TuranBank istər ölkə daxilində, istərsə də ölkə xaricində mövcud və yeni kontragentlər sayəsində biznesinizin inkişafı, yeni bazarlara çıxışın əldə olunması məqsədilə üçüncü şəxslər qarşısında öhdəliklərinizin icrasının təminatı üçün milli və xarici valyutalarda qarantiya və akkreditiv məhsullarını təqdim edir.
Müştərilərimiz bu sahədə aşağıdakı xidmətlərimizdən faydalana bilərlər:
- İdxalçı və ixracatçılara beynəlxalq ticarət əməliyyatlarında riskləri minimallaşdırmaq məqsədilə ən optimal ödəmə formasının seçilməsi üzrə konsultasiya xidmətlərinin göstərilməsi;
- Sənədli idxal-ixrac akkreditivlərinin açılması və verilməsi;
- Akkreditvlərin TuranBank və digər Avropa, ABŞ və s. banklar tərəfindən təsdiqi;
- Sənədlərin yoxlanılması və akkreditivlər üzrə ödənişlərin həyata keçirilməsi;
- Akkredetivlərin transfer edilməsi;
- Sənədli kredit əməliyyatları vasitəsilə digər maliyyə sövdələşmələrinin həyata keçirilməsi;
- Bank zəmanətlərinin açılması və verilməsi;
o cümlədən:
1. İştirak zəmanətlərinin verilməsi;
2. İcra zəmanətlərinin verilməsi;
3. Avans zəmanətlərinin verilməsi;
- Zəmanətlərin TuranBank və digər Avropa, ABŞ və s. banklar tərəfindən təsdiqi.