• EN

TuranBank fəaliyyətinin 27-ci ilini qeyd edir.

12.06.2019

Geridə qoyduğu illər ərzində TuranBank bir sıra nailiyyətlərə və müvəffəqiyyətlərə imza atıb. Təbii ki, yüksəlişlərlə yanaşı müəyyən çətinliklər də olub, lakin məhz bu çətinliklər bizi bir TuranBank ailəsi kimi daha güclü, təcrübəli və inkişafa meyilli edib və edəcək.  

Fəaliyyətinin əsas hədəfi müştəri məmnunluğu olan Bank müştərilərin məhsul və xidmətlərdən istifadə edərkən vaxtlarına maksimum dərəcədə qənaət etmələrinə, onların istək və tələblərini vaxtı-vaxtında öyrənməyə imkan verən layihələr həyata keçirmişdir. Belə ki, ötən ildə Bankın “Yasamal” filialının fasiləsiz fəaliyyət rejiminə keçməsi, həmçinin müştərilərinə məsafədən xidmət göstərmək məqsədi ilə Whatsapp proqramı xidmətinin istifadəyə verilməsi müştəri məmnunluğunun öndə olmasının bariz nümunələridir.

Bankın inkişaf strategiyasının əsas elementlərindən biri də insan kapitalına olan özəl yanaşma prinsipləridir. Bank əməkdaşlarının peşəkarlıq səviyyələrinin artırılması və yeni ixtisaslı kadrların cəlbi üzrə həyata keçirdiyimiz layihələrlə yanaşı, gənclərimizə öz karyeralarını TuranBankda qurmağa dəstək verən yeni “Gənclərə Dəstək” adlı sosial layihəmiz ötən ildə ən yadda qalan hadisələrdən biri olmuşdur.

Eləcə də Bank cəmiyyət qarşısında sosial məsuliyyətlilik dəyərlərinə necə ciddi önəm verdiyini daim həyata keçirdiyi müxtəlif sosial, humanitar, mədəni və idman sahəsində olan layihələri ilə bir daha sübut etmişdir.

Ötən il qadınların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi və sahibkar qadınların sayının artırılması ölkədə prioritet istiqamətlərdən olmuşdur. Bu səbəbdən bizneslərinə yeni başlayan qadın sahibkarların ucuz maliyyə resurslarına çıxışını təmin etmək TuranBankın qarşısına qoyduğu yeni hədəflərdən biri olmuşdur. Belə ki, ötən ildə bankda yeni Qadın Bankçılığı şöbəsi yaradılmış və bununla da qadın sahibkarların aktiv dəstəklənməsi tədbirləri gücləndirilmişdir. Bu əməli fəaliyyətin davamı olaraq bankımız Sahibkar Xanım biznes krediti və Business Lady kart məhsullarını hazırlayaraq öz müştərilərinə təqdim etmişdir. Eyni zamanda arxada qoyduğumuz ildə, bankımız qadın sahibkarlara dəstəklə yanaşı gənc sahibkarlarımızın da effektiv maliyyələşməsini həyata keçirmək məqsədilə çox sərfəli şərtlərlə Gənc Sahibkar adlı yeni kredit məhsulunu yaratmış və Young Businesmen plastik kartları sahibkar fiziki şəxslərə təqdim edilmişdir. Məlumat üçün qeyd edək ki, hər iki məhsulun verilməsi zamanı heç bir bank xərci tutulmur və öz işini qurmaq istəyən istər qadın, istərsə də gənc sahibkarlarımıza bank tərəfindən ödənişsiz maliyyə xidmətləri də təklif edilir. İnanırıq ki, bu məhsullar ölkədə xanımların və gənclərin iqtisadi fəallığının artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi istiqamətində dövlət siyasətinə əhəmiyyətli töhfə olacaqdır.

Bu gün TuranBank ölkənin paytaxtı və əsas regional mərkəzlərində yerləşən 16 satış nöqtəsində çalışan peşəkar kadrları vasitəsilə əhali və təsərrüfat subyektlərini yüksək keyfiyyətli bank xidmətləri ilə təmin edən, cəmiyyət qarşında öz sosial məsuliyyətini fəxrlə daşıyan bir maliyyə qurumuna çevrilmişdir. Ancaq bu heç də qarşıya qoyulmuş hədəflərin hamısının icra edilməsi demək deyildir. Əsas hədəfimiz dəyişkən rəqabət mühiti fonunda ölkənin seçilən banklarından biri olaraq daha yüksək nailiyyətlərə imza atmaqdır. Bu niyyətin gerçəkliyə çevrilməsi üçün ən böyük dəstək müştərilərimizin inam və etibarı, səhmdarlarımızın etimadıdır. Bankımızın inkişafında rolu olan hər bir kəsə öz dərin minnətdarlığımı bildirir, yeni hədəflərə çatmaq yolunda uğurlar arzulayıram.

 

TuranBank ASC – nin Idarə Heyətinin sədri

 Fəzail Musayev

Rahat, təhlükəsiz və sürətli bankçılıq

TuranBank ASC “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb.

Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank yaşlı əhalinin asudə vaxtının səmərəli təşkili, həyat keyfiyyətini yaxşılaşdırmaq və onların sosial rifahını təmin etmək məqsədilə "Üçüncü Bahar" İctimai Birliyi ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində Bank İctimai Birliyin nəzdində fəaliyyət göstərən İçərişəhər "YAŞA" Mərkəzinin fəaliyyətinə və infrastrukturunun gücləndirilməsinə dəstək...

TuranBank Asiya İnkişaf Bankı ilə 8 mln USD Revolver kredit sazişi imzalayıb

Asiya İnkişaf Bankının “Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı” (AİB TSCFP) TuranBank-ın Kredit Zəmanəti Məhsulu üzrə ümumi limitin 8 milyon ABŞ dollarınadək artırıldığını təsdiqləyib. Bu, TuranBank və ADB TSCFP arasında uzunmüddətli əməkdaşlıqda növbəti mühüm mərhələdir və beynəlxalq maliyyə institutlarının TuranBank-ın strateji inkişafına, risklərin idarə olunması təcrübələrinə və əməliyyat imkanlarına artan...

TuranBank beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib

Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində aparıcı banklardan biri olan TuranBank, nüfuzlu Invest in Visions (IIV) fondu ilə yeni kredit sazişi imzalayıb. Saziş “IIV Mikrofinanzfonds” və “IIV Financial Infrastructure Funds, FCP RAIF – DKM Mikrofinanzfonds” vasitəsilə həyata keçirilib və əməliyyat tanınmış Incofin İnvestisiya Fondu ilə əməkdaşlıq çərçivəsində strukturlaşdırılıb. Sazişə əsasən, beynəlxalq maliyyə...

TuranBank 2025-ci ilin III rübünün nəticələrini elan edib

Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC 2025-ci ilin III rübünün yekunlarına əsasən maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb. 2025-ci ilin III rübünün yekunlarına görə TuranBank-ın cəmi aktivləri 5 % artaraq 893 mln. manata çatıb. Hesabat dövründə Bank qarşıya qoyulan strateji hədəfinə uyğun olaraq mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini daha da artırıb. Belə ki, Bankın kredit...

TuranBank ASC müştərilərinə “Açıq bankçılıq” funksionallığını təqdim edib.

Rəqəmsal bankçılıq xidmətlərinin genişləndirilməsi və müştəri məmnuniyyətinin artırılması istiqamətində fəaliyyətini davam etdirən TuranBank ASC “Açıq bankçılıq” funksionallığını mobil tətbiq vasitəsilə müştərilərinə təqdim edib.  Belə ki, yeni funksionallıq müştərilərə onların öz razılıqları əsasında digər banklarda olan hesabları və bu hesablar üzrə aparılan ödəniş əməliyyatları haqqında məlumatları TuranBank...

TuranBank ilə ECO Ticarət və İnkişaf Bankı arasında kredit sazişi imzalanıb

Azərbaycanda Mikro, kiçik və orta sahibkarlığın (MKOS) maliyyələşdirilməsi sahəsində lider banklardan biri olan TuranBank, beynəlxalq maliyyə institutları ilə əməkdaşlığını davam etdirərək nüfuzlu ECO Ticarət və İnkişaf Bankı ilə MKOS maliyyələşdirilməsini genişləndirmək məqsədilə 5 illik müddətə 5 milyon Avro həcmində kredit sazişi imzalayıb. Cəlb edilən vəsait ölkədə kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldilməklə sahibkarların maliyyə...

TuranBank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə 15 milyon ABŞ dolları həcmində saziş imzalayıb

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ilə İslam İnkişaf Bankı Qrupunun özəl sektor üzrə üzv qurumu olan İslam Əməkdaşlıq Təşkilatının Özəl Sektorun İnkişafı üzrə Korporasiyası (ICD) arasında 5 il müddətinə 15 milyon ABŞ dolları məbləğində maliyyələşdirmə istiqamətində saziş imzalanıb. Sözügedən maliyyələşdirmə xətti ölkədə kiçik və orta sahibkarlığın (KOS) inkişafına dəstək göstərmək, özəl...

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank, Asiya İnkişaf Bankı (ADB) tərəfindən təşkil olunan və beynəlxalq maliyyə sektorunda yüksək nüfuza malik olan “11-ci Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı üzrə Mükafatlar – 2025” (11th Trade and Supply Chain Finance Program Awards 2025) çərçivəsində “Ən Yaxşı KOS Maliyyələşməsi Layihəsi” (Best SME Deal of the Year) nominasiyasının qalibi elan...

TuranBank Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalının rəsmi tərəfdaşı oldu

Ölkəmizdə rəqəmsallaşma proseslərinə fəal dəstək verən TuranBank 31 avqust – 5 sentyabr 2025-ci il tarixlərində Azərbaycanda keçiriləcək 49-cu Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalının Azərbaycan Banklar Assosiasiyası çərçivəsində rəsmi tərəfdaşıdır. Qeyd edək ki, dünyanın ən nüfuzlu proqramlaşdırma yarışı hesab olunan müsabiqə “ICPC Foundation”ın təşkilatçılığı və ADA Universitetinin ev...