Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank növbəti xeyriyyə aksiyasına imza ataraq heyvanların müdafiəsi istiqamətində sahibsiz küçə heyvanlarına dəstək olub.
Belə ki, Bank Zaqatala rayonunda yerləşən heyvan sığınacağını ziyarət edərək heyvanları qida, tibbi ləvazimatlar və digər bütün zəruri ehtiyaclarla təmin edib. Qeyd edək ki, sığınacaqda 200-dən çox heyvana qayğı göstərilir. Həmçinin TuranBank bütün satış nöqtələrinin qarşısında soyuq, qarlı havadan müdafiə olunması məqsədilə sahibsiz küçə pişikləri üçün evciklər quraşdırılmasını və onların daim yem, su ilə təmin olunmasını həyata keçirib.
Bankın həyata keçirdiyi bu layihənin əsas məqsədi qayğıya ehtiyacı olan sahibsiz heyvanlara mərhəmət və sevgi göstərilməsi ənənəsini formalaşdırmaq, onlara diqqətin artırılması, cəmiyyətdə heyvanların rifahı haqqında maarifləndirmənin artırılması və heyvanlara humanist yanaşmanın təşviqinə yönləndirilməsidir.
Məlumat üçün qeyd edək ki, TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində daim həssas əhali qruplarını diqqət mərkəzində saxlayır, hər zaman şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə, həmçinin ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak edir.
Bundan sonra da TuranBank ölkəmizdə qayğıya ehtiyacı olan sahibsiz heyvanlara dəstək olacaq, ətraf mühit naminə görülən tədbirləri davam etdirəcəkdir.
TuranBank
Bizimlə etibarlıdır…
Rahat, təhlükəsiz və sürətli bankçılıq
Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank növbəti xeyriyyə aksiyasına imza ataraq “Azərbaycan Uşaqları” İctimai Birliyinə dəstək olub. Belə ki, “Zərif əldən cəsur ürəklərə” layihəsi çərçivəsində Bank “Azərbaycan Uşaqları” İctimai Birliyi nəzdində fəaliyyət göstərən Uşaq sığınacağı – Reinteqrasiya mərkəzinin zorakılığa məruz qalan və kimsəsiz qız uşaqlarının peşə bacarıqlarını...
Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan TuranBank ASC uğurlu fəaliyyəti sayəsində beynəlxalq qurumlardan maliyyə vəsaitləri cəlb etməyə davam edir. Belə ki, TuranBank və Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) arasında kiçik və orta biznesin maliyyələşdirilməsini genişləndirmək məqsədilə yeni kredit sazişi imzalanıb. Sazişə əsasən beynəlxalq maliyyə qurumu Banka 2 illik müddətə 6 milyon ABŞ dolları ekvivalentində Azərbaycan...
TuranBank ASC-nin Müşahidə Şurasının geniş tərkibli növbəti iclası keçirilib. Bankın Müşahidə Şurasının sədri Rauf Kazımovun sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, İdarə Heyətinin sədri və digər üzvləri, həmçinin baş direktorlar iştirak ediblər. İclasda 2024-cü il üzrə Bankın illik fəaliyyətinə dair İdarə Heyətinin hesabatı dinlənilib, cari inkişaf strategiyasının icrası və əldə olunmuş nəticələr...
TuranBank və ECO Ticarət və İnkişaf Bankı arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə kredit sazişi imzalanıb. Bu strateji təşəbbüs beynəlxalq ticarət əməliyyatlarını dəstəkləmək və Azərbaycanın bütün ərazilərində sahibkarların maliyyə imkanlarını genişləndirməyə xidmət edir. Cəlb olunan vəsaitlər TuranBanka istər qeyd olunan təşkilata üzv ölkələr, istərsə də digər ölkələr arasında idxal-ixrac...
Fəaliyyətində Ekoloji, Sosial və İdarəetmə (ESİ) prinsiplərini rəhbər tutan TuranBank “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ətraf mühitin qorunmasına yönəlmiş layihələrin icrasını davam etdirərək ağacəkmə aksiyası təşkil edib. Belə ki, sosial məsuliyyət və ekoloji davamlılıq sahəsindəki öhdəliklərinə uyğun olaraq TuranBank-ın təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin...
Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində lider banklardan biri olan TuranBank, nüfuzlu Enabling Qapital şirkətinin vasitəçiliyi ilə EMF Mikromaliyyə Fondu ilə yerli valyutada yeni kredit müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, beynəlxalq maliyyə qurumu TuranBank üçün 3 illik müddətə 5 milyon ABŞ dolları məbləğində Azərbaycan manatında (AZN) sintetik kredit ayırıb. Cəlb edilən vəsait Bankın rəqabət qabiliyyətinin və maliyyə...
Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank növbəti xeyriyyə aksiyasına imza ataraq DOST Agentliyin "Korporativ DOST" altproqramı çərçivəsində tənha ahıl şəxslər üçün düşərgə təşkil edib Belə ki, Bank DOST Agentliyinin "Könüllü DOST" proqramı ilə birgə yaşı 65-dən yuxarı olan ahıllar üçün asudə vaxtın səmərəli təşkili və icmalaşma məqsədilə Zirə Ekopark-da “Qəlbi Cavanlar” təlim və...
Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC 2024-cü ilin I yarısının yekunlarına əsasən maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb. 2024-cü ilin II rübünün yekunlarına görə TuranBank-ın cəmi aktivləri 872 mln. manata çatıb. Bankın kredit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 12.1% və ya 69.4 mln. manat artaraq 645 mln. manat, o cümlədən biznes müştərilərinə verilmiş kreditləri...
1992-ci ildə fəaliyyətə başlayan, Azərbaycan bank sektorunda dayanıqlılığı ilə seçilən, müştərilərin inam və rəğbətini qazanan, biznesdə etibarlı tərəfdaş imicini qoruyub saxlayan TuranBank bu illər ərzində geniş inkişaf yolu keçərək ölkənin böyük maliyyə qurumlarından birinə çevrilmişdir. Fəaliyyətinin 32-ci ilini qeyd edən Bank bu illər ərzində bir çox uğurlara imza atmış, xüsusilə kiçik və orta sahibkarlara dəstək olmaqla...