Ətraf mühitin qorunmasını və ekoloji rifahı özünün korporativ fəaliyyət prioritetlərinə daxil edən TuranBank Müşfiqabad qəsəbəsində keçirilən növbəti irimiqyaslı ağacəkmə aksiyasına qoşulub.
Aksiya çərçivəsində iştirakçılar tərəfindən 1 hektar sahədə 625 ədəd Eldar şamı və zeytun ağacı əkilib. Qeyd edək ki, ölkədə meşə fondunun zənginləşdirilməsi və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə Abşeron rayonunun Müşfiqabad qəsəbəsində yerləşən 60 hektar ərazidə yerli iqlimə uyğun 37 500 ədəd müxtəlif növ ağacın əkilməsi və müasir suvarma infrastrukturunun qurulması nəzərdə tutulub.
Bu təşəbbüs, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), Azərbaycan Kapital Bazarları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası (AzFina) arasında 13 mart 2023-cü il tarixində imzalanmış “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində reallaşdırılır. Memorandumun strateji hədəfi 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi vasitəsilə ekoloji tarazlığın bərpasına töhfə verməkdir.
Qeyd edək ki, artıq dördüncü ildir ki, uğurla davam edən aksiyada assosiasiyaların məsul şəxsləri və üzv təşkilatların 250-yə yaxın nümayəndəsi iştirak edib.
Bu tədbir Bankın ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf sahəsində nümayiş etdirdiyi yüksək korporativ sosial məsuliyyətin növbəti təzahürüdür. Qeyd edək ki, TuranBank ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirəcək və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak edəcəkdir.
TuranBank
Bizimlə etibarlıdır…
Rahat, təhlükəsiz və sürətli bankçılıq
Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasına qoşulub. 4 noyabr 2026-cı il tarixində Müşfiqabad qəsəbəsində keçirilən aksiya zamanı iştirakçılar tərəfindən 2 hektar ərazidə 1250 ədəd Eldar şamı və zeytun ağacı əkilib. Qeyd edək ki, ölkədə meşə fondunun bərpası və yaşıllıqların salınması məqsədilə Abşeron rayonu, Müşfiqabad qəsəbəsində 60 hektar ərazidə iqlim şəraitinə...
Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC, beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərə və formalaşdırdığı səmərəli əməkdaşlıq münasibətlərinə görə növbəti nüfuzlu beynəlxalq mükafata layiq görülüb. Bank Asiya İnkişaf Bankı (ADB) tərəfindən təşkil olunan və beynəlxalq maliyyə sektorunda yüksək nüfuza malik olan “12-ci Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı üzrə Mükafatlar...
Ölkənin aparıcı banklarından biri olan TuranBank maliyyə sektorunda gender bərabərliyinin təşviqinə hədəflənmiş strateji layihəni uğurla yekunlaşdırıb. Layihə FINMA tərəfindən tənzimlənən aparıcı İsveçrə fondu Enabling Qapital və ABŞ-ın Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Əlaqələr Məktəbi (School of International and Public Affairs) arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində həyata keçirilib. Tədqiqat və praktiki yanaşmaları...
Ölkənin aparıcı maliyyə təşkilatlarından biri olan TuranBank dayanıqlı inkişaf və yaşıl iqtisadiyyatın maliyyələşdirilməsi istiqamətində növbəti məhsulunu təqdim edib. Bank, cari ilin aprel ayında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə imzaladığı strateji əməkdaşlıq müqaviləsinə əsasən, Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin müştərilərə təqdim edilməsinə başlayıb. Aprel ayında uğurla tamamlanan hüquqi və...
Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC İslam İnkişaf Bankı (IsDB) Qrupuna daxil olan Beynəlxalq İslami Ticarət Maliyyə Korporasiyası (ITFC) ilə uğurlu tərəfdaşlığını davam etdirir. Beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsinin genişləndirilməsi məqsədilə tərəflər arasında imzalanmış 10 milyon ABŞ dolları məbləğində maliyyələşmə sazişi çərçivəsində TuranBank növbəti mərhələ üzrə 2 milyon ABŞ dolları həcmində...
Bank sektorunda dayanıqlığı ilə seçilən, müştərilərin inam və rəğbətini qazanan, biznesdə etibarlı tərəfdaş imicini illər ərzində qoruyub saxlayan TuranBank özünün xidmət şəbəkəsinin inkişafı strategiyasına uyğun olaraq Bankın Gəncə filialını yeni ünvana köçürərək müştərilərin istifadəsinə verib. Baş tutan açılış mərasimində Bankın rəhbər şəxsləri iştirak edib. Bundan sonra filial Gəncə şəhəri, Nizami rayonu,...
Kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində Azərbaycanın aparıcı banklarından biri olan TuranBank ASC Belçikanın nüfuzlu Incofin İnvestisiya Fondu tərəfindən idarə edilən fondlarla yeni kredit müqavilələri imzalayıb. Müqavilələrə əsasən, Bank 3 il müddətinə "Incofin Climate-Smart Microfinance Fund" (CSMF) fondundan 1.25 milyon ABŞ dolları, "Incofin Microfinance Fund" (IMFI) fondundan isə 2 milyon avro ekvivalentində yerli valyutada maliyyə vəsaiti cəlb edib. Bu...
Ətraf mühitin mühafizəsi və ekoloji maarifləndirmənin artırılması məqsədilə TuranBank ASC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə növbəti ekoloji aksiyasını həyata keçirib. “TuranBank ilə təmiz sahillər” adlı layihə çərçivəsində baş tutan aksiyada bank əməkdaşları və ekokönüllülər Bilgəh qəsəbəsinin sahilboyu ərazisində geniş təmizlik işləri aparıb, müxtəlif növ tullantıların toplanması işlərində...
TuranBank ASC-nin İdarə Heyətinin Sədri Orxan Qarayev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun (IsDB) 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan mühüm panel müzakirəsində spiker qismində çıxış edib. Belə ki, Sədr “Kiçik və Orta Sahibkarların Regional Dəyər və Tədarük Zəncirlərinə İnteqrasiyası: Ticarətdə inzibati maneələrin azaldılması, sifarişlərin icrasının təmin edilməsi və subyektlər arasında qarşılıqlı...