• EN

TuranBank və ITFC arasında Azərbaycanda özəl sektorun və KOS subyektlərinin dəstəklənməsi məqsədilə beynəlxalq ticarətin maliyyələşdirilməsi üzrə saziş imzalanıb

06.04.2026

Bakı, Azərbaycan - Azərbaycanın aparıcı banklarından biri olan TuranBank ASC ilə İslam İnkişaf Bankı (IsDB) Qrupuna üzvü olan Beynəlxalq İslam Ticarət Maliyyəsi Korporasiyası (ITFC) arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə 10 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalanıb. Saziş beynəlxalq ticarət əməliyyatları üçün maliyyələşmə həllərini şaxələndirmək, kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin maliyyə resurslarına çıxış imkanlarını artırmağı hədəfləyir.

Strateji tərəfdaşlığın əsas məqsədi ölkələrarası idxal-ixrac əməliyyatlarını genişləndirmək, Azərbaycanda beynəlxalq ticarət fəaliyyətini stimullaşdırmaq, habelə özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin maliyyə resurslarına əlçatanlığını təmin etməkdir. Saziş çərçivəsində ayrılmış vəsait yerli müəssisələrin ixrac potensialının gücləndirilməsinə və ölkə iqtisadiyyatının qeyri-neft sektorunun dayanıqlı inkişafının dəstəklənməsinə yönəldiləcək.

ITFC-nin Əməliyyat üzrə Baş Direktoru Nazim Noordali: "TuranBank ilə qurulan tərəfdaşlıq, üzv ölkələrdə dayanıqlı iqtisadi artımın hərəkətverici qüvvəsi olan özəl sektorun və kiçik və orta sahibkarlığın (KOS) rolunun möhkəmləndirilməsinə dair davamlı öhdəliyimizin bariz nümunəsidir. ITFC-nin ticarətin təşviqi və ticarət maliyyələşdirilməsinə çıxış imkanlarının artırılması missiyamıza müvafiq olaraq, bu əməkdaşlıq İslam maliyyələşdirmə həllərinin miqyasını genişləndirəcək və KOS-ların beynəlxalq ticarət əməliyyatlarını artırmasına lazımi dəstəyi təmin edəcəkdir."

TuranBank-ın İdarə Heyətinin sədri Orxan Qarayev: “ITFC ilə imzaladığımız bu saziş ölkənin ticarət dövriyyəsinin canlandırılmasına xidmət edir. Sözügedən maliyyə xətti müştərilərimizə daha çevik ticarət həlləri təklif etməyə və onlara qlobal bazarlarda geniş imkanlar yaradacaqdır. Eyni zamanda, bu əməkdaşlıq TuranBank-ın beynəlxalq maliyyə bazarlarındakı aktiv fəaliyyətinin və yerli sahibkarlıq subyektlərinə göstərdiyi davamlı dəstəyin növbəti göstəricisidir

Bu saziş ITFC-nin Azərbaycandakı fəaliyyətinin artan dinamikasını təsdiq edir və hər iki qurumun özəl sektor üçün ticarətin maliyyələşdirilməsi həllərinin təkmilləşdirilməsi istiqamətindəki ortaq hədəflərini əks etdirir.

TuranBank haqqında:

TuranBank ASC 1992-ci ildə təsis edilmiş və Azərbaycan maliyyə sektorunda fəaliyyət göstərən ən sabit və etibarlı qurumlardan biri kimi tanınır. Bank, müştərilərinə beynəlxalq standartlara uyğun geniş çeşidli maliyyə xidmətləri təqdim edir. Hazırda ölkə üzrə 22 xidmət nöqtəsi ilə fəaliyyət göstərən TuranBank, 33 illik fəaliyyəti ərzində dayanıqlı inkişaf nümayiş etdirib. Bank şəffaflıq, etibarlılıq və sosial məsuliyyət prinsiplərinə sadiqliyi ilə seçilərək, ölkənin bank sektorunda mühüm rol oynamaqda davam edir. Ətraflı məlumat üçün: www.turanbank.az

Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) haqqında:

Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) İslam İnkişaf Bankı (IsDB) Qrupunun üzvüdür. 2008-ci ilin yanvar ayından fəaliyyətə başlayan ITFC, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ehtiyacları üçün 92 milyard ABŞ dollarından çox maliyyə vəsaiti ayıraraq, bu ölkələr üçün ticarət həllərinin aparıcı təminatçısına çevrilib. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə və ondan kənarda ticarətin inkişafı üçün hərəkətverici qüvvə olmaq missiyasını daşıyan Korporasiya, üzv ölkələrdəki qurumların ticarətin maliyyələşdirilməsi imkanlarına daha rahat çıxışını təmin edir və onlara qlobal bazarda uğurla rəqabət aparmağa imkan verən zəruri potensialın artırılması alətlərini təqdim edir.

Twitter: @ITFCCORP

Facebook: @ITFCCORP

LinkedIn: International Islamic Trade Finance Corporation (ITFC)

Tel: +966 12 646 8337

Fax: +966 12 637 1064

E-mail: ITFC@itfc-idb.org

Rahat, təhlükəsiz və sürətli bankçılıq

TuranBank beynəlxalq əməkdaşlıq çərçivəsində gender bərabərliyinə dair strateji layihəni yekunlaşdırdı

Ölkənin aparıcı banklarından biri olan TuranBank maliyyə sektorunda gender bərabərliyinin təşviqinə hədəflənmiş strateji layihəni uğurla yekunlaşdırıb. Layihə FINMA tərəfindən tənzimlənən aparıcı İsveçrə fondu Enabling Qapital və ABŞ-ın Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Əlaqələr Məktəbi (School of International and Public Affairs) arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində həyata keçirilib. Tədqiqat və praktiki yanaşmaları...

TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı

Ölkənin aparıcı maliyyə təşkilatlarından biri olan TuranBank dayanıqlı inkişaf və yaşıl iqtisadiyyatın maliyyələşdirilməsi istiqamətində növbəti məhsulunu təqdim edib. Bank, cari ilin aprel ayında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə imzaladığı strateji əməkdaşlıq müqaviləsinə əsasən, Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin müştərilərə təqdim edilməsinə başlayıb.  Aprel ayında uğurla tamamlanan hüquqi və...

TuranBank və ITFC arasında maliyyələşmə üzrə uğurlu əməkdaşlıq davam edir

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC İslam İnkişaf Bankı (IsDB) Qrupuna daxil olan Beynəlxalq İslami Ticarət Maliyyə Korporasiyası (ITFC) ilə uğurlu tərəfdaşlığını davam etdirir. Beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsinin genişləndirilməsi məqsədilə tərəflər arasında imzalanmış 10 milyon ABŞ dolları məbləğində maliyyələşmə sazişi çərçivəsində TuranBank növbəti mərhələ üzrə 2 milyon ABŞ dolları həcmində...

TuranBank-ın Gəncə filialı artıq yeni ünvanda

Bank sektorunda dayanıqlığı ilə seçilən, müştərilərin inam və rəğbətini qazanan, biznesdə etibarlı tərəfdaş imicini illər ərzində qoruyub saxlayan TuranBank özünün xidmət şəbəkəsinin inkişafı strategiyasına uyğun olaraq Bankın Gəncə filialını yeni ünvana köçürərək müştərilərin istifadəsinə verib. Baş tutan açılış mərasimində Bankın rəhbər şəxsləri iştirak edib.   Bundan sonra filial Gəncə şəhəri, Nizami rayonu,...

TuranBank biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib

Kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində Azərbaycanın aparıcı banklarından biri olan TuranBank ASC Belçikanın nüfuzlu Incofin İnvestisiya Fondu tərəfindən idarə edilən fondlarla yeni kredit müqavilələri imzalayıb. Müqavilələrə əsasən, Bank 3 il müddətinə "Incofin Climate-Smart Microfinance Fund" (CSMF) fondundan 1.25 milyon ABŞ dolları, "Incofin Microfinance Fund" (IMFI) fondundan isə 2 milyon avro ekvivalentində yerli valyutada maliyyə vəsaiti cəlb edib. Bu...

TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib.

Ətraf mühitin mühafizəsi və ekoloji maarifləndirmənin artırılması məqsədilə TuranBank ASC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə növbəti ekoloji aksiyasını həyata keçirib. “TuranBank ilə təmiz sahillər” adlı layihə çərçivəsində baş tutan aksiyada bank əməkdaşları və ekokönüllülər Bilgəh qəsəbəsinin sahilboyu ərazisində geniş təmizlik işləri aparıb, müxtəlif növ tullantıların toplanması işlərində...

TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib

TuranBank ASC-nin İdarə Heyətinin Sədri Orxan Qarayev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun (IsDB) 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan mühüm panel müzakirəsində spiker qismində çıxış edib. Belə ki, Sədr “Kiçik və Orta Sahibkarların Regional Dəyər və Tədarük Zəncirlərinə İnteqrasiyası: Ticarətdə inzibati maneələrin azaldılması, sifarişlərin icrasının təmin edilməsi və subyektlər arasında qarşılıqlı...

TuranBank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə 15 milyon ABŞ dolları həcmində niyyət bəyannaməsi imzalayıb.

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC və İslam İnkişaf Bankı Qrupunun özəl sektor üzrə üzv qurumu olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında Azərbaycanda özəl sektor layihələrinin dəstəklənməsi məqsədilə 15 milyon ABŞ dolları məbləğində vəsaitin cəlb edilməsinə dair niyyət bəyannaməsi imzalanıb. İmzalanma mərasimi İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində...

TuranBank gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib

Fəaliyyətində gender bərabərliyi prinsiplərini və qadınların maliyyə imkanlarının genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyən edən TuranBank ASC beynəlxalq tərəfdaşlarla əməkdaşlığını uğurla davam etdirir. Bank bu istiqamətdə növbəti mühüm addım ataraq Belçikanın nüfuzlu Incofin İnvestisiya Fondu ilə əməkdaşlıq çərçivəsində "Global Gender-Smart Fund S.A., SICAV" (GGSF) fondundan 3 il müddətinə 5 milyon ABŞ dolları...