TuranBank kollektivinin təşəbbüsü və Azərbaycan Talassemiya Federasiyasının təşkilatçılığı ilə ənənəvi qanvermə aksiyası keçirilmişdir. Respublika Mərkəzi Qan Bankının həkimlərinin nəzarəti altında həyata keçirilən aksiyada Bankın struktur bölmələrinin əməkdaşları həvəslə iştirak etmişlər. Aksiyanın məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara təmənnasız qan yardım etməkdən ibarət olmuşdur.
Qeyd edək ki, donorluq Bankın "Korporativ Sosial Məsuliyyət" proqramının ən vacib tərkib hissələrindən biridir. Artıq bir neçə ildir ardıcıl olaraq Bankın kollektivi qanvermə aksiyalarında yaxından iştirak edir. Bu il keçirilən qanvermə aksiyası da Bank əməkdaşlarının aktiv iştirakı ilə yadda qalmışdır.
Bank bu cür layihələrlə yanaşı, "Korporativ Sosial Məsuliyyət" proqramı çərçivəsində müntəzəm olaraq kimsəsiz uşaqlara, yaşlılara yardım edir, idman, mədəniyyət və təhsil sahəsinin dəstəklənməsi istiqamətində layihələr həyata keçirir.
TuranBank
Bizimlə etibarlıdır.....
Rahat, təhlükəsiz və sürətli bankçılıq
İstifadəçilərinin rahatlığını hər zaman düşünən TuranBank yenilənmiş mobil tətbiqini istifadəyə verdi. Yeni əlavə təkmilləşdirilmiş bank xidmətləri və onların rahat istifadəsi ilə seçilir. Əlavənin funksionallığı yaradılarkən ilk öncə istifadəçinin tərcihləri və təqdim olunan interfeyslərin optimal istifadəsi nəzərə alınmışdır. Beləliklə, Mobil Bank əlavəsi banka gəlmədən ödənişlər, köçürmələr və...
Məlum olduğu kimi, sentyabr ayının 27-də düşmən qüvvələrinin hücum hazırlığının qarşısını almaq məqsədilə şanlı Azərbaycan Ordusu əks hücum əməliyyatına başlamış və işğal altında olan torpaqlarımız düşmən işğalından tamamilə azad edilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəsur əsgərlərimiz ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında əsl qəhrəmanlıq nümayiş etdirmiş və düşmənə...
Uğurla davam edən bu təşəbbüsə dəstək olaraq TuranBank sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə əvəzsiz olaraq vəsaitlər, avadanlıq verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Belə ki, Tərtər rayonundan Əliyev Fizuli, Dadaşova Məhbubə, Hacıyeva Filurə, İlyasov Elnur, Məmmədov Nadir, Məmmədov Nəcəf, Məmmədova Elnarə, Nəcəfov Zaur və Bakı şəhərindən Rəhimov Ədalət fəaliyyət...
“Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq proqramı” çərçivəsində AYİB və TuranBank növbəti texniki dəstək layihəsinə start vermişdir. Yeni layihə çərçivəsində AYİB tərəfindən cəlb edilmiş TA Consult Partners konsultant şirkəti banka risk və uyğunluq siyasətinin idarə edilməsi və uyğunluq (komplayans) prosedurlarının beynəlxalq normalara uyğunlaşdırılması işində dəstək göstərəcəkdir....
Məlum olduğu kimi sentyabr ayının 27-də düşmən qüvvələrinin hərbi təxribatlarının qarşısını almaq məqsədilə şanlı Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlamış və işğal altında olan bir sıra strateji mövqe və kəndlərimiz azad edilmişdir. Hazırda igid əsgərlərimiz işğal altındakı torpaqlarımızın azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatları düşmən qüvvələrinə sarsıdıcı zərbələr vurmaqla davam etdirir. Bu şanlı tariximizin...
Nağd pul krediti hələ belə sərfəli olmamışdır. Belə ki, TuranBank nağd kredit faizləri üzrə faiz dərəcəsini daha sərfəli edən yeni Payız Kampaniyasına start verdi. Yeni kampaniya çərçivəsində TuranBanka müraciət edən hər kəs nağd istehlak kreditlərini 14.5%-dən başlayan faiz dərəcəsilə əldə etmək imkanı qazanacaq. 30 oktyabr 2020-ci il tarixinədək qüvvədə olan kampaniyanın şərtlərinə əsasən maksimal əldə edilə biləcək kredit məbləği 30 000 AZN...
TuranBank özünün xidmət şəbəkəsinin inkişafı strategiyasına uyğun olaraq yeni Xırdalan şöbəsini müştərilərin ixtiyarına vermişdir. Yeni şöbə Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi, 1287-ci sahə ünvanında yerləşir. TuranBankın Xırdalan şöbəsində təqdim ediləcək xidmətlərə valyuta mübadiləsi, sürətli pul köçürmələri, kommunal ödənişləri, kredit ödənişləri (mədaxil), cari hesaba mədaxil, pos-terminal...
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə əməkdaşlıq edən ölkənin aparıcı banklarından biri olan TuranBank bağçılıq, əkinçilik, heyvandarlıq və digər ailə-fermer təsərrüfatlarının yaradılması və genişləndirilməsi üçün 15 min manatadək girovsuz mikrokreditlər təklif edir. Sahibkarlara təqdim olunan kreditlər 36 ay müddətinə, illik faiz dərəcəsi 12% olmaqla təklif...
Uğurla davam edən bu təşəbbüsə dəstək olaraq TuranBank sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə əvəzsiz olaraq avadanlıq verilməsi istiqamətində fəaliyyətini davam etdirərək 5 əlillik dərəcəsi olan şəxsi fəaliyyət göstərdikləri sahə üzrə ehtiyac duyduqları iş alətləri ilə təmin etmişdir. Belə ki, Gəncə şəhərindən Ceyhun Həsənov, Xaçmaz rayonundan Zaur Paşayev, Ağcabədi...