• EN

Rəqəmsal pulqabı xidmətinin göstərilməsinə dair şərtlər toplusu (oferta) Anlayışlar:
Aksept – bu müqaviləni Mobil bankçılıq tətbiqi vasitəsi ilə elektron şəkildə təsdiq etmək (imzalamaq);

Bank – TuranBank Açıq Səhmdar Cəmiyyəti;

Müştəri – Rəqəmsal Pulqabından istifadə məqsədi ilə bu müqaviləni Mobil bankçılıq tətbiqi vasitəsi ilə təsdiq etmiş fiziki şəxs;

Müqavilə – təsdiq edildiyi halda tərəflər üçün məcburi olan şərtlər toplusu;

Mobil bankçılıq – müvafiq proqram təminatı, elektron autentifikasiya üsulu və kommunikasiya vasitələri ilə İstifadəçiyə məsafədən giriş təmin edilməklə aidiyyəti hesab üzrə bank əməliyyatının aparılması və/və ya məlumatın əldə edilməsidir;

Ödəniş kartı – Bank tərəfindən Müştəriyə verilən debet və ya kredit kartları;

Rəqəmsal kart – Müştərinin, Mobil bankçılıq tətbiqində istifadə üçün seçdiyi və qeydiyyatdan keçirdiyi ödəniş kartı;

Mobil cihaz – naqilsiz ödəniş qurğusu;

Token – ödəniş zamanı təhlükəsizliyin maksimum səviyyədə təmin olması məqsədilə rəqəmsal kartının faktiki məlumatları əvəzinə yaradılaraq istifadə edilən unikal rəqəmsal identifikatordur;

NFC – rəqəmsal kart oxuyucuları ilə ödəmə cihazları arasında məlumat mübadiləsi aparmaq üçün yaxın sahə rabitəsi (NFC) texnologiyasından istifadə edən təmassız ödəniş formasıdır.

Autentifikasiya verilənləri – Müştərinin avtorizasiya üçün parolu (biometrik verilənlər (barmaq izinə görə avtorizasiya, üzün tanınması) da daxil olmaqla, lakin onlarla məhdudlaşmayaraq), PİN-kodu, həmçinin Mobil bankçılıq tətbiqinə daxil olmaq üçün istifadə edilən digər verilənlər. Autentifikasiya verilənləri Müştərinin öz əli ilə atdığı imzanın analoqudur;

Rəqəmsal pulqabı xidmətinin göstərilməsinə dair şərtlər toplusu – bu şərtlər toplusunun mətnində rəqəmsal pulqabı xidmətinin göstərilməsinə dair şərtlər toplusu.

1. Müqavilənin predmeti

1.1. Bu Müqavilə Rəqəmsal Pulqabını dəstəkləyən hər hansı bir mobil cihazda Rəqəmsal Pulqabına (bundan sonra “Pulqabı”) Ödəniş Kartı əlavə etdikdə, əlavə etməyə cəhd etdikdə və ya saxladıqda Bank tərəfindən verilən debet və ya kredit kartlarından (bundan sonra “Ödəniş kartı”) istifadənizi tənzimləyir.

2. Ümumi şərtlər

2.1. Bu Müqavilə Rəqəmsal Pulqabı xidməti vasitəsilə müvafiq debet və ya kredit kartı hesabınızdan istifadə ilə əlaqədar sizinlə TuranBank ASC (bundan sonra “Bank”) arasında olan hüquqi razılaşmadır. Burada Rəqəmsal Pulqabına “Wallet” tətbiqi daxildir. Sözügedən və elektron formada təqdim edilən Rəqəmsal Pulqabı Müqaviləsi aksept olunduğu hesab olunur.

2.2. Müştəri qəbul edir və razılaşır ki, Rəqəmsal Pulqabında hər hansı Rəqəmsal kart istifadəsinə görə yeganə risk onun üzərindədir. Müştəri qəbul edir ki, Rəqəmsal Pulqabı xidmətindən istifadəsi həm də Rəqəmsal Pulqabı və ya digər tərəflərin müqavilələrinə və ya istifadə şərtlərinə tabe olacaq.

2.3. Rəqəmsal Pulqabı xidmətinə qeydiyyat Müştəri ilə Bankın bağladığı hər hansı digər müqaviləyə təsir göstərmir. Hesabın açılması zamanı Müştəriyə təqdim edilən və vaxtaşırı dəyişdirilən Ödəniş Kartının istifadə şərtləri Rəqəmsal Pulqabı xidmətindən istifadə edib-etməməsindən asılı olmayaraq tam qüvvədə qalır. Bankla Müştərinin bağladığını Ödəniş Kartı haqqında müqavilələrdəki müddəalar həmçinin Rəqəmsal Pulqabı xidməti vasitəsilə Ödəniş Kartından istifadəyə də aid edilir. Müştərinin Rəqəmsal Pulqabı xidmətində qeydiyyatdan keçirilmiş TuranBank Ödəniş Kartı ilə etdiyi hər hansı əməliyyatı Ödəniş Kartından şəxsən istifadə edilən kimi qəbul ediləcək və bütün müvafiq komissiya və faizlər (qeydiyyatdan keçirilmiş kredit kartı halında) Bankla bağlanan Ödəniş Kartı haqqında müqavilənin şərtlərinə uyğun tətbiq olunacaq.

2.4. Müştərinin Rəqəmsal Pulqabı xidməti daxilində Ödəniş Kartından istifadə etməyinə icazə verilməsi üçün Ödəniş Kartında və onunla əlaqələndirilmiş hesabda borc və hər hansı məhdudiyyətlər olmamalı, simsiz xidmət provayderi və/və ya Rəqəmsal Pulqabı ilə əlaqəli hər hansı üçüncü tərəf tərəfindən Rəqəmsal Pulqabından istifadə hüququ məhdudlaşdırılmamalıdır.

2.5. Müştərinin bu xidmətdən istifadə etmək üçün uyğun mobil cihazı olmalıdır. Pulqabı provayderi öz mülahizəsinə əsasən hansı mobil cihazların Rəqəmsal Pulqabı xidməti ilə istifadəyə uyğun olub-olmadığına qərar verir.

2.6. Hazırda Rəqəmsal Pulqabı xidmətlərində Ödəniş Kartından istifadə edilməsinə görə xidmət haqqı tutulmur. Buna baxmayaraq, Pulqabı provayderi və ya Rəqəmsal Pulqabını dəstəkləyən hər hansı digər üçüncü tərəf Ödəniş Kartından istifadəyə təsir edə biləcək rüsumlar, limit və məhdudiyyətlər nəzərdə tuta bilər. Müştəri bütün bu kimi ödənişlərə görə məsuliyyət daşımağa və bu limit və məhdudiyyətlərə əməl etməyə razılaşır.

2.7. Bank üçün token vasitəsilə aparılmış əməliyyat həmin tokenin bağlı olduğu Ödəniş Kartı ilə aparılmış əməliyyata bərabər hesab olunur.

2.8. Tokenin yaradılması yalnız Müştərinin özü tərəfindən həmin mobil cihaz vasitəsilə göndərilən sorğu əsasında mümkündür. Banka müraciətə əsasən (zəng, elektron poçt, rəsmi internet sayt vasitəsilə müraciət və s.) tokenin yaradılması mümkünsüzdür.

2.9. Müştəri Rəqəmsal Pulqabı provayderi və Ödəniş Sistemləri kimi üçüncü tərəf sistemlərin Rəqəmsal Pulqabı xidmətindən istifadə etməklə həyata keçirilən uyğun Rəqəmsal Kartı əməliyyatları ilə bağlı müəyyən təfərrüatlar əldə edə biləcəyini başa düşür və qəbul edir. Rəqəmsal Pulqabı və ya digər üçüncü şəxslərə Rəqəmsal Pulqabı xidməti ilə bağlı verilən və ya onlar tərəfindən saxlanılan məlumatların Bankın nəzarətindən kənardır. Müştəri Rəqəmsal Pulqabına və ya hər hansı digər üçüncü tərəfə açıqladığı hər hansı məlumat yalnız Rəqəmsal Pulqabı və ya sözügedən hər hansı digər üçüncü tərəflərin təhlükəsizlik siyasətinə tabedir və Bankın Ödəniş Kartına və ya onunla əlaqələndirilmiş hesaba tətbiq olunan məxfilik siyasəti ilə deyil, onların müvafiq məxfilik siyasətləri ilə tənzimlənir.

2.10. Pulqabı onun qəbul edildiyi yerdə əlavə Ödəniş Kartından istifadə etməklə Müştəriyə alış-veriş etməyinə imkan verir. Pulqabı Müştərinin Ödəniş Kartının qəbul edildiyi bütün yerlərdə qəbul olunmaya bilər.

3. Tərəflərin hüquq və vəzifələri

3.1. Bankın hüquq və vəzifələri:

3.1.1. Bank Rəqəmsal Pulqabı xidməti daxilində Ödəniş Kartından istifadəni bloklaya, dayandıra və ya ləğv edə bilər. Bank bu hərəkətləri istənilən vaxt və hər hansı səbəbdən, məsələn, Müştərinin Ödəniş Kartı ilə bağlı firıldaqçılıqdan şübhələnsə, Mobil cihaz itərsə və ya oğurlanarsa və ya müvafiq qanunlar dəyişdiyi halda edə bilər.

3.1.2. Bank öz mülahizəmizə əsasən və istənilən vaxt bu Xidməti və ya Rəqəmsal Pulqabı üçün Kartınıza girişi dayandırmaq və ya ləğv etmək və yaxud Rəqəmsal Pulqabı ilə bağlı Şərtlərinin hər hansı birini ləğv etmək, əlavələr etmək, silmək və ya dəyişdirmək hüququna malikdir. Qanunla tələb olunan hər hansı bu kimi xitam və ya dəyişiklik barədə Müştəriyə bildiriş təqdim olunacaqdır. Xidmətdən davamlı istifadə Müştərinin Şərtlərdəki hər hansı dəyişikliyi qəbul etdiyi və razılaşdığı mənasındadır.

3.1.3. Bank Müştərinin Rəqəmsal Pulqabı xidmətində özünün və Rəqəmsal Kartından istifadə haqqında müəyyən məlumatları toplaya, ötürə, saxlaya və istifadə edə bilər. Bu məlumatların ötürülməsi, saxlanması və istifadəsi Rəqəmsal Karta və ya onunla əlaqələndirilmiş hesaba tətbiq edilən məxfilik siyasəti ilə tənzimlənir.

3.1.4. Bank Ödəniş Kartını təsdiq edə bilməzsə və ya Ödəniş Kartı ilə bağlı saxtakarlığın olmasından şübhələnərsə, Pulqabına Ödəniş Kartı əlavə edə bilməyəcək.

3.2. Müştərinin hüquq və vəzifələri:

3.2.1. Müştəri mobil cihazda biometrik eyniləşdirmə vasitələrindən (barmaq izinə görə avtorizasiya, üzün tanınması və s.) istifadə etdikdə əməliyyatların yerinə yetirilməsi üçün mobil cihazda ikinci şəxsin səlahiyyətinin olmamasına nəzarət etməlidir. Əks halda eyniləşdirmə Müştərinin özünə məxsus olaraq qəbul ediləcəkdir.

3.2.2. Müştəri üçüncü şəxslərə məxsus Mobil cihazlara Ödəniş Kartlarının tokenizasiyasının aparılmasına şərait yaratmamalıdır.

3.2.3. Müştəri Ödəniş Kartlarında olduğu kimi token yaradılmış Mobil cihazı üçüncü şəxslərin istifadəsinə verməməlidir.

3.2.4. Token aktivləşmiş Mobil cihazdan istifadə dayandırıldıqda Müştəri tokeni həmin cihazdan silməlidir.

3.2.5. Mobil cihazdan tokenin silinməsi və ya bloklanması Müştəri tərəfindən icra edilir. Ödəniş Kartı bloklaşdırıldıqda, token bloklaşdırılır. Analoji olaraq Ödəniş Kartı ləğv edildikdə, token ləğv edilir.

3.2.6. Ödəniş Kartında olduğu kimi tokendən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət olunmalıdır. Token və ya Ödəniş Kartı bloklaşdırılana qədər token vasitəsilə aparılmış bütün əməliyyatlara görə Müştəri məsuliyyət daşıyır.

3.2.7. Müştəri, Pulqabında qeydiyyatdan keçənə kimi, Pulqabında ancaq Müştərinin biometrik verilənlərinin (barmaq izinə görə avtorizasiya, üzün tanınması) qeydiyyata alındığına, Kartdan istifadə edilməklə əməliyyatlar üzrə sövdələşmələrin təsdiq edilməsi zamanı ancaq bu barmaq izlərinin nəzərə alınacağına əmin olmalıdır. Əgər Müştəri, mobil cihazda avtorizasiya üçün və yaxud barmaq izinə görə daxil olmaq üçün və ya Müştərinin Mobil cihazda əməliyyatların yerinə yetirilməsi üçün başqa şəxsin barmaq izlərindən (və yaxud Autentifikasiya verilənlərindən) istifadə edirsə, onlar Müştərinin barmaq izləri hesab ediləcəklər.

3.2.8. Müştəri, Bankı sistem vasitəsilə əldə olunan istənilən nəticələrə görə hər hansı məsuliyyətdən, itkilərdən, ziyan və zərərdən, o cümlədən 3-cü şəxslərin hər hansı iddiasından qorumalıdır.

3.2.9. Müştəri Ödəniş Kartının Pulqabına daxil edilməsi – Pulqabına Ödəniş Kartı əlavə etmək istəyirsə, Rəqəmsal Pulqabı tərəfindən qəbul edilmiş prosedurlara və qəbul edilən hər hansı digər prosedurlara əməl etməyə razılaşır.

4. Tərəflərin məsuliyyəti

4.1. Rəqəmsal Pulqabı xidməti Rəqəmsal Pulqabı provayderiniz tərəfindən uyğun hesab edilən cihazlardan istifadə edərək yalnız Rəqəmsal Pulqabı provayderiniz tərəfindən təklif olunan xidmətdir. TuranBank sizin Rəqəmsal Pulqabınıza (o cümlədən Pulqabı) sahib deyil, idarə etmir və ya ona nəzarət etmir və Rəqəmsal Pulqabı provayderiniz və ya Rəqəmsal pulqabınızda marağı olan hər hansı üçüncü bir şəxs tərəfindən sizə təqdim olunan hər hansı xidmətə görə məsuliyyət daşımır. Bank Rəqəmsal Pulqabı provayderi və ya Rəqəmsal Pulqabı xidməti ilə əlaqədar hər hansı digər üçüncü şəxslər tərəfindən sizə təqdim olunan hər hansı məlumat və ya digər xidmətlərə görə də məsuliyyət daşımır. Bank Rəqəmsal Pulqabı xidmətinin hər hansı şəkildə işləməməsinə və ya işinə görə məsuliyyət daşımır.

4.2. Müştəri Rəqəmsal Pulqabının ID-sinin, parollarının, mobil cihaz parollarının və mobil cihazında Rəqəmsal Pulqabına təhlükəsiz şəkildə daxil olmaq üçün istifadə edə biləcəyi hər hansı digər vasitələrin məxfiliyinin qorunmasına görə yalnız özü məsuliyyət daşıyır. Müştəri bu qeydiyyat məlumatlarını kiminləsə paylaşsa, həmin şəxs alış-veriş etmək və ya Rəqəmsal Pulqabı Xidməti vasitəsilə təqdim olunan şəxsi və ödəniş məlumatlarına giriş əldə etmək üçün Pulqabıdan istifadə edə bilər. Müştəri Mobil cihazını hər zaman qorumağa məsuliyyət daşıyır.

5. DİGƏR ŞƏRTLƏR

5.1. Bu Şərtlər Müştəri tərəfindən təsdiqləndiyi (aksept) tarixdən qüvvəyə minir.

5.2. Pul vəsaitindən vergilərin silinməsi üçün Bank məsuliyyət daşımır və bütün məsuliyyət Müştərinin üzərinə düşür.

5.3. Bu şərtlərdən irəli gələn bütün mübahisələr Tərəflərin qarşılıqlı razılığı əsasında həll ediləcəkdir.

5.4. Mübahisələrin həllinə dair razılıq əldə edilmədikdə Tərəflərdən hər hansı biri məhkəməyə müraciət edə bilər.

5.5. Müştəri yaranan sual və problemlər ilə bağlı iş saatlarında +994 (12) 510 79 11/22 nömrələri və +994 (12) 935 məlumat (çağrı) mərkəzi vasitəsi ilə zəng edərək Bank ilə əlaqə yarada bilər.

 

Rahat, təhlükəsiz və sürətli bankçılıq

TuranBank beynəlxalq əməkdaşlıq çərçivəsində gender bərabərliyinə dair strateji layihəni yekunlaşdırdı

Ölkənin aparıcı banklarından biri olan TuranBank maliyyə sektorunda gender bərabərliyinin təşviqinə hədəflənmiş strateji layihəni uğurla yekunlaşdırıb. Layihə FINMA tərəfindən tənzimlənən aparıcı İsveçrə fondu Enabling Qapital və ABŞ-ın Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Əlaqələr Məktəbi (School of International and Public Affairs) arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində həyata keçirilib. Tədqiqat və praktiki yanaşmaları...

TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı

Ölkənin aparıcı maliyyə təşkilatlarından biri olan TuranBank dayanıqlı inkişaf və yaşıl iqtisadiyyatın maliyyələşdirilməsi istiqamətində növbəti məhsulunu təqdim edib. Bank, cari ilin aprel ayında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə imzaladığı strateji əməkdaşlıq müqaviləsinə əsasən, Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin müştərilərə təqdim edilməsinə başlayıb.  Aprel ayında uğurla tamamlanan hüquqi və...

TuranBank və ITFC arasında maliyyələşmə üzrə uğurlu əməkdaşlıq davam edir

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC İslam İnkişaf Bankı (IsDB) Qrupuna daxil olan Beynəlxalq İslami Ticarət Maliyyə Korporasiyası (ITFC) ilə uğurlu tərəfdaşlığını davam etdirir. Beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsinin genişləndirilməsi məqsədilə tərəflər arasında imzalanmış 10 milyon ABŞ dolları məbləğində maliyyələşmə sazişi çərçivəsində TuranBank növbəti mərhələ üzrə 2 milyon ABŞ dolları həcmində...

TuranBank-ın Gəncə filialı artıq yeni ünvanda

Bank sektorunda dayanıqlığı ilə seçilən, müştərilərin inam və rəğbətini qazanan, biznesdə etibarlı tərəfdaş imicini illər ərzində qoruyub saxlayan TuranBank özünün xidmət şəbəkəsinin inkişafı strategiyasına uyğun olaraq Bankın Gəncə filialını yeni ünvana köçürərək müştərilərin istifadəsinə verib. Baş tutan açılış mərasimində Bankın rəhbər şəxsləri iştirak edib.   Bundan sonra filial Gəncə şəhəri, Nizami rayonu,...

TuranBank biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib

Kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində Azərbaycanın aparıcı banklarından biri olan TuranBank ASC Belçikanın nüfuzlu Incofin İnvestisiya Fondu tərəfindən idarə edilən fondlarla yeni kredit müqavilələri imzalayıb. Müqavilələrə əsasən, Bank 3 il müddətinə "Incofin Climate-Smart Microfinance Fund" (CSMF) fondundan 1.25 milyon ABŞ dolları, "Incofin Microfinance Fund" (IMFI) fondundan isə 2 milyon avro ekvivalentində yerli valyutada maliyyə vəsaiti cəlb edib. Bu...

TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib.

Ətraf mühitin mühafizəsi və ekoloji maarifləndirmənin artırılması məqsədilə TuranBank ASC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə növbəti ekoloji aksiyasını həyata keçirib. “TuranBank ilə təmiz sahillər” adlı layihə çərçivəsində baş tutan aksiyada bank əməkdaşları və ekokönüllülər Bilgəh qəsəbəsinin sahilboyu ərazisində geniş təmizlik işləri aparıb, müxtəlif növ tullantıların toplanması işlərində...

TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib

TuranBank ASC-nin İdarə Heyətinin Sədri Orxan Qarayev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun (IsDB) 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan mühüm panel müzakirəsində spiker qismində çıxış edib. Belə ki, Sədr “Kiçik və Orta Sahibkarların Regional Dəyər və Tədarük Zəncirlərinə İnteqrasiyası: Ticarətdə inzibati maneələrin azaldılması, sifarişlərin icrasının təmin edilməsi və subyektlər arasında qarşılıqlı...

TuranBank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə 15 milyon ABŞ dolları həcmində niyyət bəyannaməsi imzalayıb.

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC və İslam İnkişaf Bankı Qrupunun özəl sektor üzrə üzv qurumu olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında Azərbaycanda özəl sektor layihələrinin dəstəklənməsi məqsədilə 15 milyon ABŞ dolları məbləğində vəsaitin cəlb edilməsinə dair niyyət bəyannaməsi imzalanıb. İmzalanma mərasimi İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində...

TuranBank gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib

Fəaliyyətində gender bərabərliyi prinsiplərini və qadınların maliyyə imkanlarının genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyən edən TuranBank ASC beynəlxalq tərəfdaşlarla əməkdaşlığını uğurla davam etdirir. Bank bu istiqamətdə növbəti mühüm addım ataraq Belçikanın nüfuzlu Incofin İnvestisiya Fondu ilə əməkdaşlıq çərçivəsində "Global Gender-Smart Fund S.A., SICAV" (GGSF) fondundan 3 il müddətinə 5 milyon ABŞ dolları...