Effektiv korporativ idareetmə sisteminin yaradılması fəaliyyətimizin əsas istiqamətlərindən biridir.
2007-cı ildən başlayaraq TuranBank intitutsional inkişafının tərkib hissəsi kimi Azərbaycan Respublikasının Milli Bankının "Banklarda Korporativ İdarəetmə Standartlarının Tətbiqi qaydaları", Bazel Komitəsinin "Kredit təşkilatlarında korporativ idarəetmənin təkmilləşdirilməsi" tövsiyələrinə uyğun olaraq və beynəlxalq korporativ idarəetmə təcrübəsini nəzərə alaraq korporativ idaretmə sisteminin yaradılması işinə başlamışdır.
Bankımızda Korporativ İdarəetmənin tətbiqində əsas məqsədlərimiz səhmdarlarla qarşılıqlı xoşməramlı münasibətlərin yaradılması və qorunub saxlanılması, Idarə Heyəti ilə Müşahidə Şurası arasında effektiv əməkdaşlıq qurmaq və onlara vaxtlı-vaxtında, şəffaf məlumat verilməsidir.
Bankın korporativ idarəetmə sahəsində atılmış mühüm addımlardan biri də 2009-cu ilin may ayında "Biznes Etikası və Korporativ Davranış" Məcəlləsinin hazırlanmasıdır.
İdarə Heyəti
İH eyni zamanda Bankın illik büdcənisini, strateji planınını, fəaliyyət planını və maliyyə göstəricilərini müntəzəm olaraq nəzərdən keçirir. Həmçinin investisiyalar, kreditlər, kapital xərcləri, bankın işçi heyətində dəyişiklikləri də nəzərdən keçirmək, bankın fəaliyyəti ilə bağlı bütün məlumatları almaq səlahiyyətlərinə malikdir.
İdarə Heyətinin yığıncaqları
İdarə Heyətinin üzvlərinin təcrübəsi və bilikləri hər zaman optimal qərarların verilməsinə imkan yaradır. İH müntəzəm olaraq Bankın fəaliyyəti ilə bağlı məsələləri müzakirə etmək məqsədiylə görüşlər keçirir. Hər yığıncaqdan əvvəl iştirakçılara gündəmdə olacaq məsələlərlə bağlı ətraflı məlumat təqdim edilir. Digər Komitələrin verdiyi məsləhətlər qərar qəbul etmə prossesində böyük rol oynayır: elə buna görə də TuranBankın menecmenti komitələrin verdiyi məsləhətlərə çox diqqətlə yanaşır.
Şəffaflıq və Qanunvericiliyə Uyğunluq
TuranBank öz fəaliyyətininin butün sahələrində şəffaflığı qoruyub saxlayır. Bank Azərbaycan bankçılıq və digər əlaqədar qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərir. Beynəlxalq Maliyyə Hesabatlarına və Azərbaycan Respublikasının Mərkəzi Bankının normativlərinə uyğun olaraq TuranBank illik fəaliyyətini əks etdirən maliyyə hesabatlarını kütləvi informasiya vasitələrində dərc etdirir.
Komitələr
Audit Komitəsi
Audit Komitəsinin əsas səlahiyyətləri aşağıdakılardır:
Əlavə olaraq, Komitə Bankın fəaliyyətinin normativlərə və qaydalara uyğun olub olmamasına nəzarət edir. Audit Komitəsinin 3 üzvü vardır.
Risklərin İdarə Edilməsi Komitəsi
Risklərin İdarə Edilməsi Komitəsinin əsas vəzifəsi bankın fəaliyyəti ilə bağlı yaranan və digər risklərə nəzarət edilməsi məqsədiylə kompleks idarəetmə sisteminin yaradılmasıdr. Bu risklərə Strateji, Kredit, Bazar, Likvidlik, Əməliyyat, Hüquqi və Bankın əməliyyatlarına təsir edə biləcək digər risklər aid edilir. Komitə eyni zamanda Bankla bağlı bütün risklərin müəyyən olunmuş səviyyədə saxlamaq məqsədilə risklərin effektiv idarə olunması qaydalarını müəyyənləşdirir.
Aktivlərin və Passivlərin İdarəedilməsi Komitəsi (APİK)
APİK Bankın aktivlərinin və passivlərinin idarə olunması, monitorinqi, qiymətləndirilməsi və digər əlaqədar risklərin idarəolunmasını həyata keçirir. Komitəyə TuranBankın İdarə Heyətinin Sədr müavini başçılıq edir və 4 nəfərlik heyətdən ibarətdir.
Mükafatlandırma və İnsan Resurslarının İdarə Edilməsi Komitəsi
MİRİE Komitəsinə Müşahidə Şurasının üzvü başçılıq edir və 5 nəfərlik heyəti vardır. Komitə insan resursları siyasətini müəyyənləşdirir və qəbul edir, bundan başqa işçi heyətində dəyişiklik etmək hüququna malikdir. Komitə müntəzəm olaraq ehtiyac olduğu halda yığıncaq təşkil edir.
Kredit Komitəsi
TuranBankın kredit komitəsi 2 əsas komitədən ibarətdir: Kiçik Kredit Komitəsi (250 000 AZN - dək kreditlərin verilməsinə məsul) və Böyük Kredit Komitəsi (250 000 AZN -dən 4 500 000 AZN-dək kreditlərin verilməsinə məsul). Qeyd edək ki, 4 500 000 AZN və daha böyük həcmdə kreditlərin verilməsi qərarı Müşahidə Şurası tərəfindən muzakirə olunur və təsdiqlənir.
İnformasiya Texnologiyaları Komitəsi
İT Komitəsinə İdarə Heyətinin Sədri başçılıq edir və 5 nəfərlik heyəti vardır. Komitə İnformasiya Texnologiyaları siyasətini müəyyənləşdirir və qəbul edir. Komitə rübdə 1 dəfə yığıncaq təşkil edir.
Strateji Planlaşdırma Qrupu
İdarə Heyəti Bankın əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Qrup TuranBankın strateji məqsədlərindən irəli gələn məsələlərə - spesifik biznes hədəfləri və proqnozlaşdırılan maliyyə hədəflərinin icrasına nəzarət edir.
BMK-nın Azərbaycanda Korporativ İdarəetmə Layihəsi
Bankda beynəlxalq korporativ idarəetmə standartlarının qabaqcıl təcrübəsinin tətbiq edilməsi səyinin nəticəsi kimi 5 iyun 2009-cu il tarixində Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan Korporativ İdarəetmə Layihəsinin 2-ci fazasına qoşulması olmuşdur. Layihə çərçivəsində BMK-nın ekspertleri tərəfindən TuranBankın menecmenti və struktur bölmələri ilə müsahibələr aparılmış, korporativ idarəetmənin qabaqcıl təcrübəsinin bankda tətbiq edilməsi həyata keçirilmişdir. Qeyd edək ki, 2 illik layihə çərçivəsində Bankın müxtəlif sahələrində aşağıdakı tədbirlər həyata keçirilmişdir:
Bundan əlavə, Bankın tədbirlər planında Səhmdarların Ümumi Yığıncağının Əsasnaməsinə düzəlişlər edilmiş, Səhmdarların Ümumi Yığıncağının və Müşahidə Şurasının fəaliyyətinin qabaqcıl təcrübələrə yaxınlaşdırılması üçün tədbirlər görülmüş, Idarə Heyətinin və Daxili Komitələrin fəaliyyətinin qabaqcıl təcrübələrə yaxınlaşdırılması üçün tövsiyələr verilmiş və s. tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) Azərbaycanda Korporativ İdarəetmə standartlarının uğurlu tətbiqini qiymətləndirmək məqsədilə, üzv təşkilatlar arasında "Effektiv Korporativ İdarəetmə" nominasiyası üzrə mükafat proqramı elan etmişdir. Qeyd olunan layihənin nəticəsi olaraq TuranBank, AMA-nın 29 yanvar 2013-cü il tarixində keçirilən VI İllik Təltif Şam Ziyafətində "Effektiv Korporativ idarəetmə" nominasiyası üzrə mükafatla təltif edilmişdir.
TuranBank öz müştəriləri və səhmdarlarının ona olan etimadını daha da gücləndirmək məqsədi ilə gələcəkdə də bankçılıq sahəsində yüksək standartlara nail olmaq niyyətindədir.