Bank Xəbərləri

TuranBank uşaqları sevindirmişdir

TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində növbəti xeyriyyə aksiyasına imza atmışdır. Bankın kollektivi Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Qaradağ rayon, Lökbatan qəsəbəsində yerləşən uşaq Kardiorevmatoloji Sanatoriyasının balaca sakinləri üçün kloun, sehrbaz və animatorun iştirakı ilə musiqili-əyləncəli tədbir keçirməklə onlara əsl bayram əhval ruhiyyəsi yaşatmışdır.

50-ə yaxın uşağın qatıldığı tədbirdə onlar Bank əməkdaşları ilə birgə şən musiqi sədaları altında rəqs edərək biri birindən maraqlı əyləncəli oyun və müsabiqələrdə iştirak etmişlər. Bundan əlavə, uşaqlara hədiyyələr, şarlar hədiyyə edilmiş, onlar üçün gözəl çay və şirniyyat süfrəsi təşkil olunmuşdur. Bankın əməkdaşları uşaqlara qayğı və nəvaziş göstərmiş, onların vaxtlarının şən keçməsinə çalışmışlar.

Əyləncəli bayram proqramı uşaqlar tərəfindən böyük sevinc və maraqla qarşılanmışdır.

Bank "Korporativ Sosial Məsuliyyət" proqramı çərçivəsində müntəzəm olaraq kimsəsiz uşaqlara, yaşlılara yardım edir, mədəniyyət və təhsil sahəsinin dəstəklənməsi istiqamətində layihələr həyata keçirir.  

Bank, həmçinin KSM siyasətinin müddəalarını əsas götürərək, kreditləşmə fəaliyyətində yüksək ekoloji və sosial əhəmiyyətli layihələrə üstünlük verir, eyni zamanda, ətraf mühitə neqativ təsir edəcək layihələrin maliyyələşdirilməsindən imtina etməklə ekoloji risklərin minimuma endirilməsinə çalışır.

Bankın kollektivi öz növbəsində, kağız, enerji və sudan qənaətlə istifadə olunmasına xüsusi diqqət yetirir, “Təmiz şəhər” layihəsi çərçivəsində kağız tullantılarının təhvil verilməsi, paytaxt və regionlarda ağac əkilməsi aksiyalarında aktiv iştirak edir. 

→ Arxiv

İş vaxtı:
B.e. - C. (9:00 - 18:00)
Geri
close

Valyuta çeviricisi


Məbləği daxil edin
Valyutanı seçin
Çevriləcək valyuta