TuranBank ağacəkmə aksiyası təşkil edib
Fəaliyyətində Ekoloji, Sosial və İdarəetmə (ESİ) prinsiplərini rəhbər tutan TuranBank “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ətraf mühitin qorunmasına yönəlmiş layihələrin icrasını davam etdirərək ağacəkmə aksiyası təşkil edib.
Belə ki, sosial məsuliyyət və ekoloji davamlılıq sahəsindəki öhdəliklərinə uyğun olaraq TuranBank-ın təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin Müşfiqabad qəsəbəsində 200 sayda Eldar şamı və Zeytun tinglərinin əkilməsi həyata keçirilib.
Aksiyanın əsas məqsədi yaşıllıq sahələrinin azalması fonunda yarana biləcək təhlükələrin qarşısını almaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən yaşıllıqların qorunması ilə bağlı maarifləndirilməyə töhfə verməkdir.
Qeyd edək ki, TuranBank ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirərək Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə planetimizin mühafizəsi üçün mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak edəcəkdir.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank ASC 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (FaceBook, İnstagram və.s) səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank
Bizimlə etibarlıdır….
Rahat, təhlükəsiz və sürətli bankçılıq
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və TuranBank ASC arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni TuranBank ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev və EMTA-nın İdarə Heyəti sədrinin müavini Rövşən İsmayılov imzalayıblar. Müqavilənin əsas məqsədi bankla əməkdaşlıq vasitəsilə Fondun vəsaiti hesabına enerji...
Azərbaycanda real sektorun inkişafını dəstəkləyən aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC, beynəlxalq maliyyə bazarlarında mövqeyinin möhkəmləndirilməsi və yerli iqtisadiyyatın maliyyələşdirilməsi imkanlarının genişləndirilməsi strategiyası çərçivəsində İsveçrənin nüfuzlu responsAbility Investments AG şirkəti ilə yeni əməkdaşlıq sazişi imzalayıb. Sazişə əsasən, responsAbility Investments AG tərəfindən TuranBank-a 3 il müddətinə yerli...
Bakı, Azərbaycan - Azərbaycanın aparıcı banklarından biri olan TuranBank ASC ilə İslam İnkişaf Bankı (IsDB) Qrupuna üzvü olan Beynəlxalq İslam Ticarət Maliyyəsi Korporasiyası (ITFC) arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə 10 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalanıb. Saziş beynəlxalq ticarət əməliyyatları üçün maliyyələşmə həllərini şaxələndirmək, kiçik və orta sahibkarlıq (KOS)...
Azərbaycanda real sektoru dəstəkləyən, ölkənin aparıcı banklarından biri olan TuranBank ASC Mikro, Kiçik və Orta sahibkarlığın (MKOS) dəstəklənməsi və maliyyə əlçatanlığının artırılması istiqamətində növbəti strateji uğura imza atıb. Belə ki, Bank FİNMA tərəfindən tənzimlənən İsveçrənin Enabling Qapital şirkəti tərəfindən idarə olunan EMF Mikromaliyyə Fondu ilə kredit sazişi imzalayıb. Sazişə əsasən Fond tərəfindən TuranBank-a yerli valyutada 5 milyon...
Fəaliyyətində korporativ sosial məsuliyyət strategiyasına və cəmiyyətin maarifləndirilməsinə xüsusi önəm verən TuranBank ASC, 16–22 mart 2026-cı il tarixlərini əhatə edən "Qlobal Pul Həftəsi" çərçivəsində əməkdaşlarının övladları üçün “Uşaqlar və pullar” adlı maliyyə savadlılığı təlimi təşkil edib. Mövzusu "Puldan danışaq" ("Smart Money Talks") olan bu təlimin əsas məqsədi uşaqların və gənclərin yüksək keyfiyyətli...
Rəqəmsal bankçılıq xidmətlərinin genişləndirilməsi və müştəri məmnuniyyətinin artırılması istiqamətində fəaliyyətini davam etdirən TuranBank ASC məsafədən xidmət imkanlarını daha da təkmilləşdirərək növbəti innovativ layihəsini təqdim edib. Belə ki, artıq Bankın müştəriləri TuranBank mobil tətbiqi vasitəsilə UPT (Universal Payment Transfer) sürətli pulköçürmə sistemi üzərindən vəsaitlərini cəmi bir neçə toxunuşla həm göndərə,...
Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank yaşlı əhalinin asudə vaxtının səmərəli təşkili, həyat keyfiyyətini yaxşılaşdırmaq və onların sosial rifahını təmin etmək məqsədilə "Üçüncü Bahar" İctimai Birliyi ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində Bank İctimai Birliyin nəzdində fəaliyyət göstərən İçərişəhər "YAŞA" Mərkəzinin fəaliyyətinə və infrastrukturunun gücləndirilməsinə dəstək...
Asiya İnkişaf Bankının “Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı” (AİB TSCFP) TuranBank-ın Kredit Zəmanəti Məhsulu üzrə ümumi limitin 8 milyon ABŞ dollarınadək artırıldığını təsdiqləyib. Bu, TuranBank və ADB TSCFP arasında uzunmüddətli əməkdaşlıqda növbəti mühüm mərhələdir və beynəlxalq maliyyə institutlarının TuranBank-ın strateji inkişafına, risklərin idarə olunması təcrübələrinə və əməliyyat imkanlarına artan...
Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində aparıcı banklardan biri olan TuranBank, nüfuzlu Invest in Visions (IIV) fondu ilə yeni kredit sazişi imzalayıb. Saziş “IIV Mikrofinanzfonds” və “IIV Financial Infrastructure Funds, FCP RAIF – DKM Mikrofinanzfonds” vasitəsilə həyata keçirilib və əməliyyat tanınmış Incofin İnvestisiya Fondu ilə əməkdaşlıq çərçivəsində strukturlaşdırılıb. Sazişə əsasən, beynəlxalq maliyyə...