmçinin ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini davam etdirən Bank Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı təşkil olunmuş ağacəkmə aksiyasına qoşulub.
Hesabat dövründə TuranBank özünün xidmət şəbəkəsinin inkişafı strategiyasına uyğun olaraq iki yeni satış nöqtəsini - Fəvvarələr Şöbəsi və Qaradağ filialını fərdi və korporativ müştərilərin istifadəsinə verib. Bundan başqa, TuranBank rəqəmsallaşmanın genişlənməsi istiqamətində addımlar ataraq məsafədən göstərilən xidmətlərin əhatə dairəsini genişləndirib. Belə ki, 2023-cü il ərzində Bank mobil əlavəsi üzərindən “Apple Pay”, “Google Pay”, “TezÖdə”, “Ölkəxarici pul köçürmələri”, “ƏDV geri al”, “ PIN kodu özün təyin et” kimi xidmətləri müştərilərin ixtiyarına verib.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 21 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank
Bizimlə etibarlıdır...
Rahat, təhlükəsiz və sürətli bankçılıq
Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC 2025-ci ilin III rübünün yekunlarına əsasən maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb. 2025-ci ilin III rübünün yekunlarına görə TuranBank-ın cəmi aktivləri 5 % artaraq 893 mln. manata çatıb. Hesabat dövründə Bank qarşıya qoyulan strateji hədəfinə uyğun olaraq mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini daha da artırıb. Belə ki, Bankın kredit...
Rəqəmsal bankçılıq xidmətlərinin genişləndirilməsi və müştəri məmnuniyyətinin artırılması istiqamətində fəaliyyətini davam etdirən TuranBank ASC “Açıq bankçılıq” funksionallığını mobil tətbiq vasitəsilə müştərilərinə təqdim edib. Belə ki, yeni funksionallıq müştərilərə onların öz razılıqları əsasında digər banklarda olan hesabları və bu hesablar üzrə aparılan ödəniş əməliyyatları haqqında məlumatları TuranBank...
Azərbaycanda Mikro, kiçik və orta sahibkarlığın (MKOS) maliyyələşdirilməsi sahəsində lider banklardan biri olan TuranBank, beynəlxalq maliyyə institutları ilə əməkdaşlığını davam etdirərək nüfuzlu ECO Ticarət və İnkişaf Bankı ilə MKOS maliyyələşdirilməsini genişləndirmək məqsədilə 5 illik müddətə 5 milyon Avro həcmində kredit sazişi imzalayıb. Cəlb edilən vəsait ölkədə kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldilməklə sahibkarların maliyyə...
Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ilə İslam İnkişaf Bankı Qrupunun özəl sektor üzrə üzv qurumu olan İslam Əməkdaşlıq Təşkilatının Özəl Sektorun İnkişafı üzrə Korporasiyası (ICD) arasında 5 il müddətinə 15 milyon ABŞ dolları məbləğində maliyyələşdirmə istiqamətində saziş imzalanıb. Sözügedən maliyyələşdirmə xətti ölkədə kiçik və orta sahibkarlığın (KOS) inkişafına dəstək göstərmək, özəl...
Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank, Asiya İnkişaf Bankı (ADB) tərəfindən təşkil olunan və beynəlxalq maliyyə sektorunda yüksək nüfuza malik olan “11-ci Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı üzrə Mükafatlar – 2025” (11th Trade and Supply Chain Finance Program Awards 2025) çərçivəsində “Ən Yaxşı KOS Maliyyələşməsi Layihəsi” (Best SME Deal of the Year) nominasiyasının qalibi elan...
Ölkəmizdə rəqəmsallaşma proseslərinə fəal dəstək verən TuranBank 31 avqust – 5 sentyabr 2025-ci il tarixlərində Azərbaycanda keçiriləcək 49-cu Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalının Azərbaycan Banklar Assosiasiyası çərçivəsində rəsmi tərəfdaşıdır. Qeyd edək ki, dünyanın ən nüfuzlu proqramlaşdırma yarışı hesab olunan müsabiqə “ICPC Foundation”ın təşkilatçılığı və ADA Universitetinin ev...
Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində aparıcı banklardan biri olan, beynəlxalq maliyyə qurumları ilə uğurlu əməkdaşlıqlarını davam etdirən TuranBank İsveçrənin aparıcı investisiya meneceri “BlueOrchard Finance” tərəfindən idarə olunan nüfuzlu “Covid-19 Emerging and Frontier Markets MSME Support Fund SCSp SICAV-RAIF” Fondu ilə yeni kredit sazişi imzalayıb. Sazişə əsasən, “Covid-19 Emerging and Frontier Markets MSME Support Fund...
Beynəlxalq maliyyə bazarlarında yüksək nüfuza malik, Azərbaycanın maliyyə sektoru üzrə lider banklardan biri olan TuranBank beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Belə ki, Bank bu uğurlu əməkdaşlıqların davamı olaraq Asiya İnkişaf Bankının Ticarət və Təchizat Zəncirinin Maliyyə Proqramından (TSCFP) yararlanmağa başlayıb. Sözügedən zəmanət mexanizmi idxal-ixrac əməliyyatlarının, eyni zamanda Azərbaycanda biznes mühitinin,...
Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC 2025-ci ilin II rübünün yekunlarına əsasən maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb. 2025-ci ilin II rübünün yekunlarına görə TuranBank-ın cəmi aktivləri 11, 5% artaraq 948 mln. manata çatıb. Belə ki, Bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 6.7% və ya 44 mln. manat artaraq 696 mln. manat, o cümlədən biznes müştərilərinə verilmiş kreditləri 370...