• EN

Yenilənmə tarixi: 15.01.2024

 

 

TuranBankı respublikanın bütün regional mərkəzlərində satış şəbəkəsi vasitəsi ilə bütün respublika üzrə əhali, mikro, kiçik və orta sahibkarlığa xidmət göstərən, xarici investisiyalı pərakəndəyönümlü universal bank etmək.

Bank öz biznes fəlsəfəsində aşağıdakı dəyərlərə söykənir:

  • Etibarlılıq
  • Şəffaflıq
  • Müştəri ilə tərəfdaş olmaq
  • İşçiyə ən qiymətli kapital kimi dəyər vermək
  • Cəmiyyət qarşısında korporativ sosial məsuliyyət
  • Azərbaycan iqtisadiyyatına xidmət
  • Ölkə qanunlarına riayət və hörmət

Bank bu dəyərləri özünün həm biznes, həm də institusional strategiyasında və gündəlik fəaliyyətində əsas tutur.

Bankın məqsədi komanda üzvləri və biznes tərəfdaşları ilə daimi əməkdaşlıq qurmaq, onlara özlərinə uyğun diqqət göstərməkdir.

TuranBank inkişaf edən peşəkar komandası ilə müştərilərinə beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli xidmət göstərən,cəmiyyətin sosial həyatında aktiv iştirak edən, investorlarının yatırımlarının dəyərini artıran etibarlı və şəffaf bankdır.

 

 Müştəriyə münasibətdə

  •  Müştəri yönümlülük
  •  Peşəkar və keyfiyyətli xidmət
  •  Operativlik
  •  İnnovativ yanaşma
  •  Şəffaflıq və fərdi xidmət

 Cəmiyyətə münasibətdə

  •  Şəffaflıq və etibarlılıq
  •  Sosial layihələrlə inkişafın dəstəklənməsi
  •  Məsuliyyətli maliyyələşdirmə mədəniyyəti

İşçiyə münasibətdə

  •  Nəticəyə əsaslanan motivasiya sistemi
  •  Korporativ mədəniyyət və komanda ruhu
  •  Məqsədli təlim və inkişaf
  •  Karyera yüksəlişi üçün imkanlar

 İnvestorlara münasibətdə

  •  Şəffaflıq və hesabatlılıq
  •  İnvestisiyaların dəyərinin davamlı artımı
  •  Reinvestisiya və sağlam gəlirlilik
  •  Bazar payı artımı ilə yeni investorların cəlbi

 

Rahat, təhlükəsiz və sürətli bankçılıq

TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi

Ətraf mühitin qorunmasını və ekoloji rifahı özünün korporativ fəaliyyət prioritetlərinə daxil edən TuranBank Müşfiqabad qəsəbəsində keçirilən növbəti irimiqyaslı ağacəkmə aksiyasına qoşulub. Aksiya çərçivəsində iştirakçılar tərəfindən 1 hektar sahədə 625 ədəd Eldar şamı və zeytun ağacı əkilib. Qeyd edək ki,  ölkədə meşə fondunun zənginləşdirilməsi və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə Abşeron...

Enerji Məsələlərini Tənzimləmə Agentliyi və TuranBank arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və TuranBank ASC arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni TuranBank  ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev və EMTA-nın İdarə Heyəti sədrinin müavini Rövşən İsmayılov imzalayıblar. Müqavilənin əsas məqsədi bankla əməkdaşlıq vasitəsilə Fondun vəsaiti hesabına enerji...

TuranBank İsveçrənin responsAbility Investments AG fondu ilə əməkdaşlığa başlayıb

Azərbaycanda real sektorun inkişafını dəstəkləyən aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC, beynəlxalq maliyyə bazarlarında mövqeyinin möhkəmləndirilməsi və yerli iqtisadiyyatın maliyyələşdirilməsi imkanlarının genişləndirilməsi strategiyası çərçivəsində İsveçrənin nüfuzlu responsAbility Investments AG şirkəti ilə yeni əməkdaşlıq sazişi imzalayıb. Sazişə əsasən, responsAbility Investments AG tərəfindən TuranBank-a 3 il müddətinə yerli...

TuranBank və ITFC arasında Azərbaycanda özəl sektorun və KOS subyektlərinin dəstəklənməsi məqsədilə beynəlxalq ticarətin maliyyələşdirilməsi üzrə saziş imzalanıb

Bakı, Azərbaycan - Azərbaycanın aparıcı banklarından biri olan TuranBank ASC ilə İslam İnkişaf Bankı (IsDB) Qrupuna üzvü olan Beynəlxalq İslam Ticarət Maliyyəsi Korporasiyası (ITFC) arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə 10 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalanıb. Saziş beynəlxalq ticarət əməliyyatları üçün maliyyələşmə həllərini şaxələndirmək, kiçik və orta sahibkarlıq (KOS)...

TuranBank nüfuzlu beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib

Azərbaycanda real sektoru dəstəkləyən, ölkənin aparıcı banklarından biri olan TuranBank ASC Mikro, Kiçik və Orta sahibkarlığın (MKOS) dəstəklənməsi və maliyyə əlçatanlığının artırılması istiqamətində növbəti strateji uğura imza atıb. Belə ki, Bank FİNMA tərəfindən tənzimlənən İsveçrənin Enabling Qapital şirkəti tərəfindən idarə olunan EMF Mikromaliyyə Fondu ilə kredit sazişi imzalayıb. Sazişə əsasən Fond tərəfindən TuranBank-a yerli valyutada 5 milyon...

TuranBank 'Qlobal Pul Həftəsi' çərçivəsində maliyyə savadlılığı təlimi təşkil edib

Fəaliyyətində korporativ sosial məsuliyyət strategiyasına və cəmiyyətin maarifləndirilməsinə xüsusi önəm verən TuranBank ASC, 16–22 mart 2026-cı il tarixlərini əhatə edən "Qlobal Pul Həftəsi" çərçivəsində əməkdaşlarının övladları üçün “Uşaqlar və pullar” adlı maliyyə savadlılığı təlimi təşkil edib. Mövzusu "Puldan danışaq" ("Smart Money Talks") olan bu təlimin əsas məqsədi uşaqların və gənclərin yüksək keyfiyyətli...

UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!

Rəqəmsal bankçılıq xidmətlərinin genişləndirilməsi və müştəri məmnuniyyətinin artırılması istiqamətində fəaliyyətini davam etdirən TuranBank ASC məsafədən xidmət imkanlarını daha da təkmilləşdirərək növbəti innovativ layihəsini təqdim edib. Belə ki, artıq Bankın müştəriləri TuranBank mobil tətbiqi vasitəsilə UPT (Universal Payment Transfer) sürətli pulköçürmə sistemi üzərindən vəsaitlərini cəmi bir neçə toxunuşla həm göndərə,...

TuranBank ASC “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb.

Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank yaşlı əhalinin asudə vaxtının səmərəli təşkili, həyat keyfiyyətini yaxşılaşdırmaq və onların sosial rifahını təmin etmək məqsədilə "Üçüncü Bahar" İctimai Birliyi ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində Bank İctimai Birliyin nəzdində fəaliyyət göstərən İçərişəhər "YAŞA" Mərkəzinin fəaliyyətinə və infrastrukturunun gücləndirilməsinə dəstək...

TuranBank Asiya İnkişaf Bankı ilə 8 mln USD Revolver kredit sazişi imzalayıb

Asiya İnkişaf Bankının “Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı” (AİB TSCFP) TuranBank-ın Kredit Zəmanəti Məhsulu üzrə ümumi limitin 8 milyon ABŞ dollarınadək artırıldığını təsdiqləyib. Bu, TuranBank və ADB TSCFP arasında uzunmüddətli əməkdaşlıqda növbəti mühüm mərhələdir və beynəlxalq maliyyə institutlarının TuranBank-ın strateji inkişafına, risklərin idarə olunması təcrübələrinə və əməliyyat imkanlarına artan...