TuranBank mobil tətbiqində yeni “AniPay köçürmə” imkanı yaradılıb
Müştəri məmnuniyyətinin artırılması və xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə TuranBank mobil tətbiqində yeni “AniPay köçürmə” layihəsi tətbiq olunmuşdur. Bu yenilik sayəsində müştərilər qarşı tərəfin mobil nömrəsi (mobil alias) və ya FİN kodu (FİN alias) vasitəsilə pul köçürə, eləcə də TuranBank kartlarına bu aliasları bağlayaraq köçürmələri rahat şəkildə qəbul edə bilərlər. Xidmətdən yararlanmaq üçün ilkin olaraq məlumatların AniPay alias sisteminə bağlı olduğu yoxlanılmalıdır.
Alias nədir?
Alias – uzun hesab nömrələrini (İBAN) əvəz edən və yadda qalan bir identifikatordur (mobil nömrə, FİN və ya e-poçt). Aliası bank hesabınıza bağlamaqla, uzun rekvizitlər yerinə sadəcə bu məlumatları təqdim edərək ödəniş qəbul edə bilərsiniz
Mobil nömrə ilə köçürmə:
“Kart əməliyyatları” bölməsindən “AniPay köçürmə” hissəsinə keçid edərək qarşı tərəfin mobil nömrəsini daxil edə və ya telefon kitabçasından seçə bilərsiniz. Ödəniş səhifəsində həmin kontakt aliasının kimə məxsus olduğu ani ödənişlər sistemi tərəfindən təyin edilir. Daha sonra vəsaitin silinəcəyi kartı və köçürüləcək məbləği qeyd edərək əməliyyatı təsdiqləyirsiniz. Vəsait anında qarşı tərəfin aliasa bağlı olan hesabına və ya kartına köçürülür.
FİN kod ilə köçürmə:
Kart əməliyyatları bölməsindən “AniPay köçürmə” hissəsinə qarşı tərəfin FİN kodu daxil edilir. FİN koda bağlı olan aliansın kimə məxsus olduğu təyin edilir. Daha sonra məbləğ silinəcək kart təyin edilir və köçürüləcək məbləğ qeyd edilir. Köçürülmə təsdiq edilərək qarşı tərəfin aliasa bağlı olan hesab və ya kartına köçürmə edilir.
Qeyd:
Həm FİN həmdə Mobil nömrə aliası üzrə yalnız qarşı tərəfin digər bank kartlarına və hesablarına köçürmə etməsi mümkündür. “AniPay” sistemi üzrə tətbiq edilən gündəlik köçürmə limiti isə 20 000 AZN təşkil edir.
Rahat, təhlükəsiz və sürətli bankçılıq
Ölkənin aparıcı banklarından biri olan TuranBank maliyyə sektorunda gender bərabərliyinin təşviqinə hədəflənmiş strateji layihəni uğurla yekunlaşdırıb. Layihə FINMA tərəfindən tənzimlənən aparıcı İsveçrə fondu Enabling Qapital və ABŞ-ın Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Əlaqələr Məktəbi (School of International and Public Affairs) arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində həyata keçirilib. Tədqiqat və praktiki yanaşmaları...
Ölkənin aparıcı maliyyə təşkilatlarından biri olan TuranBank dayanıqlı inkişaf və yaşıl iqtisadiyyatın maliyyələşdirilməsi istiqamətində növbəti məhsulunu təqdim edib. Bank, cari ilin aprel ayında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə imzaladığı strateji əməkdaşlıq müqaviləsinə əsasən, Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin müştərilərə təqdim edilməsinə başlayıb. Aprel ayında uğurla tamamlanan hüquqi və...
Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC İslam İnkişaf Bankı (IsDB) Qrupuna daxil olan Beynəlxalq İslami Ticarət Maliyyə Korporasiyası (ITFC) ilə uğurlu tərəfdaşlığını davam etdirir. Beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsinin genişləndirilməsi məqsədilə tərəflər arasında imzalanmış 10 milyon ABŞ dolları məbləğində maliyyələşmə sazişi çərçivəsində TuranBank növbəti mərhələ üzrə 2 milyon ABŞ dolları həcmində...
Bank sektorunda dayanıqlığı ilə seçilən, müştərilərin inam və rəğbətini qazanan, biznesdə etibarlı tərəfdaş imicini illər ərzində qoruyub saxlayan TuranBank özünün xidmət şəbəkəsinin inkişafı strategiyasına uyğun olaraq Bankın Gəncə filialını yeni ünvana köçürərək müştərilərin istifadəsinə verib. Baş tutan açılış mərasimində Bankın rəhbər şəxsləri iştirak edib. Bundan sonra filial Gəncə şəhəri, Nizami rayonu,...
Kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində Azərbaycanın aparıcı banklarından biri olan TuranBank ASC Belçikanın nüfuzlu Incofin İnvestisiya Fondu tərəfindən idarə edilən fondlarla yeni kredit müqavilələri imzalayıb. Müqavilələrə əsasən, Bank 3 il müddətinə "Incofin Climate-Smart Microfinance Fund" (CSMF) fondundan 1.25 milyon ABŞ dolları, "Incofin Microfinance Fund" (IMFI) fondundan isə 2 milyon avro ekvivalentində yerli valyutada maliyyə vəsaiti cəlb edib. Bu...
Ətraf mühitin mühafizəsi və ekoloji maarifləndirmənin artırılması məqsədilə TuranBank ASC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə növbəti ekoloji aksiyasını həyata keçirib. “TuranBank ilə təmiz sahillər” adlı layihə çərçivəsində baş tutan aksiyada bank əməkdaşları və ekokönüllülər Bilgəh qəsəbəsinin sahilboyu ərazisində geniş təmizlik işləri aparıb, müxtəlif növ tullantıların toplanması işlərində...
TuranBank ASC-nin İdarə Heyətinin Sədri Orxan Qarayev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun (IsDB) 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan mühüm panel müzakirəsində spiker qismində çıxış edib. Belə ki, Sədr “Kiçik və Orta Sahibkarların Regional Dəyər və Tədarük Zəncirlərinə İnteqrasiyası: Ticarətdə inzibati maneələrin azaldılması, sifarişlərin icrasının təmin edilməsi və subyektlər arasında qarşılıqlı...
Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC və İslam İnkişaf Bankı Qrupunun özəl sektor üzrə üzv qurumu olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında Azərbaycanda özəl sektor layihələrinin dəstəklənməsi məqsədilə 15 milyon ABŞ dolları məbləğində vəsaitin cəlb edilməsinə dair niyyət bəyannaməsi imzalanıb. İmzalanma mərasimi İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində...
Fəaliyyətində gender bərabərliyi prinsiplərini və qadınların maliyyə imkanlarının genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyən edən TuranBank ASC beynəlxalq tərəfdaşlarla əməkdaşlığını uğurla davam etdirir. Bank bu istiqamətdə növbəti mühüm addım ataraq Belçikanın nüfuzlu Incofin İnvestisiya Fondu ilə əməkdaşlıq çərçivəsində "Global Gender-Smart Fund S.A., SICAV" (GGSF) fondundan 3 il müddətinə 5 milyon ABŞ dolları...