• AZ


2018

  • Bank sayca ikinci olan möhtəşəm “Hədiyyə mövsümü” adlı əmanət kampaniyası keçirmişdir;
  • Bank və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti fermer və kənd təsərrüfatı məhsulları istehsal edən sahibkarlara güzəştli kreditlərin verilməsini nəzərdə tutan niyyət protokolu imzalamışdır;
  • Bank Gürcüstanın “Bank of Georgia” bankında müxbir hesabı açmaqla özünün müxbir əlaqələr şəbəkəsini genişləndirmişdir;
  • Bank öz əmanət məhsullarının çeşidini genişləndirərək müştərilərə yeni Fürsət əmanəti məhsulunu təklif etməyə başlamışdır;
  • Bank və Beynəlxalq Maliyyə Korporasiyasının imzaladığı “Project Services Agreement” adlı müqavilə çərçivəsində “Maliyyə savadlılığı” layihəsi uğurla davam etdirilmişdir;
  • Bank Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən (AMFA) şəffaf fəaliyyətinə görə sertifikat ilə mükafatlandırılmışdır;
  • 2018-ci maliyyə ilinin kənar audit hesabatının hazırlanması üzrə Baker Tilly Azerbaijan şirkəti ilə saziş imzalanmışdır;
  • Bank hal-hazırda müştəri xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə whatsapp proqramı xidmətindən istifadəyə başlamışdır;
  • Bank Dünya Azərbaycanlılarının Həmrəylik və Yeni il münasibətilə Hədiyyəli Əmanət kampaniyası həyata keçirmişdir;
  • Bank müxtəlif peşə bayramları ilə əlaqədar güzəştli kredit kampaniyaları keçirmişdir;
  • Bankın “Yasamal” filialı həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərməyə başlamışdır;
  • Bank Sosial şəbəkə istifadəçiləri arasında “Hədiyyə xonçası” adı altında müsabiqə keçirmişdir;
  • Bank Sosial şəbəkə istifadəçiləri arasında “Hədiyyə selfisi” adı altında müsabiqə keçirmişdir;
  • Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində aşağıdakı tədbirlər həyata keçirilmişdir:
  • Novruz bayramı, "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü", eləcə də Ramazan və Qurban bayramı münasibətilə uşaq evinə ziyarət və uşaqlar üçün teatr tamaşasının nümayişinin təşkili, eyni zamanda, uşaqlara hədiyyə paylanması və ərzaq yardımının edilməsi;
  • Xanımların əl işlərindən ibarət sayca 13-cü olan “Göz nuru, Əl əməyi” adlı sərgiyə sponsorluq edilməsi;
  • Ümummilli Lider Heydər Əliyevin 95 illik Yubileyi münasibətilə Qazax şəhərində keçirilmiş Yeniyetmələr Arası Açıq Güləş Turnirinə sponsorluq;
  • Bankın komandası Fibonacci və “Nə? Harada? Nə zaman?” intellektual yarışmalarının qalibi olmuşdur;
  • Bankla tərəfdaşlıq çərçivəsində AmCham Azərbaycanın üzvləri və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri arasında görüş keçirilmişdir;
  • Bankın əməkdaşları arasında şahmat turnirinin təşkil edilmişdir;
  • Azərbaycan Talassemiya Federasiyasının təşkilatçılığı ilə Bank əməkdaşlarının ənənəvi qanvermə aksiyasının təşkili;

 

2017

  • Bank fəaliyyətinin 25 illiyini qeyd etmiş və bu tarixə həsr olunmuş möhtəşəm “Yubiley Fürsəti” adlı əmanət kampaniyası keçirmişdir;
  • Bank Rusiyanın TransKapital Bankında müxbir hesabı açmaqla özünün müxbir əlaqələr şəbəkəsini genişləndirmişdir;
  • Bank “Sparkassenstiftung für Internationale Kooperation” fondu ilə əməkdaşlığa başlamış və “Məsuliyyətli kreditləşmə” layihəsi çərçivəsində Bankın menecmenti və mütəxəssisləri üçün Risklərin idarəedilməsi mövzusunda seminar keçirmişdir;
  • Bank və Beynəlxalq Maliyyə Korporasiyasının imzaladığı “Project Services Agreement” adlı müqavilə çərçivəsində “Maliyyə savadlılığı” layihəsinin icrasına başlanılmışdır;
  • Bank “Korporativ sosial məsuliyyət” və “Ən fəal maliyyə savablığı dəstəkçisi” nominasiyaları üzrə Azərbaycan Banklar Assosiasiyasının mükafatlarına layiq görülmüşdür;
  • 2017-ci maliyyə ilinin kənar audit hesabatının hazırlanması üzrə Baker Tilly Azerbaijan şirkəti ilə saziş imzalanmışdır;
  • Bank “Bu şəhərdə”nin konsertlərinə baş sponsorluq etmişdir;
  • Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində aşağıdakı tədbirlər həyata keçirilmişdir:
  • Novruz bayramı, "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü", eləcə də Ramazan və Qurban bayramı münasibətilə uşaq evinə ziyarət və uşaqlar üçün teatr tamaşasının nümayişinin təşkili, eyni zamanda, uşaqlara hədiyyə paylanması və ərzaq yardımının edilməsi;
  • Azərbaycan Diplomatik Akademiyası və  Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən təşkil olunan əmək yarmarkalarında iştirak;
  • Mərkəzi Bankın "Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol" layihəsinə çərçivəsində BDU, ADİU, ADNSU, ADU, ATU-da təhsil alan tələbələr üçün seminarın keçirilməsi;
  • Regional idman mərkəzlərindən sayılan Göyəzən Futbol Klubuna, Göyəzən Güləş Məktəbinə və Ümummilli Lider Heydər Əliyevin 93 illik Yubileyi münasibətilə Qazax şəhərində keçirilmiş yeniyetmələrarası açıq güləş turnirinə sponsorluq;
  • Bankın əməkdaşları arasında şahmat turnirinin təşkili;
  • Azərbaycan Talassemiya Federasiyasının təşkilatçılığı ilə Bank əməkdaşlarının ənənəvi qanvermə aksiyasının təşkili;

 

2016

  • Bank Mərkəzi Bank tərəfindən 2015-ci ilin yekunlarına görə “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyası üzrə qalib seçilmişdir;
  • Facebook istifadəçiləri arasında "TuranBank - 24 il" adı altında müsabiqə keçirilmişdir;
  • Bank 24 illik fəaliyyətini qeyd etmişdir;
  • Bank müştərilərə Tax Free xidmətini təklif etməyə başlamışdır;
  • Bank lisenziyalaşdırılmış "Microsoft Windows 10" əməliyyat sistemi və "Microsoft Office 2016" proqram təminatını tətbiq etmişdir;
  • Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının təsis etdiyi “İlin üzv təşkilatı - 2016” nominasiyasının qalibi olmuşdur;
  • Bank Global Climate Partnership Fondu ilə imzalanmış Enerji Səmərəliliyi layihələrinin maliyyələşdirilməsi məqsədilə 8 illik 10 milyon ABŞ dolları həcmində kredit sazişi üzrə nəzərdə tutulmuş texniki dəstək işlərini yekunlaşdırmışdır;
  • Bank nizamnamə kapitalını artıraraq 55 milyon manata çatdırmışdır;
  • Bank Polşanın SP Fondunun və AMFA-nın əməkdaşlarının iştirakı ilə özünün SPI4 (sosial fəaliyyət indeksi) qiymətləndirilməsini aparmaq üçün Sosial Audit keçirmişdir;
  • Bank əməkdaşları Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşkil olunmuş banklararası "Breyn rinq" intellektual yarışmasına qatılmış, uğurlu nəticə göstərərək 16 bank arasında 4-cü yeri tutumuşlar.
  • 2016-cı maliyyə ilinin kənar audit hesabatının hazırlanması üzrə KPMG şirkəti ilə saziş imzalanmışdır;
  • Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində aşağıdakı tədbirlər həyata keçirilmişdir:
  • Novruz bayramı münasibətilə uşaq evinə ziyarət və uşaqlar üçün teatr tamaşasının nümayişinin təşkili;
  • Azərbaycan Diplomatik Akademiyası tərəfindən məzunlar üçün keçirilən "Karyera sərgisi" adlı əmək yarmarkasında iştirak;
  • Regional idman mərkəzlərindən sayılan Göyəzən Futbol Klubuna, Göyəzən Güləş Məktəbinə və Ümummilli Lider Heydər Əliyevin 93 illik Yubileyi münasibətilə Qazax şəhərində keçirilmiş yeniyetmələrarası açıq güləş turnirinə sponsorluq;
  • "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə uşaq evinə ziyarət və uşaqlar üçün teatr tamaşasının nümayişinin təşkili;
  • Ramazan və Qurban bayramları münasibətilə uşaq evinə ərzaq yardımının göstərilməsi;
  • "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" ilə əlaqədar Bank əməkdaşlarının qanvermə aksiyasının təşkili;

 

2015

  • Beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsi istiqamətində Commerzbank ilə baş kredit sazişi imzalanmışdır;
  • Beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdiriməsi məqsədilə ECO Ticarət və İnkişaf Bankından 2 milyon ABŞ dolları həcmində vəsait cəlb edilmişdir;
  • Kiçik və Orta Sahibkarlığın maliyyələşdirilməsi portfelinin genişləndirilməsi məqsədilə responsAbility Investment AG-dən 2 milyon ABŞ dolları həcmində vəsait cəlb edilmişdir;
  • Mikro, Kiçik və Orta Sahibkarlığın (MKOS) maliyyələşdirilməsini genişləndimək məqsədilə Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə 22 dekabr 2014-cü ildə imzalanmış 5 illik və ümumi həcmi 7 milyon ABŞ dolları olan kredit sazişi çərçivəsində nəzərdə tutulan məbləğin 2 tranşla cəlbi yekunlaşdırılmışdır;
  • Global Climate Partnership Fondu ilə Enerji Səmərəliliyi layihələrinin maliyyələşdirilməsi məqsədilə 8 illik 10 milyon ABŞ dolları həcmində kredit sazişi imzalanmışdır;
  • Mikromaliyyə portfelinin genişləndirilməsi məqsədilə GLS Alternative Investments Mikrofinanzfonds-dan 2,2 milyon ABŞ dolları həcmində vəsait cəlb edilmişdir;
  • Bank nizamnamə kapitalını artıraraq 50 002 466 manata çatdırmışdır;
  • Kart müştərilərinə İnternetdə təhlükəsiz kart əməliyyatları aparmaq üçün 3D Secure xidməti təklif edilməyə başlanılmışdır;
  • "Elektron Hökumət" portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə əməkdaşlıq çərçivəsində vətəndaşlara "Elektron arayış"dan istifadə     etməklə vaxt itirmədən krediti operativ şəkildə rəsmiləşdirmək imkanı yaradılmışdır;
  • Modenis MMC-i ilə birgə layihə çərçivəsində müştərilərə nağd və kart kreditləri üzrə ödənişlərini eManat ödəniş terminalları vasitəsilə həyata keçirtmək və depozit hesablarındakı vəsaitləri artırmaq imkanı yaradılmışdır;
  • Bankın Ağcabədi filialı fəaliyyətə başlamışdır;
  • Müasir standartlara cavab verən Binəqədi filialı yenidən istifadəyə verilmişdir;
  • Bank 23 illik fəaliyyətini qeyd etmişdir;
  • Facebook istifadəçiləri arasında "TuranBank - 23 il" adı altında müsabiqə keçirilmişdir;
  • 2015-ci maliyyə ilinin kənar audit hesabatının hazırlanması üzrə Deloitte & Touche şirkəti ilə saziş imzalanmışdır;
  • Bank Böyük Britaniyanın nüfuzlu “The Business Year” jurnalının təsis etdiyi "İlin yenilikçi bankı” nominasiyasının qalibi seçilmişdir;
  • Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının təsis etdiyi “Kənd təsərrüfatı və regionların inkişafı sahəsində qabaqcıl təcrübəyə malik təşkilat” nominasiyasının qalibi olmuşdur;
  • Bank Korporativ Sosial Məsuliyyət sahəsindəki fəaliyyətinə görə "AMCHAM CSR 2015 Excellence Award" müsabiqəsinin mükafatına layiq görülmüşdür;

 

√    Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində aşağıdakı tədbirlər həyata keçirilmişdir:

  • Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və İnkişaf Mərkəzinin həyata keçirdiyi "Maliyyə Savadlılığı" layihəsinə sponsorluq və aktiv iştirak;
  • Novruz bayramı münasibətilə uşaq evinə ziyarət və uşaqlar üçün kukla teatrıtamaşasının nümayişinin təşkili;
  • 8 May – Beynəlxalq Talassemiya Günü ilə əlaqədar Bank əməkdaşlarının qanvermə aksiyasının təşkili;
  • Bank əməkdaşlarının Bakı şəhərinin Badamdar qəsəbəsinin ərazisində kütləvi ağacəkmə aksiyasında iştirakı;
  • Xəzər Universitetində məzunlar üçün keçirilən əmək yarmarkasında iştirak;
  • "28 Mall" Ticarət Mərkəzində təşkil olunmuş əmək yarmarkasında iştirak;
  • Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən Məzun-2015 əmək yarmarkasında iştirak;
  • Regional idman mərkəzlərindən sayılan Göyəzən Futbol Klubu və Göyəzən Güləş Məktəbinə və Qazax şəhərində keçirilən və Ümummilli Lider Heydər Əliyevin 92 illik Yubileyinə həsr olunmuş yeniyetmələrarası açıq güləş turnirinə sponsorluq;
  • "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə uşaq evinə ziyarət və uşaqların Bakı heyvanat parkına səfərinin təşkili;
  • Ramazan və Qurban bayramları münasibətilə uşaq evinə ərzaq yardımının göstərilməsi;
  • Bank əməkdaşlarının övladları arasında "Azərbaycan mənim vətənim" adlı yaradıcılıq müsabiqəsinin keçirilməsi;
  • Bank əməkdaşlarının Dövlət Bayrağı Günü münasibətilə Bayraq muzeyinə ziyarətinin təşkili;

 

 

2014 

  • Bank ICD-dən (Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası) KOS maliyyələşdirilməsi istiqamətində 5 il müddətinə 5 mln. ABŞ dolları məbləğində vəsait cəlb etmişdir;
  • Bank mikromaliyyə portfelinin genişləndirilməsi üçün Bank im Bistum Essen eG-dən 3,5 mln. ABŞ dolları məbləğində vəsait cəlb etmişdir;
  • Bank WBC/OPIC təşkilatından KOS maliyyələşdirilməsi istiqamətində 7 il müddətinə 7 mln. ABŞ dolları məbləğində vəsait cəlb etmişdir;
  • Bank ticarətin maliyyələşdirilməsi məqsədilə Qara Dəniz Ticarət və İnkişaf Bankından əlavə 10 mln. ABŞ dolları məbləğində vəsait cəlb etmişdir;
  • Bank 22 illik fəaliyyətini qeyd etmişdir;
  • Bank mikromaliyyə portfelinin genişləndirilməsi məqsədilə IIV Mikrofinanzfonds-dan 5 mln. ABŞ dolları məbləğində vəsait cəlb etmişdir;
  • Bank mikromaliyyə portfelinin genişləndirilməsi məqsədilə Microfinance Enhancement Facility-dən onun investisiya meneceri Cyrano Management vasitəsilə 5 mln. ABŞ dolları məbləğində vəsait cəlb etmişdir;
  • Bankın yeni Cəlilabad filialı fəaliyyətə başlamışdır;
  • Bank kreditlərin hesab.az portal üzrə sifarişi sistemini qəbul etmişdir;
  • Bankın əməkdaşları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olmuşlar;
  • Bank müştərilərə Novruz bayramı ərəfəsində “Baden-Badenə səyahət” kampaniyasını təqdim etmişdir;
  • Bank Facebook səhifəsinin izləyiciləri arasında "Novruz adət-ənənələri" adı altında fotoşəkil müsabiqəsi keçirmişdir;
  • Bank istehlak kreditləri üzrə müştərilərə yeni “Gözünüz aydın” aksiyasını təqdim etmişdir;
  • Bank müştərilərə rəqabətqabiliyyətli yeni mikrokredit və qrup kreditləri məhsullarını təqdim etmişdir;
  • Bank yeni üslubda hazırlanmış korporativ veb səhifəsini təqdim etmişdir;
  • Bank əməkdaşlarının əmək müqavilələrinin “Elektron hökumət” portalı üzərindən qeydiyyata alınmasını təmin etmişdir;
  • Bank Facebook istifadəçiləri arasında Selfie fotoşəkil müsabiqəsi keçirmişdir;
  • Bank müştərilərə yeni “Pulunuz yerində saymasın” əmanət kampaniyasını təqdim etmişdir;
  • Bank IFC ilə Ticarətin maliyyələşdirilməsi istiqamətində texniki dəstək layihəsini tamamlamışdır;
  • Bank ECO Ticarət və İnkişaf Bankından KOS maliyyələşdirilməsi istiqamətində 3 mln. ABŞ dolları məbləğində vəsait cəlb  etmişdir;
  • Bank Mikro, Kiçik və Orta Sahibkarlığın maliyyələşdirilməsi portfelinin genişləndirilməsi məqsədilə IFC ilə 5 illik 7 mln. ABŞ dolları məbləğində kredit sazişi imzalamışdır;
  • Bank AYİB-dən enerji səmərəliliyi, ticarətin maliyyələşdirilməsi və kənd təsərrüfatı sahələrinin kreditləşdirilməsi istiqamətində vəsait cəlb olunması və məsləhət xidmətlərinin alınması üzrə ilkin razılıq əldə etmişdir;
  • Bank EFSE fondundan Finance in Motion-nun vasitəçiliyi ilə kənd təsərrüfatı sahəsində mikro və KOS-un kreditləşdirilməsi məqsədilə 3 mln. ABŞ dolları məbləğində maliyyə vəsaitinin cəlb olunması, eləcə də əlavə məsləhət xidmətlərinin alınması üzrə ilkin razılıq əldə etmişdir;
  • Bank mikromaliyyə portfelinin genişləndirilməsi məqsədilə Sus Bee Finance ilə 5 mln. ABŞ dolları  məbləğində kredit sazişi imzalamışdır;
  • Bank beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsi məqsədilə  Commerzbankdan razılıq əldə etmişdir;
  • Bankın məcmu kapitalı Mərkəzi Bankın müvafiq tələbini üstələyərək 55,1 mln. AZN-ə çatdırılmışdır;
  • Bankın işçi heyəti 400 nəfəri keçmişdir;
  • Bank 2014-cü maliyyə ilinin kənar audit hesabatının hazırlanması üzrə Deloitte & Touche şirkəti ilə saziş imzalamışdır;
  • Bank Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində aşağıdakı tədbirləri həyata keçirmişdir:
  • Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və İnkişaf Mərkəzinin həyata keçirdiyi "Maliyyə Savadlılığı" layihəsinə sponsorluq və aktiv iştirak;
  • IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin, ASAN xidmət və Təmiz Şəhər ASC-nin təşkilatçılığı ilə həyata keçirilən "Hər kağızı bir yarpağa dəyişək" layihəsində aktiv iştirak;
  • Azərbaycan Diplomatik Akademiyasında "ADA Karyera həftəsi" mövzusunda təşkil edilən əmək yarmarkasında iştirak;
  • Novruz bayramı münasibətilə uşaq evinə ziyarət və uşaqlar üçün sirk tamaşasının nümayişinin təşkili;
  • Bank əməkdaşlarının ağacəkmə aksiyasında iştirakı;
  • Xəzər Universitetində məzunlar üçün keçirilən əmək yarmarkasında iştirak;
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Bank kollektivinin Heydər Əliyev Mərkəzinə ziyarəti;
  • Ümummilli Lider Heydər Əliyevin 91 illik Yubileyi münasibətilə "Heydər" zirvəsinə fotoyürüşün dəstəklənməsi;
  • Regional idman mərkəzlərindən sayılan Göyəzən Futbol Klubu və Göyəzən Güləş Məktəbinə və Qazax şəhərində keçirilən və Ümummilli Lider Heydər Əliyevin 91 illik Yubileyinə həsr olunmuş yeniyetmələrarası açıq güləş turnirinə sponsorluq;
  • Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən Məzun-2014 əmək yarmarkasında iştirak;
  • "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə uşaq evinə ziyarət və uşaqlar üçün cizgi filmi nümayişinin təşkili;
  • Bank əməkdaşları arasında şahmat turnirinin keçirilməsi;
  • Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, xalq şairi, dramaturq, Azərbaycanın əməkdar incəsənət xadimi Nəriman Həsənzadə ilə Bank kollektivinin görüşü;
  • Bankın əməkdaşlarının övladları arasında "TuranBank ailəsi" adlı rəsm müsabiqəsinin keçirilməsi;
  • Dövlət İqtisad Universitetində "Ticarətin maliyyələşdirilməsində bankların rolu" mövzusunda seminarın təşkili.

 

2013

  • Bank 2012-2015-ci illər üzrə hazırlanmış Strateji Planı yeniləmişdir;
  • Bank IFC ilə Kiçik və Orta Sahibkarlıq (KOS) Bankçılığı layihəsi üzrə əməkdaşlığını davam etdirmişdir;
  • Bank 21 illik fəaliyyətini qeyd etmişdir;
  • Bank ICD-dən (Özəl Sektorun Maliyyələşdirilməsi üzrə İslam Korporasiyası) KOS Maliyyələşdirilməsi istiqamətində 5 il müddətinə 5 mln ABŞ dolları məbləğində vəsaitin cəlb edilməsi üzrə ilkin razılıq əldə etmişdir;
  • Bank Societte-Generale Bankı ilə 1 mln ABŞ dolları məbləğində vəsaitinin cəlb edilməsi üzrə müqavilə imzalamışdır;
  • Bank WBC/OPIC təşkilatından KOS maliyyələşdirilməsi istiqamətində 7 il müddətinə 7 mln ABŞ dolları məbləğində vəsaitin cəlb olunması üzrə memorandum imzalamışdır;
  • Bank ECO Ticarət və İnkişaf Bankı ilə KOS maliyyələşdirilməsi istiqamətində 3 mln ABŞ dollarında vəsaitin cəlb olunması istiqamətində ilkin razılıq əldə etmişdir;
  • Bank IFC ilə Ticarətin maliyyələşdirilməsi istiqamətində texniki dəstək layihəsi üzrə müqavilə imzalamışdır;
  • Bank məcmu kapitalını Mərkəzi Bankın tələbinə müvafiq yerinə yetirərək 50.5 mln AZN çatdırmışdır;
  • Bankın səhmdarları sırasına ABŞ-da idarə olunan ShoreCap II Ltd. Fondu qatılmışdır;
  • Bankın Müşahidə Şurasının tərkibinə müstəqil üzv kimi Gunter Ekkel seçilmişdir;
  • Bank istehlak kreditləri üzrə müştərilərə yeni -Muştuluq 9%-lik endirim aksiyası təqdim etmişdir;
  • Bank vebsaytlar üzərindən on-line kredit ödənişlərinin qəbulu sistemini tətbiq etmişdir;
  • Bank müştərilərə rəqabətqabiliyyətli yeni mikrokredit və qrup kreditləri məhsullarını təqdim etmişdir;
  • Bank müştərilərə yeni çətir əmanətini təqdim etmişdir;
  • Bank facebook sosial şəbəkəsində - dostunu gətir aksiyası keçirmişdir;
  • Bank Lider sürətli pul köçürmə sisteminə qoşulmuşdur;
  • Bankın Sahil filialı yeni ünvanda fəaliyyətə başlamışdır;
  • Bank 2013-cü maliyyə ilinin kənar audit hesabatının hazırlanması üzrə KPMG ilə saziş imzalamışdır.
  • Bank Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində aşağıdakı tədbirləri həyata keçirmişdir:
  • Azərbaycan Risk Peşəkarları Assosiasiyasının (ARPA) təşkilatçılığı ilə tələbələrin inkişafı və təhsilinə istiqamətlənmiş Tələbə Proqamı layihəsinə əsas sponsorluq;
  • Xaricdə təhsil alan gənclər üçün əmək yarmarkasında iştirak;
  • Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən Məzun-2013 əmək yarmarkasında iştirak;
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri Məşğulluq İdarəsi və Memarlıq və İnşaat Universiteti Karyera Planlama Mərkəzinin keçridiyi əmək yarmarkasında iştirak;
  • Regional idman mərkəzlərindən sayılan Göyəzən Futbol Klubu və Göyəzən Güləş Məktəbinə və Qazax şəhərində keçirilən və Ümummilli Lider Heydər Əliyevin 90 illik Yubileyinə həsr olunmuş yeniyetmələrarası   açıq güləş turnirinə sponsorluq;
  • 2012-ci ildə qəbul imtahanlarında Ali təhsil müəssisələrinə yüksək bal toplamış tələbələrlə görüş və hədiyyələrin təqdimatı;
  • Bankın işçi heyətinin Xalq yazıçısı Çingiz Abdullayevlə görüşü;
  • "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə uşaq evinə ziyarət və uşaqların kukla  teatrına səfərinin təşkili;
  • Fevral - mart aylarında Bakı Banklararası Valyuta Birjasının təşkil etdiyi banklar arası futzal turnirində iştirak;
  • Məktəbyaşlı uşaqlar arasında 20 noyabr - Ümumdünya Uşaq Gününə həsr olunmuş rəsm müsabiqəsinin keçirilməsi;
  • 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirilən futzal turnirində iştirak;
  • Dövlət İqtisad Universitetində "Bankda Risklər", "Risklərin İdarəedilməsi" mövzüsunda seminarın təşkili;


2012

  • Bank "2012-2015"ci illər üzrə hazırlanmış Strateji Planın tətbiqinə başlamışdır;
  • Bank IFC ilə "Kiçik və Orta Sahibkarlıq Bankçılığı" layihəsi üzrə əməkdaşlığını davam etdirmişdir;
  • Bank 20 illik yubileyini qeyd etmiş və korporativ video çarx hazırlamışdır;
  • Bank ABŞ-ın FSVC (Maliyyə Xidmətləri üzrə Könüllülər Korpusu) təşkilatı ilə "texniki dəstək" layihəsi çərçivəsində "orta menecment"-in 4 əməkdaşını  ABŞ-ın 3 müxtəlif Bankında təcrübə mübadiləsinə göndərmişdir;
  • Bankın İşçi Heyəti 300 nəfərə çatmışdır;
  • Bank "ICD"dən (Özəl Sektorun Maliyyələşdirilməsi üzrə İslam Korporasiyası) Kiçik və Orta Sahibkarlığın Maliyyələşdirilməsi istiqamətində 5 il müddətinə 3,5 mln. ABŞ dolları məbləğində vəsaitin cəlb edilməsi üzrə müqavilə imzalamışdır;
  • Bank Societte-Generale Bankı ilə 1 mln. ABŞ dolları məbləğində vəsaitinin cəlb edilməsi üzrə müqavilə imzalamışdır;
  • Bank IFC ilə Ticatətin Maliyyələşdirilməsi istiqamətində maliyyə resursunun cəlbi istiqamətində ilkin razılıq əldə etmişdir;
  • Bank AMCHAM-a (Amerika-Azərbaycan Ticarət Palatası) üzv seçilmişdir;
  • Bank Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində aşağıdakı tədbirləri həyata keçirmişdir:
  • "Ahıllar Evi" üçün Novruz bayram şənliyinin təşkili;
  • Azərbaycan Risk Peşəkarları Assosiasiyasının (ARPA) təşkilatçılığı ilə tələbələrin inkişafı və təhsilinə istiqamətlənmiş "Tələbə Proqamı" layihəsinə əsas sponsorluq;
  • Xaricdə təhsil alan gənclər üçün əmək yarmarkasında iştirak;
  • Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən "Məzun-2012" əmək yarmarkasında iştirak;
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri Məşğulluq İdarəsi və Qafqaz Universiteti Karyera Planlama Mərkəzi "Karyerada ilk addım" devizi altında keçirilən əmək yarmarkasında iştirak;
  • Regional idman mərkəzlərindən sayılan "Göyəzən Futbol Klubu" və "Göyəzən Güləş Məktəbi" üzrə sponsorluq;
  • Təhsil Nazirliyi Ümidli Gələcək Gənclər Təşkilatı, "Əflatun" - Uşaq Sosial və Maliyyə Təhsili Şəbəkəsi ilə birgə əməkdaşlıq çərçivəsində Yasamal rayonu 13 saylı orta məktəbin şagirdlərinə "Uşaqlar üçün maliyyə təhsili və maliyyə savadlılığı" mövzusunda maliyyənin idarə olunması və maliyyədən səmərəli istifadə ilə bağlı təlim keçirmişdir.
  • Bank müştərilərə yeni "Hədiyyə" və "Şəkilli" kartları təqdim etmişdir;
  • Bank müştərilərə mikroxidmət, təqaüdçü, qrup və yubiley kreditləri üzrə yeni məhsulları təqdim etmişdir;
  • Bank kredit ödənişlərinin Pay Point aparatları üzrə ödənişini tətbiq etmişdir;
  • Bank "Call-Centre" xidmətini tətbiq etmişdir;
  • Bank facebook sosial şəbəkəsində öz səhifəsini yaratmışdır;
  • Bank korporativ sayt üzrə "on-line konsultasiya" və "skpye zəng" xidmətini tətbiq etmişdir;
  • Bank "Monex" sürətli pul köçürmə sisteminə qoşulmuşdur;
  • Bank "IBA-Express" sürətli pul köçürmə sisteminə qoşulmuşdur;
  • Bankın Qazax şöbəsi fəaliyyətə başlamışdır;
  • Bank 2012-ci maliyyə ilinin kənar audit hesabatının hazırlanması üzrə KPMG ilə saziş imzalamışdır.



2011

  • Bank ABTM (Azərbaycan Bank Tədris Mərkəzi) ilə birgə "2012-2015"ci illər üzrə yeni Strateji Plan hazırlamışdır;
  • Bank Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) "Risklərin İdarəedilməsi" Layihəsi üzrə əməkdaşlığa başlamışdır
  • Bank IFC ilə "Kiçik və Orta Sahibkarlıq Bankçılığı" layihəsi üzrə əməkdaşlıq müqaviləsi imzalamışdır;
  • Bank IFC-in "Korporativ İdarəetmə" Layihəsini uğurla tamamlamışdır;
  • Bank "IFC"dən Kiçik və Orta Sahibkarlığın Maliyyələşdirilməsi istiqamətində 5 il müddətinə 7 mln. ABŞ dolları məbləğində vəsaitin alınması üzrə müqavilə imzalamışdır;
  • Bank "ICD"dən (Özəl Sektorun Maliyyələşdirilməsi üzrə İslam Korporasiyası) Kiçik və Orta Sahibkarlığın Maliyyələşdirilməsi istiqamətində 6 il müddətinə 3 mln. ABŞ dolları məbləğində vəsaitin alınması üzrə müqavilə imzalamışdır;
  • Bank Qara Dəniz Ticarət və İnkişaf Bankından Ticarətin Maliyyələşdirilməsi istiqamətində 1 il müddətinə 4 mln. ABŞ dolları məbləğində vəsaitin alınması üzrə müqavilə imzalamışdır;
  • Bank ABŞ-ın MicroVest təşkilatından 2,45 mln. ABŞ dolları məbləğində vəsaitin alınması üzrə müqavilə imzalamışdır;
  • Bank Almaniyanın Bank im Bistun maliyyə institutundan mikromaliyyə istiqamətində 3 il müddətinə 1,5 mln. ABŞ dolları məbləğində vəsaitin alınması üzrə müqavilə imzalamışdır;
  • Bank Almaniya İnkişafı Bankı (Kfw) ilə kənd təsərrüfatının kreditləşdirilməsi istiqamətində resursun alınması ilə bağlı ilkin razılıq əldə etmişdir;
  • Bankın nizamnamə kapitalı 22 mln. manata çatdırılmışdır;
  • Bank plastik kartlar üzrə "Cash by Code" xidmətini tətbiq etmişdir;
  • Bank plastik kartlar üzrə Mobil Bankçılıq xidmətini tətbiq etmişdir;
  • Bank plastik kartlarını APUS portalında qeydiyyatdan keçirtmişdir;
  • Bank Yol Hərəkəti Qaydalarının pozulması üzrə cərimələrin ödənilməsi sistemini tətbiq etmişdir;
  • Bank korporativ veb səhifəsi vasitəsilə onlayn ödənişlərin çeşidini genişləndirmişdir;
  • Bank "Blizko" sürətli pul köçürmə sisteminə qoşulmuşdur;
  • Bankın Xaçmaz filialı fəaliyyətə başlamışdır;
  • Bank 2011-ci maliyyə ilinin kənar audit hesabatının hazırlanması üzrə KPMG ilə saziş imzalamışdır.  

 



2010

  • Bank ABTM (Azərbaycan Bank Tədris Mərkəzi) ilə birgə "institutsional inkişaf" layihəsini davam etdirmişdir;
  • Bank "texniki dəstək" layihəsi üzrə ABŞ-ın FSVC (Maliyyə Xidmətləri üzrə Könüllülər Korpusu) ilə 5 illik treninq, məsləhət sazişinə müvafiq "MİS" sahəsində ilk texniki yardım almışdır;
  • Bank Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) "Risklərin İdarəedilməsi" Layihəsi üzrə müvəkkil bank seçilmişdir;
  • Bank "ITFC"dən (Ticarətin Maliyyələşdirilməsi üzrə İslam Korporasiya)  ticarətin maliyyələşdirilməsi sahəsində 1,3 mln. ABŞ dolları məbləğində kredit xətti əldə etmişdir;
  • Bank "ICD"dən (Özəl Sektorun Maliyyələşdirilməsi üzrə İslam Korporasiyası) Kiçik və Orta Sahibkarlığın Maliyyələşdirilməsi istiqamətində 6 il müddətinə 3 mln. ABŞ dolları məbləğində vəsaitin alınması üzrə razılıq əldə etmişdir;
  • Bank "IFC"dən Kiçik və Orta Sahibkarlığın Maliyyələşdirilməsi istiqamətində 5 il müddətinə 7 mln. ABŞ dolları məbləğində vəsaitin alınması üzrə danışıqlara başlanılmışdır;
  • Bank ABŞ-ın MicroVest təşkilatından 2,45 mln. ABŞ dolları məbləğində vəsaitin alınması üzrə razılıq əldə etmişdir;
  • Bank Almaniyanın Bank im Bistun maliyyə institutundan mikromaliyyə sektorunun inkişafı üzrə 3 illik müddətə 1,5 mln. ABŞ dolları məbləğində vəsaitin alınması üzrə razılıq əldə etmişdir;
  • Bank nizamnamə kapitalını  20 mln manata çatdırmışdır;
  • Bank "Müəllim, Səhiyyə, Tələbə kreditləri və İstehlak Kredit Kartı" kampaniyasına start vermişdir;
  • Bankın yeni tərtibatlı korporativ veb saytı istifadəyə verilmişdir;
  • Bank onlayn ödənişlər sistemini tətbiq etmişdir;
  • Bank "Allure" və "Zolotaya Korona" sürətli pul köçürmə sistemlərinə qoşulmuşdur;
  • Bank SAXO Bank Danimarka və BankAsiya Türkiyədə müxbir hesablar açmışdır;
  • Bankın Bakı və Nəsimi filialları yeni ofisə köçmüşdür;
  • Bank 2010-cu maliyyə ilinin kənar audit hesabatının hazırlanması üzrə PWC (PriceWaterHouseCoopers) ilə saziş imzalamışdır.



2009

  • Bank Alman-Azərbaycan İqtisadi Birliyinə (DAWF) üzv seçilmişdir;
  • Bank ABTM (Azərbaycan Bank Tədris Mərkəzi) ilə birgə "institutsional inkişaf" layihəsini davam etdirmişdir;
  • Bank WBC/OPIC (WorldBusinessCapital & Overseas Private Investment Corporation) ilə KOS maliyələşdirilməsi istiqamətində $7,5 mln məbləğində 10 illik kredit sazişi imzalamışdır;
  • Bank, "texniki dəstək" layihəsi üzrə ABŞ-ın FSVC (Maliyyə Xidmətləri üzrə Könüllülər Korpusu) ilə 5 illik treninq, məsləhət sazişi imzalamışdır;
  • Bank Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) "Korporativ İdarəetmə" Layihəsi üzrə 2-ci fazada müvəkkil bank seçilmişdir;
  • Bank Kənd Təsərrüfatları Kreditləri üzrə Avrasiya Assosiasiyasına (EURACA) üzv seçilmişdir;
  • Bank yeni konsepsiya "Sirlər Xəzinəsi" əmanət kompaniyasına start vermişdir;
  • Bank "Allure", özünün 7-ci sürətli pul köçürmə sisteminə qoşulması işini başa çatdırmışdır;
  • Bank "Zolotaya Korona", özünün 8-ci sürətli pul köçürmə sisteminə qoşulması işini başa çatdırmışdır;
  • Bank ŞəkərBank, İş Bankası Türkiyə və CommerzBank Almaniyada müxbir hesablar açmışdır;
  • Bank 2009-cu maliyyə ilinin kənar audit hesabatının hazırlanması üzrə PWC (PriceWaterHouseCoopers) ilə saziş imzalamışdır;
  • Bank nizamnamə kapitalını 18,5 mln manata çatdırmışdır.



2008

  • Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə TuranBank arasında kiçik və orta sahiblkarlığın inkişafı istiqamətində $1 mln məbləğində 1 il güzəşt ili olmaqla ümumilikdə 6 illik kredit sazişi imzalanmışdır;
  • Bankın yeni baş ofisi İsmayıl bəy Qutqaşınlı 85 ünvanında fəaliyyətə başlamışdır;
  • Bankın müxbir banklar siyahısına PrivatBank Ukrayna daxil edilmişdir;
  • Bank "Privat Money" özünün 6-cı sürətli pul köçürmə sisteminə qoşulmasını başa çatdırmışdır;
  • Bankın müxbir banklar siyahısına Deutsche Bank New York və Frankfurt daxil edilmişdir;
  • 2008-ci il üzrə maliyyə hesabatlarının auditinin aparılması istiqamətində "TuranBank"la "Deloitte & Touche" arasına müqavilə imzalanmışdır;
  • Bank Azərbaycan hökuməti və Kənd Təsərrüfatının inkişafı üzrə Beynəlxalq Fond (IFAD və Dünya Bankı) arasında imzalanmış "Şimal Şərq Regionlarının İnkişafı Proqramı"na seçilmişdir;
  • Bank Azərbaycan hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bank qurumu) arasında imzalanmış "Kənd təsərrüfatı sahəsinin inkişafı və kreditləşməsi" layihəsinə seçilmişdir;
  • Bank nizamnamə kapitalını 16 mln manata çatdırmışdır.


2007

  • Bank Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fonddan (Şimal-Şərq layihəsi), Beynəlxalq İnkişaf Assosiasiyasından (IDA) və İslam Korporasiyasından maliyyə resursları cəlb etmişdir;
  • Bankın "Zaqatala" filialı fəaliyyətə başlamışdır;
  • Bank "Migom" MDB ölkələri və "Express Money" beynəlxalq sürətli pul köçürmələri ödəniş sisteminə üzv olmuşdur;
  • Bankın maliyyə vəziyyəti "Deloitte & Touche" beynəlxalq audit kompaniyası tərəfindən yoxlanılmışdır;
  • Bank Beynəlxalq İnkişaf Assosasiyası ilə Azərbaycan Höküməti arasında bağlanmış "Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi" üzrə ikinci layihə çərçivəsində agent bank seçilmişdir;
  • Bank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi istiqamətində razılıq əldə etdi.



2006 

  • Bankın "Binəqədi" və "Tovuz" filialları fəaliyyətə başlamışdır.
  • Bankla Beynəlxalq Maliyyə Korporasiyası arasında Lizinq xidmətləri və korporativ idarəetmənin təkmilləşdirilməsi layihəsi üzrə memorandum imzalanmışdır;
  • Bankın 100%-li investisiya iştirakı ilə "TuranLizinq" törəmə şirkəti yaradılmışdır;
  • Bank "İpoteka Fondu"-na üzv agent-bank seçilmişdir;
  • Bank AMA-ya (Azərbaycan Mikromaliyyə Assosasiyası) üzv olmuşdur;
  • Bank Azərbaycanda İxracın və İnvestisyaların Təşviqi Fonduna (AZPROMO) üzv olmuşdur.
  • Bank Xəzər İnteqrasiya Işgüzar Klubuna üzv seçilmişdir;
  • Bank Master Card Beynəlxalq plastik kartları ödəniş sisteminə üzv olmuşdur;
  • Bank "Bıstraya Poçta" MDB ölkələri və "Kontakt" beynəlxalq sürətli pul köçürmələri ödəniş sisteminə üzv olmuşdur;
  • Bankda məsləhət və təlim xidmətinin aparılması üçün Avropa Komissiyasının xarici eksperti cənab Günter Ekxel 3 aylıq məsləhətçi qismində banka cəlb olunmuşdur;
  • Bankın maliyyə vəziyyəti "Deloitte & Touche" beynəlxalq audit kompaniyası tərəfindən
  • yoxlanılmışdır.

2005

  • Bank qanunvericiliyin tələbinə uyğun hüquqi adını dəyişərək "TuranBank" ASC şəklində fəaliyyətini davam etdirmişdir;
  • Bankın səhmdar kapitalı 5 mln. manata çatdırılmışdır;
  • Bankın "Bakı" filialı fəaliyyətə başlamışdır;
  • Bankın baş idarəsi və filialları arasında birbaşa rabitə xətti vasitəsilə optik şəbəkə qurulmuşdur;
  • Bankın maliyyə vəziyyəti "Deloitte & Touche" beynəlxalq audit kompaniyası tərəfindən yoxlanılmışdır.


2004

  • Kənd Təssərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD) ilə Azərbaycan Höküməti arasında bağlanmış "Dağlıq və Yüksək Dağlıq Ərazilərin İnkişaf Etdirilməsi Proqramı" layihəsi üzrə tenderin ilk və yeganə agent bankı kimi qalib olmuşdur;
  • Bankın maliyyə vəziyyəti "Deloitte & Touche" beynəlxalq audit kompaniyası tərəfindən yoxlanılmışdır.


2003

  • Bankın "Ağstafa" və "Nur" filialları fəaliyyətə başlamışdır;       
  • Bank plastik kart bazarında aktiv fəaliyyətə başlamışdır;
  • Bankın maliyyə vəziyyəti "PriceWaterHouseCoopers" beynəlxalq audit kompaniyası tərəfindən yoxlanılmışdır.


2002

  • Bank Sahibkarlığa Kömək Milli Fonduna üzv agent bank seçilmişdir;
  • Bankın "Nəsimi" filialı fəaliyyətə başlamışdir;
  • Bank "Western Union" beynəlxalq sürətli pul köçürmələri sisteminin üzvü olmuşdur.
  • Bank XÖHKS hesablaşmalar sisteminin tam hüquqlu üzvü olmuşdur;
  • Bankın maliyyə vəziyyəti "PriceWaterHouseCoopers" beynəlxalq audit kompaniyası tərəfindən yoxlanılmışdır.


2001

  • Bank S.W.I.F.T beynəlxalq banklararası maliyyə telekomunikasiya sisteminə üzv olmuşdur;
  • Bank AZİPS respublikadaxili ödəmə sisteminin üzvü olmuşdur.


2000

  • Bankın "Gəncə" filialı fəaliyyətə başlamışdır.


1999

  • Bankın "Sumqayıt" filialı fəaliyyətə başlamışdır;
  • Bank "Başak-İnam" Sığorta və Təkrar Sığorta Şirkətinin payçıları sırasına daxil olmuşdur.


1998

  • Bank öz hüquqi ünvanını dəyişərək Bakı şəhəri Nizami küçəsi 53 ünvanına keçmişdir;
  • Bank Avropa Birliyi Əməkdaşlıq Fondu (TACIS) tərəfindən ayrılan uzunmüddətli və aşağı faizli kreditlərin verilməsində vasitəçi bank seçilmişdir;
  • Bank "Azər-Türk Bank" Birgə Səhmdar Kommersiya Bankınln və "Az-İmpeks İnternational" Almaniya-Slovakiya-Azərbaycan birgə təşkilatının payçılarından birinə çevrilmişdir.


1997

  • Bankın "Sahil" filialı fəaliyyətə başlamışdır.


1995

  • Bank Bakı Banklararası Valyuta Birjasına üzv olmuşdur.


1993

  • Bankın "Yasamal" filialı açılmışdır.


1992

  • "Turan" KB Azərbaycan Milli Bankının 12.06.1992-ci il tarixli 60 nömrəli lisenziya əsasında yaradılmışdır və 30.12.1992-ci il tarixli 115 nömrəli lisenziya əsasında milli və xarici valyutada hər cür əməliyyatları aparmağa icazə verilmişdir.
 

Convenient, safe and fast banking

TuranBank has opened a correspondent account in US dollars with Habib American Bank.

Having successfully developed relations with foreign financial institutions, TuranBank OJSC has started strategic cooperation with Habib American Bank (HAB) to expand the network of international correspondent relations. As part of our collaboration, TuranBank will establish a correspondent account in US dollars at Habib American Bank, a renowned institution known for its excellence in international payments and settlements in the United States of America (USA). This strategic move will streamline foreign currency transactions for our valued...

A trade financing agreement was concluded between TuranBank and Asian Development Bank

Marking a significant milestone, TuranBank OJSC, a prominent player in the country's banking sector, has entered into a pivotal agreement with the Asian Development Bank (ADB) to finance international trade operations. Within the framework of the new agreement, ADB approved the trade financing guarantee limit by including TuranBank OJSC in the "Trade and Supply Chain Financing Program" (TSCFP). This agreement will allow the country to expand import-export operations and support customers' trade operations. "We are happy to see that...

TuranBank has become the bank that contributes the most to the increase in competitiveness within the microlending.

TuranBank was awarded at the III Agribusiness Development Forum, held jointly with the Agricultural Credit and Development Agency under the Ministry of Agriculture of Azerbaijan and the Food and Agriculture Organization (FAO) of the United Nations on March 29th.   Specifically, TuranBank, which has always supported the development and financing of entrepreneurship, especially in rural areas, and contributed to the development of the private sector in Azerbaijan, was awarded in the category of "the bank that contributed the most to the...