Bank Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fonddan (Şimal-Şərq layihəsi), Beynəlxalq İnkişaf Assosiasiyasından (IDA) və İslam Korporasiyasından maliyyə resursları cəlb etmişdir;
Bankın "Zaqatala" filialı fəaliyyətə başlamışdır;
Bank "Migom" MDB ölkələri və "Express Money" beynəlxalq sürətli pul köçürmələri ödəniş sisteminə üzv olmuşdur;
Bankın maliyyə vəziyyəti "Deloitte & Touche" beynəlxalq audit kompaniyası tərəfindən yoxlanılmışdır;
Bank Beynəlxalq İnkişaf Assosasiyası ilə Azərbaycan Höküməti arasında bağlanmış "Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi" üzrə ikinci layihə çərçivəsində agent bank seçilmişdir;
Bank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi istiqamətində razılıq əldə etdi.
Bankın "Ağstafa" və "Nur" filialları fəaliyyətə başlamışdır;
Bank plastik kart bazarında aktiv fəaliyyətə başlamışdır;
Bankın maliyyə vəziyyəti "PriceWaterHouseCoopers" beynəlxalq audit kompaniyası tərəfindən yoxlanılmışdır.