Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC və Asiya İnkişaf Bankı (AİB) arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini həyata keçirmək məqsədilə saziş imzalanıb.
Yeni saziş çərçivəsində AİB “Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı”na (TSCFP) TuranBank ASC-ni daxil edərək ticarət maliyyələşdirilməsi üzrə zəmanət limiti təsdiqləyib. Qeyd edək ki, bu saziş ölkədə idxal-ixrac əməliyyatlarının genişləndirilməsinə, müştərilərin ticarət əməliyyatlarının dəstəklənməsinə imkan yaradacaq.
"Biz TSCFP-nin Azərbaycanda TuranBank ilə əlaqələr qurduğunu görməkdən şadıq. AİB qlobal ticarət, iş yerlərinin artımı və iqtisadi inkişafı dəstəkləmək öhdəliyinə sadiqdir. Bu tərəfdaşlıq Azərbaycanda təchizat zəncirləri və ərzaq təhlükəsizliyi üçün çox vacibdir." Bu barədə AİB-nin Azərbaycan üzrə direktoru Candice McDeigan bildirib.
“TuranBank ASC və AİB arasında bağlanan bu saziş beynəlxalq maliyyə təşkilatlarının Bankımıza inamının daha bir mühüm göstəricisidir. Bu saziş ölkəmizdə sahibkarlara beynəlxalq ticarət fəaliyyətini asanlaşdırmaq, onların idxal və ixrac imkanlarını genişləndirmək üçün lazım olan dəstəyi təmin etmək məqsədilə nəzərdə tutulub. Əminəm ki, əməkdaşlığımız Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektoruna, həmçinin xarici ticarətin inkişafına öz töhfəsini verəcəkdir.”- deyə TuranBank-ın İdarə Heyətinin sədri Fəzail Musayev qeyd edib.
Məlumat üçün bildirək ki, AİB firavan, inklüziv, dəyişikliklərə uyğunlaşa bilən və dayanıqlı Asiya və Sakit Okean regionuna nail olmaq öhdəliyinə sadiqdir, eyni zamanda ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini davam etdirir. AİB 1966-cı ildə yaradılıb. 49-u regiondan olmaqla bankın 68 üzvü onun səhmdarlarıdır.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank ASC 21 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bank daim inkişaf yolunu tutub, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olub. TuranBank Azərbaycanın maliyyə sektorunda stabilliyi və etibarlılığı ilə seçilən əsas iştirakçılardan biridir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank
Bizimlə etibarlıdır...
Rahat, təhlükəsiz və sürətli bankçılıq
Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC 2025-ci ilin I rübünün yekunlarına əsasən maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb. 2025-ci ilin I rübünün yekunlarına görə TuranBank-ın cəmi aktivləri 876 mln. manata çatıb. Hesabat dövründə Bank qarşıya qoyulan strateji hədəfinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini daha da artırıb. Belə ki, Bankın kredit portfeli...
Ölkənin aparıcı banklarından biri olan TuranBank maliyyə sektorunda gender bərabərliyinin təşviqinə yönəlmiş strateji layihəni uğurla başa vurub. FİNMA tərəfindən tənzimlənən İsveçrənin aparıcı Enabling Qapital fondu və Amerika Birləşmiş Ştatlarının ən məşhur universitetlərindən biri olan Kolumbiya Universitetinin “Beynəlxalq və İctimai İşlər Məktəbi”nin uzunmüddətli əməkdaşlığı çərçivəsində həyata keçirilən bu layihə təhlil və...
Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan TuranBank ASC beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığını genişləndirməyə davam edir. Belə ki, Bank FİNMA tərəfindən tənzimlənən İsveçrənin aparıcı Enabling Qapital şirkəti tərəfindən idarə olunan EMF Mikromaliyyə Fondu ilə Mikro, Kiçik və Orta sahibkarlığın (MKOS) maliyyələşdirilməsini genişləndirmək məqsədilə 3 illik müddətə 4 milyon ABŞ dolları həcmində kredit sazişi...
Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank növbəti xeyriyyə aksiyasına imza ataraq “Azərbaycan Uşaqları” İctimai Birliyinə dəstək olub. Belə ki, “Zərif əldən cəsur ürəklərə” layihəsi çərçivəsində Bank “Azərbaycan Uşaqları” İctimai Birliyi nəzdində fəaliyyət göstərən Uşaq sığınacağı – Reinteqrasiya mərkəzinin zorakılığa məruz qalan və kimsəsiz qız uşaqlarının peşə bacarıqlarını...
Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan TuranBank ASC uğurlu fəaliyyəti sayəsində beynəlxalq qurumlardan maliyyə vəsaitləri cəlb etməyə davam edir. Belə ki, TuranBank və Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) arasında kiçik və orta biznesin maliyyələşdirilməsini genişləndirmək məqsədilə yeni kredit sazişi imzalanıb. Sazişə əsasən beynəlxalq maliyyə qurumu Banka 2 illik müddətə 6 milyon ABŞ dolları ekvivalentində Azərbaycan...
TuranBank ASC-nin Müşahidə Şurasının geniş tərkibli növbəti iclası keçirilib. Bankın Müşahidə Şurasının sədri Rauf Kazımovun sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, İdarə Heyətinin sədri və digər üzvləri, həmçinin baş direktorlar iştirak ediblər. İclasda 2024-cü il üzrə Bankın illik fəaliyyətinə dair İdarə Heyətinin hesabatı dinlənilib, cari inkişaf strategiyasının icrası və əldə olunmuş nəticələr...
TuranBank və ECO Ticarət və İnkişaf Bankı arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə kredit sazişi imzalanıb. Bu strateji təşəbbüs beynəlxalq ticarət əməliyyatlarını dəstəkləmək və Azərbaycanın bütün ərazilərində sahibkarların maliyyə imkanlarını genişləndirməyə xidmət edir. Cəlb olunan vəsaitlər TuranBanka istər qeyd olunan təşkilata üzv ölkələr, istərsə də digər ölkələr arasında idxal-ixrac...
Fəaliyyətində Ekoloji, Sosial və İdarəetmə (ESİ) prinsiplərini rəhbər tutan TuranBank “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ətraf mühitin qorunmasına yönəlmiş layihələrin icrasını davam etdirərək ağacəkmə aksiyası təşkil edib. Belə ki, sosial məsuliyyət və ekoloji davamlılıq sahəsindəki öhdəliklərinə uyğun olaraq TuranBank-ın təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin...
Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində lider banklardan biri olan TuranBank, nüfuzlu Enabling Qapital şirkətinin vasitəçiliyi ilə EMF Mikromaliyyə Fondu ilə yerli valyutada yeni kredit müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, beynəlxalq maliyyə qurumu TuranBank üçün 3 illik müddətə 5 milyon ABŞ dolları məbləğində Azərbaycan manatında (AZN) sintetik kredit ayırıb. Cəlb edilən vəsait Bankın rəqabət qabiliyyətinin və maliyyə...