• EN


MeyarlarŞərtlər
Kreditin məbləği Maks. 100000 AZN (yaşayış sahəsinin satış qiymətinin 90 faizindən çox olmamalıdır)
Müddəti 3 - 30 il
Faiz dərəcəsi İllik 4%
İlkin ödəniş Min. 10%
Ödəniş forması Annuitet
Kreditin alınması üçün tələb olunan sənədlər Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd və sənədin notarial qaydada təsdiqlənmiş surəti
Borcalan evli olduqda həyat yoldaşının şəxsiyyət vəsiqəsinin və  nikahın bağlanması (və ya pozulması, həyat yoldaşının ölüm) haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti
Borcalan subay olduqda V.V.A.Q.-dan subaylıq haqqında arayış və subaylıq ərizəsi
Borcalanla (borcalanlarla) birgə yaşayan yetkinlik yaşına çatmış və yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin notarial qaydada təsdiqlənmiş surəti
Borcalanın (borcalanların) ailə tərkibi haqqında arayışı
Borcalanın güzəştli kateqoriyaya aid olmasını təsdiq edən sənəd
Borcalanın (borcalanların) əmək müqaviləsi və onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti (hər səhifəsi təsdiqlənməlidir)
Borcalanın (borcalanların) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış, əmək haqqı kartlarından bank çıxarışları və s.)
Borcalanın DSMF sosial kartının surəti
İpoteka predmetinin qiymətləndirmə aktının əsli
Borcalan fərdi sahibkar olduqda əlavə olaraq təqdim olunmalı sənədlər:
Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçməsi haqqında şəhadətnamə (surəti)
Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi
Vergi orqanları tərəfindən son 12 ay ərzində maliyyə göstəriciləri haqqında arayış
İstifadə qaydaları “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan və həmin sistem vasitəsi ilə mənzili seçən aşağıdakı şəxslərin bu kreditdən istifadə etmək hüququ var:
 
Yaşı 35-dən çox olmayan gənc ailə üzvləri
Şəhidin övladları
Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının övladları
Azərbaycanın Milli Qəhrəmanının övladları
Məcburi köçkün və ya ona bərabər tutulan şəxs
Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs
Ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxs
Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs
İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı    (I, II və ya III yer)
Ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs
Yaşından və ailə vəziyyətindən asılı olmayaraq digər şəxslər
Elmlər doktoru elmi dərəcəsi olan şəxs
Ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs

Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları(“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla)

Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs

Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər    Müraciətləri qəbul edilən elmi işçilərin çalışdığı elmi müəssisə və təşkilatların siyahısı)

 

Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs

Ən azı 15 il journalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs
 Şəhid ailəsinin üzvü (əri/arvadı)
 Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı(özü,əri/arvadı

Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı).

Qeyd: Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.

 

 

Rahat, təhlükəsiz və sürətli bankçılıq

TuranBank 2024-cü ilin I rübünün nəticələrini elan edib

Azərbaycanın maliyyə sektorunda fəaliyyətini daha da genişləndirməyə davam edən TuranBank ASC 2024-cü ilin I rübünün maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb. 1 aprel 2024-cü il tarixinə TuranBank-ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 7.4% və ya 61 mln. manat artaraq 883.7 mln. manat olub. Hesabat dövründə Bank qarşıya qoyulan strateji hədəfinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın...

TuranBank-la Asiya İnkişaf Bankı arasında ticarət maliyyələşdirilməsi üzrə saziş imzalandı

Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC və Asiya İnkişaf Bankı (AİB) arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini həyata keçirmək məqsədilə saziş imzalanıb. Yeni saziş çərçivəsində AİB “Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı”na (TSCFP) TuranBank ASC-ni daxil edərək ticarət maliyyələşdirilməsi üzrə zəmanət limiti təsdiqləyib. Qeyd edək ki, bu saziş ölkədə idxal-ixrac...

TuranBank mikrokreditləşmədə rəqabətliliyin artımına ən çox töhfə verən bank oldu

Martın 29-da Qubada Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə keçirilən III Aqrobiznesin İnkişafı Forumunda TuranBank mükafata layiq görülüb. Belə ki, ölkəmizdə sahibkarlığın, xüsusilə də kənd təsərrüfatının inkişafına və maliyyələşməsinə daima dəstək olan, özəl sektorun inkişafına öz töhfəsini verən TuranBank “2023-cü ildə...

TuranBank qayğıya ehtiyacı olan sahibsiz heyvanlara yardım etdi

  Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank növbəti xeyriyyə aksiyasına imza ataraq heyvanların müdafiəsi istiqamətində sahibsiz küçə heyvanlarına dəstək olub. Belə ki, Bank Zaqatala rayonunda yerləşən heyvan sığınacağını ziyarət edərək heyvanları qida, tibbi ləvazimatlar və digər bütün zəruri ehtiyaclarla təmin edib. Qeyd edək ki, sığınacaqda 200-dən çox heyvana qayğı göstərilir. Həmçinin TuranBank...

TuranBank 2023-cü ilin yekun nəticələrini elan edib

Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC 2023-cü ilin yekunlarına əsasən maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb.   2023-cü ilin yekunlarına görə TuranBank-ın cəmi aktivləri 822.8 mln. manata çatıb. Bankın müştərilərə verilmiş kreditləri 14.7% və ya 80.9 mln. manat artaraq 629.4 mln. manat olub, o cümlədən biznes müştərilərinə verilmiş kreditləri 17.1% və ya 53.8 mln. manat artaraq 367.6 mln. manat təşkil edib....

Apple Pay TuranBank-da – ilk ödənişdə 5 AZN keşbek!

TuranBank Visa kart sahibləri artıq Apple Pay vasitəsilə ödənişləri tam təhlükəsiz şəkildə edə bilərlər. Belə ki, bu gündən Apple Pay istifadəçiləri ödəniş kartını başqasına ötürmədən, POS-terminal düymələrinə toxunmadan və ya nağd pula ehtiyac olmadan ödəniş edəcəklər. Hər bir əməliyyatın təhlükəsizliyi iPhone-un innovativ texnologiyaları ilə təmin olunur. Ödənişi həyata keçirmək üçün müştərinin iPhone...

TuranBank yeni Qaradağ filialı ilə Binə Ticarət Mərkəzində

Bank sektorunda dayanıqlığı ilə seçilən, müştərilərin inam və rəğbətini qazanan, biznesdə etibarlı tərəfdaş imicini illər ərzində qoruyub saxlayan TuranBank özünün xidmət şəbəkəsinin inkişafı strategiyasına uyğun olaraq Binə Ticarət Mərkəzində yeni Qaradağ filialını müştərilərin istifadəsinə vermişdir. Baş tutan rəsmi açılış mərasimində Bankın rəhbər şəxsləri iştirak etmişdir.   Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi,...

TuranBank 2023-cü ilin III rübünün nəticələrini elan edib

Azərbaycanın maliyyə sektorunda fəaliyyətini daha da genişləndirməyə davam edən TuranBank ASC 2023-cü ilin III rübünün maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb. 1 oktyabr 2023-cü il tarixinə TuranBank-ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 1.6% və ya 12.9 mln. manat artaraq 833.8 mln. manat, müştərilərə verilmiş kreditləri 9.1% və ya 50 mln. manat artaraq 598.6 mln. manat olub. Hesabat dövründə Bank qarşıya qoyulan...

TuranBank Mərkəzi Bank tərəfindən investisiya pul nişanları üzrə satış agenti seçildi

TuranBank investisiya məqsədli pul nişanlarının satışını təmin etmək və onların geri alışını həyata keçirmək məqsədilə Mərkəzi Bank tərəfindən Satış Agenti seçilmişdir.   Belə ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Mərkəzi Bank tərəfindən ölkəmizdə ilk dəfə olaraq 10 may 2023-cü il tarixindən tədavülə buraxılmış yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış müxtəlif...