• EN

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azerbaycan Respublikasının Qanununda dəyişikliklər

 

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 20-ci bəndlərinə uyğun olaraq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin aşkar edilməsi, qarşısının alınması və ölkənin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadə olunma imkanlarını istisna edən şəraitin yaradılması, bu istiqamətdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, habelə dövlətin və cəmiyyətin maraqlarının qorunması məqsədilə effektiv ölkədaxili və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir.

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərə əsasən müştəri uyğunluğu tədbirləri çərçivəsində 4.4.6. maddəsinin tələblərindən irəli gələrək, bu Qanunun 4.19-cu və 4.20-ci maddələrində nəzərdə tutulmuş tələbləri:

  • 4.4.6. bu Qanunun 4.19-cu və 4.20-ci maddələrində nəzərdə tutulmuş tələblər barədə öhdəlik daşıyan şəxslər müştərini məlumatlandırmalıdırlar.
  • 4.19. Peşəkar fəaliyyət çərçivəsində üçüncü şəxslərə hüquqi şəxsləri və ya onların filial və nümayəndəliklərini təsis etmək, hüquqi şəxslərin qanuni təmsilçisi qismində çıxış etmək, hüquqi şəxslər və ya onların filial və nümayəndəlikləri üçün hüquqi ünvan təmin etmək kimi xidmətləri göstərən şəxslər şirkətin Xidmət Təminatçıları hesab edilir. Xarici ölkədə (ərazidə) təsis edilən (qeydiyyatdan keçən) hüquqi şəxsin kənar idarəçisi qismində çıxış edən şirkətin xidmət təminatçıları, fəaliyyət istiqamətlərinə uyğun olaraq, öhdəlik daşıyan şəxslərlə işgüzar münasibətlər qurarkən, şirkətin xidmət təminatçısı qismində iştirak etdiyini bəyan etməli və bununla əlaqədar zəruri bütün məlumat və sənədləri təqdim etməlidirlər.
  • 4.20. Xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxslər fəaliyyət istiqamətlərinə uyğun olaraq öhdəlik daşıyan şəxslərlə (bura banklar da aiddir) işgüzar münasibətlər qurarkən xarici hüquqi təsisatın idarəçisi olduğunu bəyan etməli və idarəçisi olduğu xarici hüquqi təsisatın əmlak strukturu, təsisçisi, benefisiarı (benefisiarları, benefisiarlar qrupunu), digər idarəçiləri (olduğu təqdirdə), xarici hüquqi təsisat təminatçıları (olduğu təqdirdə) və ya eyni və ya oxşar hüquq və vəzifə daşıyan şəxslər haqqında məlumat və sənədləri və xarici hüquqi təsisatın təsis sənədinin surətini təqdim etməlidirlər.

Xarici hüquqi təsisat – xarici dövlətdə (ərazidə) qüvvədə olan qanunvericiliyə uyğun olaraq hüquqi şəxs yaratmadan təsis edilən və fiziki və ya hüquqi şəxs olan təsisçi tərəfindən benefisiarın və ya benefisiarlar qrupunun faydalanması və ya xüsusi məqsədlər çərçivəsində xarici hüquqi təsisat təminatçısının nəzarəti şərtilə və ya belə şərt olmadan əmlakın xarici hüquqi təsisat idarəçisinin mülkiyyətinə verilməsi ilə bağlı fəaliyyəti həyata keçirən trast və ya analoji xüsusiyyətlərə malik digər təsisat. Xarici hüquqi təsisatın təsisçisi, idarəçisi, təminatçısı, benefisiarı və ya benefisiarlar qrupu dedikdə xarici hüquqi təsisatın təsis sənədindən irəli gələn müvafiq hüquq və vəzifələri daşıyan şəxslər nəzərdə tutulur;

Qanunun tələblərinin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsində 598.2 və 598.3 bəndlərinə uyğun olaraq cərimələr tətbiq edilməsi nəzərdə tutulmuşdur.

  • 598.2. Xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxsin öhdəlik daşıyan şəxslərlə işgüzar münasibətlər qurarkən xarici hüquqi təsisatın idarəçisi olduğunu bəyan etməməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxsləri iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.
  • 598.3. Xarici ölkədə (ərazidə) təsis edilən (qeydiyyatdan keçən) hüquqi şəxsin kənar idarəçisi qismində çıxış edən şirkətin xidmət təminatçısının öhdəlik daşıyan şəxslərlə işgüzar münasibətlər qurması zamanı şirkətin xidmət təminatçısı qismində iştirak etdiyini bəyan etməməsinə və bununla əlaqədar zəruri bütün məlumat və sənədləri təqdim etməməsinə görə - fiziki şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxsləri iki min beş yüz manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.

Rahat, təhlükəsiz və sürətli bankçılıq

TuranBank biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib

Kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində Azərbaycanın aparıcı banklarından biri olan TuranBank ASC Belçikanın nüfuzlu Incofin İnvestisiya Fondu tərəfindən idarə edilən fondlarla yeni kredit müqavilələri imzalayıb. Müqavilələrə əsasən, Bank 3 il müddətinə "Incofin Climate-Smart Microfinance Fund" (CSMF) fondundan 1.25 milyon ABŞ dolları, "Incofin Microfinance Fund" (IMFI) fondundan isə 2 milyon avro ekvivalentində yerli valyutada maliyyə vəsaiti cəlb edib. Bu...

TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib.

Ətraf mühitin mühafizəsi və ekoloji maarifləndirmənin artırılması məqsədilə TuranBank ASC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə növbəti ekoloji aksiyasını həyata keçirib. “TuranBank ilə təmiz sahillər” adlı layihə çərçivəsində baş tutan aksiyada bank əməkdaşları və ekokönüllülər Bilgəh qəsəbəsinin sahilboyu ərazisində geniş təmizlik işləri aparıb, müxtəlif növ tullantıların toplanması işlərində...

TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib

TuranBank ASC-nin İdarə Heyətinin Sədri Orxan Qarayev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun (IsDB) 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan mühüm panel müzakirəsində spiker qismində çıxış edib. Belə ki, Sədr “Kiçik və Orta Sahibkarların Regional Dəyər və Tədarük Zəncirlərinə İnteqrasiyası: Ticarətdə inzibati maneələrin azaldılması, sifarişlərin icrasının təmin edilməsi və subyektlər arasında qarşılıqlı...

TuranBank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə 15 milyon ABŞ dolları həcmində niyyət bəyannaməsi imzalayıb.

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC və İslam İnkişaf Bankı Qrupunun özəl sektor üzrə üzv qurumu olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında Azərbaycanda özəl sektor layihələrinin dəstəklənməsi məqsədilə 15 milyon ABŞ dolları məbləğində vəsaitin cəlb edilməsinə dair niyyət bəyannaməsi imzalanıb. İmzalanma mərasimi İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində...

TuranBank gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib

Fəaliyyətində gender bərabərliyi prinsiplərini və qadınların maliyyə imkanlarının genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyən edən TuranBank ASC beynəlxalq tərəfdaşlarla əməkdaşlığını uğurla davam etdirir. Bank bu istiqamətdə növbəti mühüm addım ataraq Belçikanın nüfuzlu Incofin İnvestisiya Fondu ilə əməkdaşlıq çərçivəsində "Global Gender-Smart Fund S.A., SICAV" (GGSF) fondundan 3 il müddətinə 5 milyon ABŞ dolları...

TuranBank Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə

TuranBank Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi Yığıncağının növbəti iclası 15 iyul 2026-cı il tarixdə, saat 15:00-da Azərbaycan Respublikası, Bakı şəhəri, İ.Qutqaşınlı 85 ünvanında keçiriləcəkdir. Nümayəndə vasitəsi ilə təmsil olunacaq səhmdarlardan müvafiq etibarnamənin iclas başlandığı tarixədək Banka təqdim edilməsi xahiş olunur. Ünvan: Bankın Baş Ofisi, Bakı şəhəri İ.Qutqaşınlı küçəsi 85. Tel: (012) 510-79-11,...

TuranBank DOST Agentliyi ilə birgə şəhid övladlarını sevindirib

Hər zaman şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə aktiv iştirak edən TuranBank bu ənənəyə sadiq qalaraq “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə növbəti uğurlu layihəyə imza atıb. Belə ki, Bank DOST Agentliyinin “Könüllü DOST” proqramının təşkilatçılığı ilə həyata keçirilən “Miras - İrsimizi...

TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi

Ətraf mühitin qorunmasını və ekoloji rifahı özünün korporativ fəaliyyət prioritetlərinə daxil edən TuranBank Müşfiqabad qəsəbəsində keçirilən növbəti irimiqyaslı ağacəkmə aksiyasına qoşulub. Aksiya çərçivəsində iştirakçılar tərəfindən 1 hektar sahədə 625 ədəd Eldar şamı və zeytun ağacı əkilib. Qeyd edək ki,  ölkədə meşə fondunun zənginləşdirilməsi və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə Abşeron...

Enerji Məsələlərini Tənzimləmə Agentliyi və TuranBank arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və TuranBank ASC arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni TuranBank  ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev və EMTA-nın İdarə Heyəti sədrinin müavini Rövşən İsmayılov imzalayıblar. Müqavilənin əsas məqsədi bankla əməkdaşlıq vasitəsilə Fondun vəsaiti hesabına enerji...