• EN

Son bir neçə ildir ki, TuranBank Çirkli Pulların Yuyulmasının (ÇPY) və terrorizmin maliyyələşdirilməsinin (TM) qarşısını almaq istiqamətində aktiv fəaliyyətini davam etdirməkdədir.

Hələ 2004-cü ildə bank tərəfindən «Azərbaycan Respublikasının Milli Bankı haqqında», «Banklar haqqında» Azərbaycan Respublikası Qanunlarının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələblərinə, Maliyyə Tədbirləri Üzrə İşçi Qrupu – FATF-ın tövsiyələrinə, Bank Nəzarəti üzrə Bazel Komitəsinin, «Volfsberq» prinsiplərinə əsasən ÇPY/TM-ə qarşı daxili qayda və təlimatlar işləyib hazırlanmışdır. 2007-ci ildə isə bu istiqamətdə daxili qanunvercilik, normativ hüquqi baza təkmilləşdirilmiş, müştəri xidmətləri departamentinin Compliance Officer-ləri  ATTF, ABTM kimi tanınmiş təşkilatlar tərəfindən ÇPY/TM-ə qarşı treninq, kurs və seminarlarda mütəmadi iştrak etmişlər.

ÇPY/TM-ə qarşı bank tərəfindən qəbul edilən mühüm sənədlər sırasında həmçinin ÇPY/TM-nin qarşısını almaq istiqamətində deklarasiya və «Öz müştərini tanı» siyasəti var. Bank tərəfindən ÇPY/TM-si istiqamətində qəbul edilən bütün daxili normativ hüquqi bazanın əsasını müştərilər və əməliyyatların identifikasiyası, əməliyyatlar üzrə sənədlərin saxlanılmasına dair müvafiq normativ sənədlər təşkil edir.


Bankda ÇPY/TM-ə qarşı görülən tədbirlərin sırasına həmçinin «Çirkli Pulların Yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı» bankdaxili prosedur və qaydalara riayət edilməsi, müştəri əməliyyatlarının yoxlanılması və Mərkəzi Bank tərəfindən yenilənən terrorist təşkilatlarının və ölkələrinin siyahısını mütəmadi izlənilməsi prosesinin təkmilləşdirilməsi məqsədi ilə 3 struktur bölmə rəhbərlərindən ibarət işçi qrup yaradılmışdır.

Bankın həmçinin əməkdaşlıq etdiyi müxbir banklardan ÇPY/TM-nin qarşısını almaq istiqamətində qəbul olunmuş sorğular mütəmadi araşdırılır və cavablandırılır. Bu istiqamətdə bank həmçinin ABŞ-ın tanınmış şirkətlərindən olan CSC ilə əməkdaşlığa start verilmiş və birgə əməkdaşlıq çərçivəsində işlənib hazırlanan Patriot Act bank tərəfindən imzalanmışdır. İmzalanmış Patriot Act eyni zamanda ABŞ-da tanınmış maliyyə oliqarxlarından biri Deutsche Bank Nyu York-la TuranBank arasında müxbir əlaqələrin yaradılmasına təkan vermişdir.

AML sorgu

FATCA - (Foreign Accounts Tax Compliance Act) Xarici hesablar üzrə Vergi Qanunvericiliyinə Əməletmə Aktı ABŞ əhalisinin məşğulluq səviyyəsinin qorunub saxlanmasına yönəlmiş iqtisadi tədbirlər paketinin bir hissəsidir - Hiring Incentives to Restore Employment (HIRE) Act of 2010.

Qanunun əsas məqsədi ABŞ vətəndaşlarının büdcəyə vergi ödəməkdən yayınma hallarının qarşısının alınmasıdır. Bununla bağlı FATCA ABŞ vergi orqanlarından öz aktivlərini gizlətmək yolu ilə vergi öhdəliklərini icra etməyənlərin müəyyən edilməsi məqsədilə xarici maliyyə qurumları qarşısında ABŞ vergiödəyiciləri  haqda məlumatların açıqlanması haqda tələblər qoyur. 

 

Xarici hesablar üzrə Vergi Qanunvericiliyinə Əməletmə Aktı (FATCA)

-  Fiziki şəxslər üçün informasiya

Bu məktub vasitəsi ilə Sizi Xarici hesablar üzrə Vergi Qanunvericiliyinə Əməletmə Aktı (“FATCA”) və ABŞ dövlətinin bu yeni qanununun TuranBank ASC ilə (“TB”və ya “Bank”) Sizin aranızdakı münasibətlərə mümkün təsiri ilə bağlı məlumatlandırmaq istərdik.

FATCA-nın əsas məqsədi ABŞ vergiödəyicilərinin müəyyən edilməsi (“ABŞ Şəxsləri”) olmaqla TB kimi maliyyə institutlarından müştərilərin sənədləşdirilməsi və hesabatlılığı ilə bağlı yeni prosedurlara əməl etməsini tələb edir. 2015-ci ildən etibarən Bank həmin ABŞ Şəxsləribarəsində spesifik məlumatlara dair hesabat verəcəkdir. Eyni zamanda müvafiq qaydada sənədləşdirilməyən və qeyri-işlək hesablar barəsində də hesabatlılıq aparılır. Yekunda bu məlumatlar Azərbaycan vergi orqanları vasitəsilə ABŞ vergi orqanlarına (“İRS”) təqdim edilir ki, bunun əsasında İRS hesabatda göstərilən şəxslərin ABŞ vergi qanunvericiliyinə əsasən vergi öhdəliklərinin düzgün icra etməsini yoxlayır.

FATCA-nın tətbiqi üçün artıq bir sıra dövlətlər ilə ABŞ arasında hökumətlərarası sazişlər adlandırılan ikitərəfli beynəlxalq konvensiyalar ("İGA") imzalanmışdır.

Hazırkı mərhələdə Azərbaycan “İGA Model 1” üzrə sazişin şərtlərini ABŞ ilə əhəmiyyətli şəkildə razılaşdırmışdır və yaxın aylarda İGA-nın rəsmi olaraq imzalanması gözlənilir. IGA Model 1 üzrə TB müvafiq ABŞ Şəxsləri (yaxud FATCA qaydalarına uyğun olaraq müvafiq qaydada sənədləşdirilməyən və qeyri-işlək hesab sahibləri) ilə bağlı məlumatları avtomatik olaraq Azərbaycanın səlahiyyətlidövlət orqanlarına ötürəcəkdir. Sonuncu isə öz növbəsində bu məlumatları İRS-ə göndərəcək.

FATCA-nın əsas məqsədi ABŞ-da vergidən yayınma ilə mübarizə olmasına baxmayaraq, yeni qaydalar potensial olaraq aşağıdakılara təsir edə bilər:

- ABŞ investisiyaları da daxil olmaqla maliyyə aktivlərinin əksəriyyətinə qoyulan investisiyalar;

- Milliyyətindən vəvə ya rezidentliyindən asılı olmayaraq ABŞ Şəxsləri kimi tövsüf olunan investorlar (məsələn: ABŞ-da doğulan şəxslər, “green card” sahibləri, müvafiq dövr ərzində ABŞ-da müəyyən müddət keçirən şəxslər);

- ABŞ-da qeydiyyatda olanlar ilə bərabər bütün növ xarici hüquqi şəxslər.

Sizin TB-də hesabınız olduğu üçün bizim bu hesabınız ilə bağlı yeni FATCA öhdəliklərimizin yaranma ehtimalı vardır. Bu yeni qaydalara ciddi şəkildə riayət etmək niyyətində olan TB, Sizin FATCA ilə bağlı statusunuzu müəyyən etmək üçün əvvəllər banka təqdim edilən sənədlər əsasında aşağıdakıları həyata keçirəcək:

- FATCA ilə bağlı statusunuz qiymətləndirmək;

- ABŞ Əlamətlərini (məsələn: hesab üzrə sənədlərdə qeyd olunmuş ABŞ ünvanı, ABŞ telefon nömrəsi və ya ABŞ doğum yeri) müəyyən etmək və tələb olunduğu halda müvafiq düzəlişlər etmək. Bununla bağlı tərəfinizdən əlavə məlumat (məsələn: FATCA statusunu təsdiq etməkdən ötrü “W8” və ya “W9” adlandırılan ABŞ formaları) təqdim edilməsi zərurəti ortaya çıxa bilər.

Əgər Siz FATCA tələblərinə əsasən müvafiq ABŞ Şəxsi hesab olunsanız (və ya TB-yə Sizin hesabınızın FATCA məqsədləri üçün təsnifləşdirilmə ilə əlaqədar zəruri olan sənədlər təqdim edilmədiyi təqdirdə), hesabınızadairlazımi məlumatlar Azərbaycanın səlahiyyətli dövlət orqanlarına (onlar isə öz növbəsində bu məlumatları İRS-ə ötürəcək) təqdim ediləcəkdir.2014-cü il ilə bağlı birinci hesabat 2015-ci ildə veriləcəkdir. 2016-cı ildən etibarən (2015-ci və sonrakı illər üzrə hesabatlılıq) illik hesabata əlavə olaraq hesabınızdakı gəlirlər haqqında məlumatları da daxil ediləcək.

Nəzərə alın ki, İGA Azərbaycan qanunvericiliyinə inteqrasiya edildikdən sonra TB-yə tələb olunan məlumatların təqdim edilməməsi TB ilə Sizin aranızda olan münasibətlərə təsir edə bilər.

FATCA ilə bağlı daha ətraflı məlumatı İRS-in internet səhifəsindən (www.irs.gov/FATCA) və ya Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi veb səhifəsinin FATCA bölməsindən (http://www.taxes.gov.az/modul.php?name=pages&page=151) əldə edə bilərsiniz.

Əlavə olaraq Sizin TuranBankda olan məsləhətçiniz də bu məsələ ilə bağlı hər hansı bir sualınız yarandığı halda onları cavablamağa hazırdır.

 

Təşkilatlar üçün informasiya

Bu məktub vasitəsi ilə Sizi Xarici hesablar üzrə Vergi Qanunvericiliyinə Əməletmə Aktı (“FATCA”) və ABŞ dövlətinin bu yeni qanununun TuranBank ASC ilə (“TB” və ya “Bank”) Sizin aranızdakı münasibətlərə mümkün təsiri ilə bağlı məlumatlandırmaq istərdik.

FATCA-nın əsas məqsədi ABŞ vergi ödəyicilərinin müəyyən edilməsi (“ABŞ Şəxsləri”) olmaqla TB kimi maliyyə institutlarından müştərilərin sənədləşdirilməsi və hesabatlılığı ilə bağlı yeni prosedurlara əməl etməsini tələb edir. 2015-ci ildən etibarən ABŞ Şəxsləri barəsində spesifik məlumatlara dair hesabat verəcəkdir. ABŞ Şəxsi olan fiziki, hüquqi şəxslər və yaxud müvafiq şirkətlərin benefisiarları haqqında hesabatlılıq aparılır. FATCA qanunvericiliyinə əməl etməyən maliyyə institutları (“NPFFİ”) haqqında da müəyyən hesabatlılıq aparılacaq. Yekunda bu məlumatlar Azərbaycan vergi orqanları vasitəsilə ABŞ vergi orqanlarına (“İRS”) təqdim edilir ki, bunun əsasında İRS hesabatda göstərilən şəxslərin ABŞ vergi qanunvericiliyinə əsasən vergi öhdəliklərinin düzgün icra etməsini yoxlayır.

FATCA-nın tətbiqi üçün artıq bir sıra dövlətlər ilə ABŞ arasında hökumətlərarası sazişlər adlandırılan ikitərəfli beynəlxalq konvensiyalar ("İGA") imzalanmışdır.

Hazırkı mərhələdə Azərbaycan “İGA Model 1” üzrə sazişin şərtlərini ABŞ ilə əhəmiyyətli şəkildə razılaşdırmışdır və yaxın aylarda İGA-nın rəsmi olaraq imzalanması gözlənilir. IGA Model 1 üzrə TB müvafiq ABŞ Şəxsləri və ya NPFFI ilə bağlı məlumatları avtomatik olaraq Azərbaycan hökumətinə ötürəcəkdir. Sonuncu öznövbəsində bu məlumatları İRS-a göndərəcəkdir.

FATCA-nın əsas məqsədi ABŞ-da vergi yayınması ilə mübarizə olmasına baxmayaraq, yeni qaydalar öz təsirini aşağıdakılarda da əks etdirə bilər:

- ABŞ investisiyaları da daxil olmaqla maliyyə aktivlərinin qoyulan əksər investisiyalar;

- ABŞ da daxil olmaqla hər hansı bir digər ölkədə də rezident olan investorlar;

- ABŞ-da qeydiyyatda olanlar da daxil olmaqla, bütün növ hüquqi şəxslər.

TB-də hesabı olan hüquqi şəxs olduğunuz üçün şirkətiniz və onun birbaşa və ya dolayı təsisçiləri və benefisiarları (benefisiarlar, istiqraz sahibləri və ya borc verənlər, etibar olunan şəxslər, vəkalətlinümayəndə və b.) potensial olaraq FATCA-nın təsiri altına düşə bilər. Bu yeni qaydalara ciddi şəkildə riayət etmək niyyətində olan TB, Sizin FATCA ilə bağlı statusunuzu müəyyən etmək üçün əvvəllər banka təqdim edilən sənədlər əsasında aşağıdakıları həyata keçirəcək:

Bank şirkətinizdən “W8 BEN E” və ya “W9” adlandırılan formalarından istifadə etməklə öz FATCA ilə bağlı statusunu təsdiq etmək üçün Sizə müraciət edilə bilər.Bu formalar şirkətinizi təmsil etməyə müvafiq qaydadasəlahiyyət verilmiş şəxs(lər) tərəfindən imzalanmalıdır.W8 BEN E formasının doldurulması ilə əlaqədar olaraq tərəfinizdən şirkətinizin əhəmiyyətli pay sahibi (10%-dən çox) olan səhmdarı kimi tövsüf edilən ABŞ Şəxsi barədə əlavə müəyyənləşdirici məlumatın təqdim edilməsi zərurəti yarana bilər.

Banka lazımi sənədlər təqdim edilmədiyi və ya təqdim olunan məlumatın dürüst olmamasına dair məlumatı olduğu halda, hesabınız barədə məlumat Azərbaycanın müvafiq səlahiyyətli orqanına verilə və şirkətiniz potensial olaraq NPFFİ kimi təsnifləşdirilə bilər.

Diqqətinizə çatdırmaq istərdik ki, İGA (şərtləri ABŞ ilə əhəmiyyətli şəkildə razılaşdırmış, lakin hal-hazıra kimi imzalanmamış) 1 iyul 2014-cü il tarixindən başlayaraq NPFFİ tərəfindən ABŞ mənbəyindən əldə edilən gəlirə(FDAP adandırılan xarici müəyyən oluna bilən illik dövrü gəlirlər – məs. dividend gəlirləri) 30% ödəmə mənbəyində vergi tətbiq edilməsini nəzərdə tutacaq.

Nəzərə alın ki, İGA Azərbaycan qanunvericiliyinə inteqrasiya edildikdən sonra TB-yə tələb olunan məlumatların ağlabatan müddətlərdə təqdim edilməməsi TBilə Sizin aranızda olan münasibətlərə təsir edə bilər.

Şirkətin FATCA-ya əsasən təsnifləşdirilməsi mürəkkəb bir proses halına çevrilə bilər və bu səbəbdən bu məsələni şirkətinizin vergi məsləhətçiləri ilə müzakirə etməyinizi tövsiyə edirik.

FATCA ilə bağlı daha ətraflı məlumatı İRS-in internet səhifəsindən (www.irs.gov/FATCA) və ya Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi veb səhifəsinin FATCA bölməsindən (http://www.taxes.gov.az/modul.php?name=pages&page=151) əldə edə bilərsiniz. Əlavə olaraq Sizin TB-də olan məsləhətçiniz də bu məsələ ilə bağlı hər hansı bir sualınız yarandığı halda onları cavablamağa hazırdır.

Rahat, təhlükəsiz və sürətli bankçılıq

TuranBank beynəlxalq əməkdaşlıq çərçivəsində gender bərabərliyinə dair strateji layihəni yekunlaşdırdı

Ölkənin aparıcı banklarından biri olan TuranBank maliyyə sektorunda gender bərabərliyinin təşviqinə hədəflənmiş strateji layihəni uğurla yekunlaşdırıb. Layihə FINMA tərəfindən tənzimlənən aparıcı İsveçrə fondu Enabling Qapital və ABŞ-ın Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Əlaqələr Məktəbi (School of International and Public Affairs) arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində həyata keçirilib. Tədqiqat və praktiki yanaşmaları...

TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı

Ölkənin aparıcı maliyyə təşkilatlarından biri olan TuranBank dayanıqlı inkişaf və yaşıl iqtisadiyyatın maliyyələşdirilməsi istiqamətində növbəti məhsulunu təqdim edib. Bank, cari ilin aprel ayında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə imzaladığı strateji əməkdaşlıq müqaviləsinə əsasən, Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin müştərilərə təqdim edilməsinə başlayıb.  Aprel ayında uğurla tamamlanan hüquqi və...

TuranBank və ITFC arasında maliyyələşmə üzrə uğurlu əməkdaşlıq davam edir

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC İslam İnkişaf Bankı (IsDB) Qrupuna daxil olan Beynəlxalq İslami Ticarət Maliyyə Korporasiyası (ITFC) ilə uğurlu tərəfdaşlığını davam etdirir. Beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsinin genişləndirilməsi məqsədilə tərəflər arasında imzalanmış 10 milyon ABŞ dolları məbləğində maliyyələşmə sazişi çərçivəsində TuranBank növbəti mərhələ üzrə 2 milyon ABŞ dolları həcmində...

TuranBank-ın Gəncə filialı artıq yeni ünvanda

Bank sektorunda dayanıqlığı ilə seçilən, müştərilərin inam və rəğbətini qazanan, biznesdə etibarlı tərəfdaş imicini illər ərzində qoruyub saxlayan TuranBank özünün xidmət şəbəkəsinin inkişafı strategiyasına uyğun olaraq Bankın Gəncə filialını yeni ünvana köçürərək müştərilərin istifadəsinə verib. Baş tutan açılış mərasimində Bankın rəhbər şəxsləri iştirak edib.   Bundan sonra filial Gəncə şəhəri, Nizami rayonu,...

TuranBank biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib

Kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində Azərbaycanın aparıcı banklarından biri olan TuranBank ASC Belçikanın nüfuzlu Incofin İnvestisiya Fondu tərəfindən idarə edilən fondlarla yeni kredit müqavilələri imzalayıb. Müqavilələrə əsasən, Bank 3 il müddətinə "Incofin Climate-Smart Microfinance Fund" (CSMF) fondundan 1.25 milyon ABŞ dolları, "Incofin Microfinance Fund" (IMFI) fondundan isə 2 milyon avro ekvivalentində yerli valyutada maliyyə vəsaiti cəlb edib. Bu...

TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib.

Ətraf mühitin mühafizəsi və ekoloji maarifləndirmənin artırılması məqsədilə TuranBank ASC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə növbəti ekoloji aksiyasını həyata keçirib. “TuranBank ilə təmiz sahillər” adlı layihə çərçivəsində baş tutan aksiyada bank əməkdaşları və ekokönüllülər Bilgəh qəsəbəsinin sahilboyu ərazisində geniş təmizlik işləri aparıb, müxtəlif növ tullantıların toplanması işlərində...

TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib

TuranBank ASC-nin İdarə Heyətinin Sədri Orxan Qarayev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun (IsDB) 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan mühüm panel müzakirəsində spiker qismində çıxış edib. Belə ki, Sədr “Kiçik və Orta Sahibkarların Regional Dəyər və Tədarük Zəncirlərinə İnteqrasiyası: Ticarətdə inzibati maneələrin azaldılması, sifarişlərin icrasının təmin edilməsi və subyektlər arasında qarşılıqlı...

TuranBank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə 15 milyon ABŞ dolları həcmində niyyət bəyannaməsi imzalayıb.

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC və İslam İnkişaf Bankı Qrupunun özəl sektor üzrə üzv qurumu olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında Azərbaycanda özəl sektor layihələrinin dəstəklənməsi məqsədilə 15 milyon ABŞ dolları məbləğində vəsaitin cəlb edilməsinə dair niyyət bəyannaməsi imzalanıb. İmzalanma mərasimi İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində...

TuranBank gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib

Fəaliyyətində gender bərabərliyi prinsiplərini və qadınların maliyyə imkanlarının genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyən edən TuranBank ASC beynəlxalq tərəfdaşlarla əməkdaşlığını uğurla davam etdirir. Bank bu istiqamətdə növbəti mühüm addım ataraq Belçikanın nüfuzlu Incofin İnvestisiya Fondu ilə əməkdaşlıq çərçivəsində "Global Gender-Smart Fund S.A., SICAV" (GGSF) fondundan 3 il müddətinə 5 milyon ABŞ dolları...