Bank Xəbərləri

TuranBank 25 yaşını qeyd edir

Müstəqil Azərbaycanın ilk özəl banklarından olan TuranBank bu il 25 yaşını qeyd edir. Ölkə bankları üçün əlamətdar tarix sayılan 25 il ərzində Bank bir çox uğur və nailiyyətlərə imza atmışdır. 

12 iyun 1992-ci ildə təsis edilən TuranBank korporativ bank kimi fəaliyyətə başlamış və getdikcə öz fəaliyyət dairəsini genişləndirərək əhali, mikro, kiçik və orta sahibkarlığa xidmət göstərən universal banka çevrilmək istiqamətində mühüm addımlar atmışdır. Bank ötən illər ərzində inkişaf strategiyasına uyğun olaraq, öz institusional bazasını beynəlxalq təcrübəyə müvafiq təkmilləşdirmiş, satış şəbəkəsinin sayını və səmərəliliyini artırmış, kapitalının həcminin və aktivlərinin keyfiyyətinin yüksəldilməsinə, xarici investorun kapitala cəlbinə nail olmuşdur.

Fəaliyyəti ərzində əsas iş prinsipləri hər bir müştəriyə fərdi yanaşma, loyal münasibət, rahat və keyfiyyətli xidmət, çevik və rəqabətqabiliyyətli şərtlər olan Bank Azərbaycanın aparıcı maliyyə qurumlarından birinə çevrilmişdir. 

Hazırda səhmdarlarının tərkibində xarici investor olan TuranBank sayı 45 minə çatan iri müştəri bazasına, 28 ATM-ə malik, ölkənin paytaxtı və əsas regional mərkəzlərində yerləşən 16 satış nöqtəsində çalışan peşəkar kollektivi ilə əhali və təsərrüfat subyektlərini yüksək keyfiyyətli bank xidmətləri ilə təmin edən Bankdır. 

Hər zaman olduğu kimi bu gün də TuranBank hazırda bir sıra çətinliklərlə üzləşmiş biznesin və sahibkarlığın inkişafına yönəlmiş layihələri ilə dövlətimizin bu sahədə atdığı addımları dəstəkləyir və qeyri-neft sektorunun inkişafına yönələn layihələrə önəm verir. 

25 illiyinə özəl olaraq Bank müştərilərini sevindirəcək möhtəşəm “Yubiley Fürsəti” adlı əmanət kampaniyasına başlamışdır. Kampaniya müddətində Bankımızda həm manat, həm də ABŞ dollarında əmanət yerləşdirən müştərilər Toyota Camry avtomobili ilə yanaşı, Türkiyə və Yunanıstana 2 nəfərllik səyahət paketi, televizor, noutbuk, planşet, mobil telefon, fotokamera kimi çox sayda uduşlara sahib olmaq imkanı qazanacaqlar. 

TuranBankın kollektivi ötən illərdə əldə etdiyi nailiyyətlərdən ilhamlanaraq qarşıdan gələn dövrdə də uğurlarını davam etdirmək, müştəriləri operativ və keyfiyyətli bank xidmətləri ilə təmin etmək, sahibkarlığın maliyyə vəsaitlərinə tələbatını ödəməklə Azərbaycan iqtisadiyyatına daha böyük töhfələr vermək əzmindədir.

→ Arxiv

İş vaxtı:
B.e. - C. (9:00 - 18:00)
Geri
close

Valyuta çeviricisi


Məbləği daxil edin
Valyutanı seçin
Çevriləcək valyuta