• EN

TuranBank İsveçrənin responsAbility Investments AG fondu ilə əməkdaşlığa başlayıb

10.04.2026

Azərbaycanda real sektorun inkişafını dəstəkləyən aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC, beynəlxalq maliyyə bazarlarında mövqeyinin möhkəmləndirilməsi və yerli iqtisadiyyatın maliyyələşdirilməsi imkanlarının genişləndirilməsi strategiyası çərçivəsində İsveçrənin nüfuzlu responsAbility Investments AG şirkəti ilə yeni əməkdaşlıq sazişi imzalayıb.

Sazişə əsasən, responsAbility Investments AG tərəfindən TuranBank-a 3 il müddətinə yerli valyutada 10 milyon ABŞ dolları ekvivalentində maliyyə vəsaiti təqdim olunub. Ayrılmış vəsaitin Azərbaycanın qeyri-neft sektorunun, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin (KOS) maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur. Maliyyələşmənin yerli valyutada təqdim edilməsi sahibkarların valyuta məzənnəsi risklərindən qorunmasına, eyni zamanda biznes layihələri üçün daha əlverişli və dayanıqlı maliyyələşmə şərtlərinin formalaşmasına şərait yaradacaqdır. Bu təşəbbüs ölkədə iqtisadi şaxələndirmənin dərinləşdirilməsinə və sahibkarlıq mühitinin inkişafına mühüm töhfə verəcəkdir.

Benoit Bouet, responsAbility Investments AG şirkətinin Şərqi Avropa, Qafqaz , Mərkəzi Asiya (EECCA), Yaxın Şərq və Şimali Afrika (MENA) regionları üzrə rəhbəri: “Bu əməliyyat maliyyə institutlarının kreditləşdirilməsi strategiyamızla tam uyğunluq təşkil edir. Yerli valyutada maliyyələşmə təqdim etməklə, Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışını dəstəkləməyi və yerli real iqtisadiyyatın inkişafına töhfə verməyi hədəfləyirik.”

“responsAbility Investments AG ilə imzaladığımız bu yeni saziş Bankımıza olan etimadın və maliyyə dayanıqlığımızın növbəti göstəricisidir. 10 milyon ABŞ dolları məbləğində olan bu vəsaitin yerli valyutada cəlb edilməsi ölkəmizdə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə əlçatanlığını artırmaqla yanaşı, onları məzənnə risklərindən qoruyacaq. Bu əməkdaşlıq vasitəsilə biz həmçinin ölkədə maliyyə inklüzivliyini gücləndirməyi və regionlardakı sahibkarlara dəstəyimizi daha da genişləndirməyi hədəfləyirik. Biz real sektoru dəstəkləməyə və ölkə iqtisadiyyatının qeyri-neft sahəsindəki dayanıqlı inkişafına töhfə verməyə davam edəcəyik",- deyə TuranBank ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev bildirib.

Bu tərəfdaşlıq TuranBank ASC- nin beynəlxalq maliyyə institutları arasında etibarlı tərəfdaş kimi mövqeyini bir daha təsdiqləməklə yanaşı, onun davamlı inkişaf prinsiplərinə və maliyyə inklüzivliyinə sadiqliyini nümayiş etdirir.

responsAbility Investments AG qlobal miqyasda təsiredici (impact) investisiyalar sahəsində aktivlərin idarə edilməsi üzrə ixtisaslaşmış və inkişafyönümlü investisiya şirkətləri arasında aparıcı mövqeyə malik qurumlardan biri kimi tanınır. Şirkət əsasən inkişaf etməkdə olan və yüksələn bazarlarda fəaliyyət göstərən, dayanıqlı biznes modellərinə malik özəl şirkətləri hədəfləyən müxtəlif investisiya alətlərini idarə edir və bu çərçivədə xüsusi borc və kapital yerləşdirmələri həyata keçirir. Təsiredici (impact) yanaşma şirkətin investisiya strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edir. Bu strategiyalar həm insanlar, həm də ətraf mühit üçün ölçüləbilən müsbət nəticələrin əldə olunmasına yönəlməklə yanaşı, eyni zamanda rəqabətədavamlı maliyyə gəlirlərinin təmin edilməsini hədəfləyir.

TuranBank ASC 1992-ci ildə təsis edilmiş və Azərbaycan maliyyə sektorunda fəaliyyət göstərən ən sabit və etibarlı qurumlardan biri kimi tanınır. Bank, müştərilərinə beynəlxalq standartlara uyğun geniş çeşidli maliyyə xidmətləri təqdim edir. Hazırda ölkə üzrə 22 xidmət nöqtəsi ilə fəaliyyət göstərən TuranBank ASC, 33 illik fəaliyyəti ərzində dayanıqlı inkişaf nümayiş etdirib. Bank şəffaflıq, etibarlılıq və sosial məsuliyyət prinsiplərinə sadiqliyi ilə seçilərək, ölkənin bank sektorunda mühüm rol oynamaqda davam edir. Ətraflı məlumat üçün: www.turanbank.az

TuranBank

Bizimlə etibarlıdır...

Rahat, təhlükəsiz və sürətli bankçılıq

TuranBank beynəlxalq əməkdaşlıq çərçivəsində gender bərabərliyinə dair strateji layihəni yekunlaşdırdı

Ölkənin aparıcı banklarından biri olan TuranBank maliyyə sektorunda gender bərabərliyinin təşviqinə hədəflənmiş strateji layihəni uğurla yekunlaşdırıb. Layihə FINMA tərəfindən tənzimlənən aparıcı İsveçrə fondu Enabling Qapital və ABŞ-ın Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Əlaqələr Məktəbi (School of International and Public Affairs) arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində həyata keçirilib. Tədqiqat və praktiki yanaşmaları...

TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı

Ölkənin aparıcı maliyyə təşkilatlarından biri olan TuranBank dayanıqlı inkişaf və yaşıl iqtisadiyyatın maliyyələşdirilməsi istiqamətində növbəti məhsulunu təqdim edib. Bank, cari ilin aprel ayında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə imzaladığı strateji əməkdaşlıq müqaviləsinə əsasən, Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin müştərilərə təqdim edilməsinə başlayıb.  Aprel ayında uğurla tamamlanan hüquqi və...

TuranBank və ITFC arasında maliyyələşmə üzrə uğurlu əməkdaşlıq davam edir

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC İslam İnkişaf Bankı (IsDB) Qrupuna daxil olan Beynəlxalq İslami Ticarət Maliyyə Korporasiyası (ITFC) ilə uğurlu tərəfdaşlığını davam etdirir. Beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsinin genişləndirilməsi məqsədilə tərəflər arasında imzalanmış 10 milyon ABŞ dolları məbləğində maliyyələşmə sazişi çərçivəsində TuranBank növbəti mərhələ üzrə 2 milyon ABŞ dolları həcmində...

TuranBank-ın Gəncə filialı artıq yeni ünvanda

Bank sektorunda dayanıqlığı ilə seçilən, müştərilərin inam və rəğbətini qazanan, biznesdə etibarlı tərəfdaş imicini illər ərzində qoruyub saxlayan TuranBank özünün xidmət şəbəkəsinin inkişafı strategiyasına uyğun olaraq Bankın Gəncə filialını yeni ünvana köçürərək müştərilərin istifadəsinə verib. Baş tutan açılış mərasimində Bankın rəhbər şəxsləri iştirak edib.   Bundan sonra filial Gəncə şəhəri, Nizami rayonu,...

TuranBank biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib

Kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində Azərbaycanın aparıcı banklarından biri olan TuranBank ASC Belçikanın nüfuzlu Incofin İnvestisiya Fondu tərəfindən idarə edilən fondlarla yeni kredit müqavilələri imzalayıb. Müqavilələrə əsasən, Bank 3 il müddətinə "Incofin Climate-Smart Microfinance Fund" (CSMF) fondundan 1.25 milyon ABŞ dolları, "Incofin Microfinance Fund" (IMFI) fondundan isə 2 milyon avro ekvivalentində yerli valyutada maliyyə vəsaiti cəlb edib. Bu...

TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib.

Ətraf mühitin mühafizəsi və ekoloji maarifləndirmənin artırılması məqsədilə TuranBank ASC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə növbəti ekoloji aksiyasını həyata keçirib. “TuranBank ilə təmiz sahillər” adlı layihə çərçivəsində baş tutan aksiyada bank əməkdaşları və ekokönüllülər Bilgəh qəsəbəsinin sahilboyu ərazisində geniş təmizlik işləri aparıb, müxtəlif növ tullantıların toplanması işlərində...

TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib

TuranBank ASC-nin İdarə Heyətinin Sədri Orxan Qarayev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun (IsDB) 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan mühüm panel müzakirəsində spiker qismində çıxış edib. Belə ki, Sədr “Kiçik və Orta Sahibkarların Regional Dəyər və Tədarük Zəncirlərinə İnteqrasiyası: Ticarətdə inzibati maneələrin azaldılması, sifarişlərin icrasının təmin edilməsi və subyektlər arasında qarşılıqlı...

TuranBank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə 15 milyon ABŞ dolları həcmində niyyət bəyannaməsi imzalayıb.

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC və İslam İnkişaf Bankı Qrupunun özəl sektor üzrə üzv qurumu olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında Azərbaycanda özəl sektor layihələrinin dəstəklənməsi məqsədilə 15 milyon ABŞ dolları məbləğində vəsaitin cəlb edilməsinə dair niyyət bəyannaməsi imzalanıb. İmzalanma mərasimi İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində...

TuranBank gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib

Fəaliyyətində gender bərabərliyi prinsiplərini və qadınların maliyyə imkanlarının genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyən edən TuranBank ASC beynəlxalq tərəfdaşlarla əməkdaşlığını uğurla davam etdirir. Bank bu istiqamətdə növbəti mühüm addım ataraq Belçikanın nüfuzlu Incofin İnvestisiya Fondu ilə əməkdaşlıq çərçivəsində "Global Gender-Smart Fund S.A., SICAV" (GGSF) fondundan 3 il müddətinə 5 milyon ABŞ dolları...