Ölkənin aparıcı banklarından biri olan TuranBank maliyyə sektorunda gender bərabərliyinin təşviqinə yönəlmiş strateji layihəni uğurla başa vurub. FİNMA tərəfindən tənzimlənən İsveçrənin aparıcı Enabling Qapital fondu və Amerika Birləşmiş Ştatlarının ən məşhur universitetlərindən biri olan Kolumbiya Universitetinin “Beynəlxalq və İctimai İşlər Məktəbi”nin uzunmüddətli əməkdaşlığı çərçivəsində həyata keçirilən bu layihə təhlil və praktiki metodları birləşdirərək maliyyə sektorunda daha inklüziv təcrübələrin dəstəklənməsini təmin edir.
Layihə çərçivəsində, cari ilin 14-19 mart tarixlərində Enabling Qapital fondunun vasitəçiliyi ilə Kolumbiya Universitetinin magistratura səviyyəsində təhsil alan 7 tələbəsi Azərbaycana səfər edərək TuranBank-da praktiki araşdırmalar aparmaq imkanı əldə ediblər. Tələbələr Bankın baş ofisi ilə yanaşı, filiallarda fəaliyyət göstərən qadın rəhbər heyəti ilə görüşlər keçirərək Bankın idarəetmə strukturlarında qadınların rolu, iş yerində gender bərabərliyi prinsiplərinin tətbiqi ilə bağlı ətraflı məlumat əldə ediblər. Həmçinin Bankın qadın sahibkarlara verdiyi dəstək, güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və biznes sahəsində qadınların iqtisadi səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparıblar.
19 mart 2025- ci il tarixində layihənin yekun təqdimatı keçirilib və Bankın gender bərabərliyinə dair həyata keçirdiyi təşəbbüslərin nəticələri, əldə edilən əsas nailiyyətlər və gələcəkdə bu istiqamətdə tətbiq ediləcək təkmilləşdirmələr barədə bankın rəhbərliyi ilə ətraflı müzakirələr aparılıb. Sonda Bankın bu sahədəki fəaliyyətinin gücləndirilməsi üçün konkret fəaliyyət planı təqdim olunub. Fəaliyyət planı çərçivəsində nəzərdə tutulan tədbirlər arasında təhsil proqramları, mentorluq layihələri və gender əsaslı ayrı-seçkiliyin qarşısını almağa yönəlmiş hüquqi mexanizmlərin gücləndirilməsi yer alıb.
TuranBank-ın İdarə Heyətinin sədri Orxan Qarayev layihənin əldə etdiyi nəticələri yüksək qiymətləndirərək, bu istiqamətdə fəaliyyətin daha da gücləndiriləcəyini vurğulayıb: “Biz gender bərabərliyini yalnız bir siyasət kimi deyil, inkişaf strategiyamızın əsas sütunlarından biri kimi dəyərləndiririk. İnklüziv və dəstəkləyici bir mühit yaradaraq, biz hər bir əməkdaşımıza, cinsindən asılı olmayaraq, inkişaf etmək imkanı təmin edirik. Eyni zamanda, qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artırılması və güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində daim dəstəkləyici tədbirlər görürük. TuranBank olaraq, işgüzar sahədə gender bərabərliyi və qadınların iqtisadi səmərəliliyinin artırılması istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.”
Enabling Qapital Fondunun nümayəndəsi Farida Abdulhafizova Fondun bu sahədə davam edən öhdəliyi çərçivəsində maliyyə institutlarında gender bərabərliyinin vacibliyini vurğulayıb:
“Biz, TuranBank-ın gender bərabərliyinin yalnız bir siyasət deyil, həm də Bankın əsas dəyər prinsiplərindən biri olması ilə bağlı yanaşmaları ilə həmfikirik. Tədqiqatlar göstərir ki, güclü qadın sahibkarları və əməkdaşları olan maliyyə qurumları daha uğurlu nəticələr əldə edirlər. Bu məqsədlə, biz Kolumbiya Universitetinin “Beynəlxalq və İctimai İşlər Məktəbi” ilə birgə maliyyə institutlarına bu potensiallarını aktiv həyata keçirməyə dəstək olmaq üçün fəaliyyət planı hazırladıq.”
Məlumat üçün bildirək ki, TuranBank, öz fəaliyyətində gender bərabərliyinə xüsusi diqqət ayırır və beynəlxalq tərəfdaşların dəstəyilə həyata keçirilən bu kimi layihələrin Azərbaycanda qadınların iqtisadi həyatdakı rolunu artırmağa və onların biznes sahələrində daha fəal iştirakını dəstəkləməyə töhfə verəcəyinə əmindir.
Ölkənin lider banklarından olan TuranBank 22 satış nöqtəsilə müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 çağrı mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank
Bizimlə etibarlıdır...
Rahat, təhlükəsiz və sürətli bankçılıq
Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank yaşlı əhalinin asudə vaxtının səmərəli təşkili, həyat keyfiyyətini yaxşılaşdırmaq və onların sosial rifahını təmin etmək məqsədilə "Üçüncü Bahar" İctimai Birliyi ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində Bank İctimai Birliyin nəzdində fəaliyyət göstərən İçərişəhər "YAŞA" Mərkəzinin fəaliyyətinə və infrastrukturunun gücləndirilməsinə dəstək...
Asiya İnkişaf Bankının “Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı” (AİB TSCFP) TuranBank-ın Kredit Zəmanəti Məhsulu üzrə ümumi limitin 8 milyon ABŞ dollarınadək artırıldığını təsdiqləyib. Bu, TuranBank və ADB TSCFP arasında uzunmüddətli əməkdaşlıqda növbəti mühüm mərhələdir və beynəlxalq maliyyə institutlarının TuranBank-ın strateji inkişafına, risklərin idarə olunması təcrübələrinə və əməliyyat imkanlarına artan...
Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində aparıcı banklardan biri olan TuranBank, nüfuzlu Invest in Visions (IIV) fondu ilə yeni kredit sazişi imzalayıb. Saziş “IIV Mikrofinanzfonds” və “IIV Financial Infrastructure Funds, FCP RAIF – DKM Mikrofinanzfonds” vasitəsilə həyata keçirilib və əməliyyat tanınmış Incofin İnvestisiya Fondu ilə əməkdaşlıq çərçivəsində strukturlaşdırılıb. Sazişə əsasən, beynəlxalq maliyyə...
Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC 2025-ci ilin III rübünün yekunlarına əsasən maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb. 2025-ci ilin III rübünün yekunlarına görə TuranBank-ın cəmi aktivləri 5 % artaraq 893 mln. manata çatıb. Hesabat dövründə Bank qarşıya qoyulan strateji hədəfinə uyğun olaraq mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini daha da artırıb. Belə ki, Bankın kredit...
Rəqəmsal bankçılıq xidmətlərinin genişləndirilməsi və müştəri məmnuniyyətinin artırılması istiqamətində fəaliyyətini davam etdirən TuranBank ASC “Açıq bankçılıq” funksionallığını mobil tətbiq vasitəsilə müştərilərinə təqdim edib. Belə ki, yeni funksionallıq müştərilərə onların öz razılıqları əsasında digər banklarda olan hesabları və bu hesablar üzrə aparılan ödəniş əməliyyatları haqqında məlumatları TuranBank...
Azərbaycanda Mikro, kiçik və orta sahibkarlığın (MKOS) maliyyələşdirilməsi sahəsində lider banklardan biri olan TuranBank, beynəlxalq maliyyə institutları ilə əməkdaşlığını davam etdirərək nüfuzlu ECO Ticarət və İnkişaf Bankı ilə MKOS maliyyələşdirilməsini genişləndirmək məqsədilə 5 illik müddətə 5 milyon Avro həcmində kredit sazişi imzalayıb. Cəlb edilən vəsait ölkədə kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldilməklə sahibkarların maliyyə...
Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ilə İslam İnkişaf Bankı Qrupunun özəl sektor üzrə üzv qurumu olan İslam Əməkdaşlıq Təşkilatının Özəl Sektorun İnkişafı üzrə Korporasiyası (ICD) arasında 5 il müddətinə 15 milyon ABŞ dolları məbləğində maliyyələşdirmə istiqamətində saziş imzalanıb. Sözügedən maliyyələşdirmə xətti ölkədə kiçik və orta sahibkarlığın (KOS) inkişafına dəstək göstərmək, özəl...
Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank, Asiya İnkişaf Bankı (ADB) tərəfindən təşkil olunan və beynəlxalq maliyyə sektorunda yüksək nüfuza malik olan “11-ci Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı üzrə Mükafatlar – 2025” (11th Trade and Supply Chain Finance Program Awards 2025) çərçivəsində “Ən Yaxşı KOS Maliyyələşməsi Layihəsi” (Best SME Deal of the Year) nominasiyasının qalibi elan...
Ölkəmizdə rəqəmsallaşma proseslərinə fəal dəstək verən TuranBank 31 avqust – 5 sentyabr 2025-ci il tarixlərində Azərbaycanda keçiriləcək 49-cu Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalının Azərbaycan Banklar Assosiasiyası çərçivəsində rəsmi tərəfdaşıdır. Qeyd edək ki, dünyanın ən nüfuzlu proqramlaşdırma yarışı hesab olunan müsabiqə “ICPC Foundation”ın təşkilatçılığı və ADA Universitetinin ev...