• EN

Digital Card

 

 

Sizi sevindirəcək yeni məhsulumuzu təqdim edirik!

Digital Card - banka yaxınlaşmadan mobil tətbiq vasitəsilə rəsmiləşdirilə bilən virtual debet kartdır. Digital kart yalnız AZN valyutasında təklif edilir və fiziki olaraq çap olunmur. Debet kartı  bankımızın müştəriləri pulsuz və tam onlayn əldə edə bilər. Bunun üçün TuranBank mobil tətbiqində əsas səhifədə Digital kartın üzərinə gəlmək və ya menyuda kartlar bölməsində “+” işarəsini istifadə etməklə kartı dərhal aktivləşirə bilərsiniz. 

 

İstifadəçisi eyniləşdirilmiş - TuranBank müştərisi (cari hesab, kart, kredit, depoziti olan müştərilər) tərəfindən sifariş edilir:

 

MC Digital Card

3 illik

Kartın valyutası

AZN

Kartın Qiyməti

Ödənişsiz

Card-to-Card Köçürmələri üzrə komissiya

 

Karta Qəbul etdikdə

 

Kartdan göndərildikdə

 

Bankdaxili card to card

0

0

Ölkədaxili digər bank kartlarına(dan)

0

0.5 %  (min 0.30AZN)

Ölkəxarici kartlarına(dan)

xidmət mövcud  deyil

xidmət mövcud deyil

Nağd pulun çıxarılması

 

TuranBanka məxsus  ATM

1% (min. 2 AZN/USD/EUR)

Ölkədaxili bankların ATM

1.5%  (min.2 AZN /USD/ EUR)

Ölkəxarici bankların ATM

2.5%  (min.3 AZN /USD/EUR)

TuranBanka məxsus Pos Cash

1% (min.  2 AZN /USD /EUR)

Ölkədaxili bankların Pos cash

1.5%  (min.2 AZN /USD/ EUR)

Cash by Code

1%

Digər xidmətlər

 

SMS xəbərdarlıq

1 AZN

"Pin Erase"  (Pin kodun silinməsi yeni Pin kodun təyin edilməsi)

Pulsuz

"Pin Change" xidməti (PİN kodun dəyişdirilməsi)

Pulsuz

Kart hesabında konvertasiya

nağdsız əməliyyatlar üzrə

 

0.5 %

 

nağd əməliyyatlar üzrə

 

1  %

 

Rahat, təhlükəsiz və sürətli bankçılıq

TuranBank gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib

Fəaliyyətində gender bərabərliyi prinsiplərini və qadınların maliyyə imkanlarının genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyən edən TuranBank ASC beynəlxalq tərəfdaşlarla əməkdaşlığını uğurla davam etdirir. Bank bu istiqamətdə növbəti mühüm addım ataraq Belçikanın nüfuzlu Incofin İnvestisiya Fondu ilə əməkdaşlıq çərçivəsində "Global Gender-Smart Fund S.A., SICAV" (GGSF) fondundan 3 il müddətinə 5 milyon ABŞ dolları...

TuranBank Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə

TuranBank Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi Yığıncağının növbəti iclası 15 iyul 2026-cı il tarixdə, saat 15:00-da Azərbaycan Respublikası, Bakı şəhəri, İ.Qutqaşınlı 85 ünvanında keçiriləcəkdir. Nümayəndə vasitəsi ilə təmsil olunacaq səhmdarlardan müvafiq etibarnamənin iclas başlandığı tarixədək Banka təqdim edilməsi xahiş olunur. Ünvan: Bankın Baş Ofisi, Bakı şəhəri İ.Qutqaşınlı küçəsi 85. Tel: (012) 510-79-11,...

TuranBank DOST Agentliyi ilə birgə şəhid övladlarını sevindirib

Hər zaman şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə aktiv iştirak edən TuranBank bu ənənəyə sadiq qalaraq “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə növbəti uğurlu layihəyə imza atıb. Belə ki, Bank DOST Agentliyinin “Könüllü DOST” proqramının təşkilatçılığı ilə həyata keçirilən “Miras - İrsimizi...

TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi

Ətraf mühitin qorunmasını və ekoloji rifahı özünün korporativ fəaliyyət prioritetlərinə daxil edən TuranBank Müşfiqabad qəsəbəsində keçirilən növbəti irimiqyaslı ağacəkmə aksiyasına qoşulub. Aksiya çərçivəsində iştirakçılar tərəfindən 1 hektar sahədə 625 ədəd Eldar şamı və zeytun ağacı əkilib. Qeyd edək ki,  ölkədə meşə fondunun zənginləşdirilməsi və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə Abşeron...

Enerji Məsələlərini Tənzimləmə Agentliyi və TuranBank arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və TuranBank ASC arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni TuranBank  ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev və EMTA-nın İdarə Heyəti sədrinin müavini Rövşən İsmayılov imzalayıblar. Müqavilənin əsas məqsədi bankla əməkdaşlıq vasitəsilə Fondun vəsaiti hesabına enerji...

TuranBank İsveçrənin responsAbility Investments AG fondu ilə əməkdaşlığa başlayıb

Azərbaycanda real sektorun inkişafını dəstəkləyən aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC, beynəlxalq maliyyə bazarlarında mövqeyinin möhkəmləndirilməsi və yerli iqtisadiyyatın maliyyələşdirilməsi imkanlarının genişləndirilməsi strategiyası çərçivəsində İsveçrənin nüfuzlu responsAbility Investments AG şirkəti ilə yeni əməkdaşlıq sazişi imzalayıb. Sazişə əsasən, responsAbility Investments AG tərəfindən TuranBank-a 3 il müddətinə yerli...

TuranBank və ITFC arasında Azərbaycanda özəl sektorun və KOS subyektlərinin dəstəklənməsi məqsədilə beynəlxalq ticarətin maliyyələşdirilməsi üzrə saziş imzalanıb

Bakı, Azərbaycan - Azərbaycanın aparıcı banklarından biri olan TuranBank ASC ilə İslam İnkişaf Bankı (IsDB) Qrupuna üzvü olan Beynəlxalq İslam Ticarət Maliyyəsi Korporasiyası (ITFC) arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə 10 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalanıb. Saziş beynəlxalq ticarət əməliyyatları üçün maliyyələşmə həllərini şaxələndirmək, kiçik və orta sahibkarlıq (KOS)...

TuranBank nüfuzlu beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib

Azərbaycanda real sektoru dəstəkləyən, ölkənin aparıcı banklarından biri olan TuranBank ASC Mikro, Kiçik və Orta sahibkarlığın (MKOS) dəstəklənməsi və maliyyə əlçatanlığının artırılması istiqamətində növbəti strateji uğura imza atıb. Belə ki, Bank FİNMA tərəfindən tənzimlənən İsveçrənin Enabling Qapital şirkəti tərəfindən idarə olunan EMF Mikromaliyyə Fondu ilə kredit sazişi imzalayıb. Sazişə əsasən Fond tərəfindən TuranBank-a yerli valyutada 5 milyon...

TuranBank 'Qlobal Pul Həftəsi' çərçivəsində maliyyə savadlılığı təlimi təşkil edib

Fəaliyyətində korporativ sosial məsuliyyət strategiyasına və cəmiyyətin maarifləndirilməsinə xüsusi önəm verən TuranBank ASC, 16–22 mart 2026-cı il tarixlərini əhatə edən "Qlobal Pul Həftəsi" çərçivəsində əməkdaşlarının övladları üçün “Uşaqlar və pullar” adlı maliyyə savadlılığı təlimi təşkil edib. Mövzusu "Puldan danışaq" ("Smart Money Talks") olan bu təlimin əsas məqsədi uşaqların və gənclərin yüksək keyfiyyətli...