• EN

Google Pay™ indi TuranBank VİSA kartları üçün də aktivdir! 

 

Artıq pulqabıya ehtiyac qalmadı! İndi TuranBank müştəriləri Google Pay xidmətindən rahatlıqla istifadə edə bilərlər. Həm də təmassız, sürətli və təhlükəsiz!

 

Google Pay – Google şirkəti tərəfindən yaradılmış, Android əməliyyat sistemi ilə çalışan smartfonlarda tətbiq olunan elektron ödəniş sistemidir və hazırda TuranBank-ın VİSA kart müştəriləri üçün aktivdir. 

 

Google Pay-ə qoşulmaq üçün:

✓ TuranBank mobil tətbiqində Google Pay-ə (Google Pulqabı və ya Google Wallet) əlavə edəcəyiniz kartı seçin;

✓ Daha sonra “Google Pay-ə əlavə et” (Add to Gpay) xanasını seçin;

✓ İstifadə şərtləri ilə tanış olduğunuzu və qəbul etdiyinizi təsdiq edin.  

“Google Pulqabı”na (Google Wallet-ə) kart əlavə etmək üçün:

✓ “Google Pulqabı” tətbiqində “Kart əlavə et” düyməsini seçin;

✓ Əlavə etmək istədiyiniz kartı seçərək "+" düyməsi ilə açılan yeni səhifədə kart məlumatlarını daxil edib yaddaşda saxlayın;

✓ Xidmətdən istifadə şərtlərini qəbul edin;

✓ SMS və ya zəng ilə məlumatı təsdiqləyib, prosesi yekunlaşdırın. Və Google Pay-lə ödəniş etməyə hazırsınız!  

Təmassız ödəniş və ya G-pay nişanı olan bütün iaşə obyektlərində, vebsaytlarda və tətbiqlərdə TuranBank-ın VİSA kartları ilə ödəniş edə bilərsiniz.

 

Google Pay ilə ödəniş etmək üçün:

Smartfonunuzun kilidini açın və tənzimləmələrdə NFC-i aktivləşdirin;

✓ Smartfonun arxa hissəsini POS-terminala yaxınlaşdırın;

✓ Ödəniş tamamlananadək gözləyin;

✓ “Google Pulqabı”nı açın, Smart (ağıllı) saatı terminala yaxınlaşdırıb səs siqnalını eşidənədək gözləyin (Smart saatlarda kontaktsız əməliyyatlar üçün quraşdırılmış NFC olması şərti ilə Google Pay dəstəyi mövcuddur)

Onlayn ödəniş - bu funksiyanı dəstəkləyən tətbiqlərdə və vebsaytlarda ödəniş etmək üçün sifariş zamanı Google Pay seçin.

✓ İnternet bağlantısı olmadan belə Google Pay xidmətindən istifadə etmək mümkündür.

 

Google Pay bütün məlumatlarınızı şifrələyir və üçüncü tərəfə ötürmür:

✓ “Google Pulqabı”na istədiyiniz qədər kart əlavə edə bilərsiniz;

✓  Kart məlumatlarınız maksimum qorunur;

✓  Xidmət tamamilə ödənişsizdir;

✓  Gpay və təmassız nişanlı hər yerdə keçərlidir.

 

Rahat, təhlükəsiz və sürətli bankçılıq

TuranBank 2025-ci ilin III rübünün nəticələrini elan edib

Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC 2025-ci ilin III rübünün yekunlarına əsasən maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb. 2025-ci ilin III rübünün yekunlarına görə TuranBank-ın cəmi aktivləri 5 % artaraq 893 mln. manata çatıb. Hesabat dövründə Bank qarşıya qoyulan strateji hədəfinə uyğun olaraq mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini daha da artırıb. Belə ki, Bankın kredit...

TuranBank ASC müştərilərinə “Açıq bankçılıq” funksionallığını təqdim edib.

Rəqəmsal bankçılıq xidmətlərinin genişləndirilməsi və müştəri məmnuniyyətinin artırılması istiqamətində fəaliyyətini davam etdirən TuranBank ASC “Açıq bankçılıq” funksionallığını mobil tətbiq vasitəsilə müştərilərinə təqdim edib.  Belə ki, yeni funksionallıq müştərilərə onların öz razılıqları əsasında digər banklarda olan hesabları və bu hesablar üzrə aparılan ödəniş əməliyyatları haqqında məlumatları TuranBank...

TuranBank ilə ECO Ticarət və İnkişaf Bankı arasında kredit sazişi imzalanıb

Azərbaycanda Mikro, kiçik və orta sahibkarlığın (MKOS) maliyyələşdirilməsi sahəsində lider banklardan biri olan TuranBank, beynəlxalq maliyyə institutları ilə əməkdaşlığını davam etdirərək nüfuzlu ECO Ticarət və İnkişaf Bankı ilə MKOS maliyyələşdirilməsini genişləndirmək məqsədilə 5 illik müddətə 5 milyon Avro həcmində kredit sazişi imzalayıb. Cəlb edilən vəsait ölkədə kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldilməklə sahibkarların maliyyə...

TuranBank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə 15 milyon ABŞ dolları həcmində saziş imzalayıb

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ilə İslam İnkişaf Bankı Qrupunun özəl sektor üzrə üzv qurumu olan İslam Əməkdaşlıq Təşkilatının Özəl Sektorun İnkişafı üzrə Korporasiyası (ICD) arasında 5 il müddətinə 15 milyon ABŞ dolları məbləğində maliyyələşdirmə istiqamətində saziş imzalanıb. Sözügedən maliyyələşdirmə xətti ölkədə kiçik və orta sahibkarlığın (KOS) inkişafına dəstək göstərmək, özəl...

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank, Asiya İnkişaf Bankı (ADB) tərəfindən təşkil olunan və beynəlxalq maliyyə sektorunda yüksək nüfuza malik olan “11-ci Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı üzrə Mükafatlar – 2025” (11th Trade and Supply Chain Finance Program Awards 2025) çərçivəsində “Ən Yaxşı KOS Maliyyələşməsi Layihəsi” (Best SME Deal of the Year) nominasiyasının qalibi elan...

TuranBank Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalının rəsmi tərəfdaşı oldu

Ölkəmizdə rəqəmsallaşma proseslərinə fəal dəstək verən TuranBank 31 avqust – 5 sentyabr 2025-ci il tarixlərində Azərbaycanda keçiriləcək 49-cu Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalının Azərbaycan Banklar Assosiasiyası çərçivəsində rəsmi tərəfdaşıdır. Qeyd edək ki, dünyanın ən nüfuzlu proqramlaşdırma yarışı hesab olunan müsabiqə “ICPC Foundation”ın təşkilatçılığı və ADA Universitetinin ev...

TuranBank beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib

Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində aparıcı banklardan biri olan, beynəlxalq maliyyə qurumları ilə uğurlu əməkdaşlıqlarını davam etdirən TuranBank İsveçrənin aparıcı investisiya meneceri “BlueOrchard Finance” tərəfindən idarə olunan nüfuzlu “Covid-19 Emerging and Frontier Markets MSME Support Fund SCSp SICAV-RAIF” Fondu ilə yeni kredit sazişi imzalayıb. Sazişə əsasən, “Covid-19 Emerging and Frontier Markets MSME Support Fund...

TuranBank zəmanət tranzaksiyasını Asiya İnkişaf Bankı ilə reallaşdırmağa başlayıb

Beynəlxalq maliyyə bazarlarında yüksək nüfuza malik, Azərbaycanın maliyyə sektoru üzrə lider banklardan biri olan TuranBank beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Belə ki, Bank bu uğurlu əməkdaşlıqların davamı olaraq Asiya İnkişaf Bankının Ticarət və Təchizat Zəncirinin Maliyyə Proqramından (TSCFP) yararlanmağa başlayıb. Sözügedən zəmanət mexanizmi idxal-ixrac əməliyyatlarının, eyni zamanda Azərbaycanda biznes mühitinin,...

TuranBank 2025-ci ilin I yarısının nəticələrini elan edib

Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC 2025-ci ilin II rübünün yekunlarına əsasən maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb. 2025-ci ilin II rübünün yekunlarına görə TuranBank-ın cəmi aktivləri 11, 5% artaraq 948 mln. manata çatıb. Belə ki, Bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 6.7% və ya 44 mln. manat artaraq 696 mln. manat, o cümlədən biznes müştərilərinə verilmiş kreditləri 370...