Azərbaycanın maliyyə sektorunda fəaliyyətini daha da genişləndirməyə davam edən TuranBank ASC 2024-cü ilin I rübünün maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb.
1 aprel 2024-cü il tarixinə TuranBank-ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 7.4% və ya 61 mln. manat artaraq 883.7 mln. manat olub. Hesabat dövründə Bank qarşıya qoyulan strateji hədəfinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini daha da artırıb. Belə ki, Bankın müştərilərə verilmiş kreditləri ötən ilin analoji dövrü ilə müqayisədə 13.5% və ya 75.7 mln. manat artaraq 635 mln. manat, biznes müştərilərinə verilmiş kreditləri isə 15.7% və ya 50 mln. manat artaraq 369.6 mln. manat təşkil edib. Bankın cəmi depozit portfeli ötən ilin sonu ilə müqayisədə 0.7% və ya 3 mln. manat artaraq 461.9 mln. manat, o cümlədən fiziki şəxslərin depozitləri 1.9% və ya 7.6 mln. manat artaraq 402.2 mln. manat olub ki, bu da müştərilərin Banka inamının yüksək olmasının göstəricisidir.
Bununla yanaşı ölkəmizdə sahibkarlığın, xüsusilə də kənd təsərrüfatının inkişafına və maliyyələşməsinə daima dəstək olan, özəl sektorun inkişafına öz töhfəsini verən TuranBank III Aqrobiznesin İnkişafı Forumunda “2023-cü ildə mikrokreditləşmədə rəqabətliyin artımına ən çox töhfə verən bank” nominasiyasında mükafat qazanıb.
Hesabat dövründə TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində Zaqatala rayonunda yerləşən heyvan sığınacağını ziyarət edərək heyvanları qida, tibbi ləvazimatlar və digər bütün zəruri ehtiyaclarla təmin edib, həmçinin bütün satış nöqtələrinin qarşısında soyuq, qarlı havadan müdafiə olunması məqsədilə sahibsiz küçə pişiklər üçün evciklər quraşdırılmasını və onların daim yem, su ilə təmin olunmasını həyata keçirib. Təsadüfi deyil ki, Bank Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən “Bankçılıq Mükafatları - 2023” tədbirində “Korporativ sosial məsuliyyət” və “Özünüməşğulluq Proqramında iştirak” nominasiyaları üzrə mükafatla təltif edilib.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 21 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank
Bizimlə etibarlıdır…
Rahat, təhlükəsiz və sürətli bankçılıq
Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC 2024-cü ilin I yarısının yekunlarına əsasən maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb. 2024-cü ilin II rübünün yekunlarına görə TuranBank-ın cəmi aktivləri 872 mln. manata çatıb. Bankın kredit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 12.1% və ya 69.4 mln. manat artaraq 645 mln. manat, o cümlədən biznes müştərilərinə verilmiş kreditləri...
1992-ci ildə fəaliyyətə başlayan, Azərbaycan bank sektorunda dayanıqlılığı ilə seçilən, müştərilərin inam və rəğbətini qazanan, biznesdə etibarlı tərəfdaş imicini qoruyub saxlayan TuranBank bu illər ərzində geniş inkişaf yolu keçərək ölkənin böyük maliyyə qurumlarından birinə çevrilmişdir. Fəaliyyətinin 32-ci ilini qeyd edən Bank bu illər ərzində bir çox uğurlara imza atmış, xüsusilə kiçik və orta sahibkarlara dəstək olmaqla...
TuranBank özünün xidmət şəbəkəsinin inkişafı strategiyasına uyğun olaraq İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verib. Bakı şəhəri, Səbail rayonu, Qoşa Qala 47 ünvanında yerləşən yeni şöbə müasir standartlara cavab verən ofis binası ilə şəhər sakinlərinin, həmçinin yerli və xarici turistlərin müxtəlif növ bank xidmətləri, eyni zamanda valyuta mübadiləsi əməliyyatlarını daha operativ və rahatlıqla...
Xarici maliyyə institutları ilə əlaqələrini uğurla inkişaf etdirən TuranBank ASC Habib American Bank (HAB) ilə beynəlxalq müxbir əlaqələr şəbəkəsinin genişləndirilməsi məqsədi ilə strateji əməkdaşlığa başlayıb. Belə ki, əməkdaşlıq çərçivəsində TuranBank Amerika Birləşmiş Ştatlarının (ABŞ) beynəlxalq ödəniş və hesablaşmalar sahəsində aparıcı banklarından hesab olunan HAB Bankda ABŞ dollarında müxbir hesabı açaraq müştərilərinin xarici...
Azərbaycanın maliyyə sektorunda fəaliyyətini daha da genişləndirməyə davam edən TuranBank ASC 2024-cü ilin I rübünün maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb. 1 aprel 2024-cü il tarixinə TuranBank-ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 7.4% və ya 61 mln. manat artaraq 883.7 mln. manat olub. Hesabat dövründə Bank qarşıya qoyulan strateji hədəfinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın...
Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC və Asiya İnkişaf Bankı (AİB) arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini həyata keçirmək məqsədilə saziş imzalanıb. Yeni saziş çərçivəsində AİB “Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı”na (TSCFP) TuranBank ASC-ni daxil edərək ticarət maliyyələşdirilməsi üzrə zəmanət limiti təsdiqləyib. Qeyd edək ki, bu saziş ölkədə idxal-ixrac...
Martın 29-da Qubada Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə keçirilən III Aqrobiznesin İnkişafı Forumunda TuranBank mükafata layiq görülüb. Belə ki, ölkəmizdə sahibkarlığın, xüsusilə də kənd təsərrüfatının inkişafına və maliyyələşməsinə daima dəstək olan, özəl sektorun inkişafına öz töhfəsini verən TuranBank “2023-cü ildə...
Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank növbəti xeyriyyə aksiyasına imza ataraq heyvanların müdafiəsi istiqamətində sahibsiz küçə heyvanlarına dəstək olub. Belə ki, Bank Zaqatala rayonunda yerləşən heyvan sığınacağını ziyarət edərək heyvanları qida, tibbi ləvazimatlar və digər bütün zəruri ehtiyaclarla təmin edib. Qeyd edək ki, sığınacaqda 200-dən çox heyvana qayğı göstərilir. Həmçinin TuranBank...
Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC 2023-cü ilin yekunlarına əsasən maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb. 2023-cü ilin yekunlarına görə TuranBank-ın cəmi aktivləri 822.8 mln. manata çatıb. Bankın müştərilərə verilmiş kreditləri 14.7% və ya 80.9 mln. manat artaraq 629.4 mln. manat olub, o cümlədən biznes müştərilərinə verilmiş kreditləri 17.1% və ya 53.8 mln. manat artaraq 367.6 mln. manat təşkil edib....